“Bu yaxınlarda müğənnilərdən birinə zəng edib nəvəmin toyuna dəvət etdim. O, narahat olmayın, gələrəm demək əvəzinə, meneceri ilə danışmağı tövsiyə etdi. Halbuki, mənim yazdığım şeirlərə bəstələnmiş mahnıları oxumaqla məşhurlaşmışdı. Dedim, tüpürüm sənin menecerinə də, müğənniliyinə də. Beş mahnı oxuyan kimi elə bilirlər əlçatmaz ulduz olublar. Qiymətlərini qaldırırlar, davranışlarını dəyişirlər. Bu cür münasibət düzgün deyil”. Bunu […]
Cəmiyyət
Bakının Xətai rayonunda su kəsiləcək
Bakının Xətai rayonundan keçən içməli su xəttində aparılacaq təmir-bərpa işləri ilə əlaqədar sabah saat 22:00-dan iyulun 17-si axşam saatlarına qədər rayonun bəzi ərazilərinə suyun verilməsində fasilə yaranacaq. Bu barədə xeberde.az-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib. Məlumata görə, iyulun 17-si axşam saatlarından etibarən suyun əvvəlki rejimlə verilməsi […]
İkinci Fəxri Xiyaban təmirə bağlandı – FOTO
Bakıda yerləşən İkinci Fəxri xiyaban iyunun 1-dən təmirə bağlanıb. xeberde.az xəbər verir ki, bu səbəbdən hazırda xiyabana yalnız şəhidlərin ailə üzvlərinin girişinə icazə verilir. Məlumata görə, təmir bütün xiyabanı əhatə edəcək. Vətən yolunda qəhrəmanlıqla həlak olmuş şəhidlərin xatirəsini əbədiləşdirmək məqsədilə üzərinə “Şəhidlər ölməz” yazısı qeyd olunacaq ümumi abidənin ucaldılması nəzərdə tutulur. Təmir sentyabrın 27-dək başa […]
Bakıda məmur yalanı: “Abadlıq işləri aparılır”- FOTOFAKT
7 il əvvəl bir məhkəmə işi ilə bağlı Nizami Rayon Məhkəməsinə getmişdim. Məhkəmədən çıxandan sonra həmkarlarla piyada metrostansiyaya tərəf getməyə başladıq. Yolda diqqətimi bir mənzərə çəkdi. Hasara alınmış yaşıllığın ətrafına böyük hərflərlə “Parkda abadlıq işləri aparılır. Müvəqqəti narahatçılığa görə üzr istəyirik” yazılmışdı. Həmin mənzərəni telefonla çəkərək feysbuk hesabımda paylaşdım. Qeyd olaraq da yazmışdım ki, abadlığın […]
Orxon yazıları və ortaq Türk dili təklifi
Türk dünyasının birliyini möhkəmləndirmək üçün bütün türkologiya konfranslarında türk xalqlarının qarşılıqlı inteqrasiyası üçün ortaq türkcənin qəbulu müzakirə olunur. Yaxın zamanda təsdiq olunmuş ortaq türk müasir latın əlifbası, bir çox latın qrafikalı türk əlifbalarındakı hərfləri özündə birləşdirib. Bu hal, daha çox rəqəmsal aləmdə faydalı ola bilər və birbaşa ünsiyyət üçün əhəmiyyəti azdır. Amma buna baxmayaraq, bu […]
Məşhur restoran buna görə cərimə edilmişdi- Məhkəmə qərar verdi
Bakının ən məşhur restoranlarından biri olan “Sapfir Saray” atmosferi çirkləndirdiyi üçün cərimə edilmişdi. Lakin məhkəmə bu qərarın doğru olmadığı barədə qərar çıxarıb. xeberde.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi restoranı astmosferi çirkləndiridiyi üçün cərimələnib. Restoran rəhbərliyi həmin protokoldan şikayət verib. Məhkəmə şikayətə baxan zaman restoranın […]
Bu rayonda da ehsan verilməyəcək
Sabirabad şəhəri və kəndlərində yas mərasimlərində dəbdəbəli ehsan verilməsi ləğv edilib. Bu barədə sosial şəbəkədə məlumat yayılıb. Məlumata görə, yas mərasimində dəbdəbəli yemək süfrəsi ləğv olunub və təkcə çay süfrəsi açılmalıdır. Qeyd edək ki, buna oxşar qayda bir neçə gün əvvəl Saatlı rayonunda tətbiq olunub.
Əsəb və stresin yaratdığı 7 xəstəlik
Rusiyalı psixoterapevt Vladislava Poroşina stressin sağlamlığa təsirləri ilə bağlı maraqlı açıqlama verib. xeberde.az Rusiya mətbuatına istinadla bildirir ki, onun sözlərinə görə uzunmüddətli stress orqanizmdə bir sıra ciddi problemlərə yol açır və bu hallar müəyyən bir qrup xəstəliklərlə nəticələnir. Mütəxəssis bu xəstəlikləri “Qızıl 7-lik” adlandırıb. Poroşinanın açıqlamasına əsasən, stressin ən çox səbəb olduğu yeddi xəstəlik bunlardır: […]
SOS: 6 aya 40 bağça müdiri qovulub – Bəs keyfiyyət…
Ekspert: “Bağça müəllimlərinin ixtisası məktəbəqədər təhsilə uyğun gəlmir” “Bakıda 20 mindən çox valideyn övladını bağçaya yerləşdirmək istəyir, lakin yerlər məhduddur”. Bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma 2025: peşəkar müəllim – keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib. Nazir bildirib ki, hazırda Bakı şəhərində bağçaya olan tələbat təklifdən çoxdur: “Bağçalara uşaqların qəbulunu elektronlaşdırmışıq. […]
Ölkədə nikahsız doğulanların sayı artır – İki baxış
Üzeyir Şəfiyev: “Nikahsız ailə ailə sayıla bilməz, çünki…” Son zamanlar nikahdankənar doğulan uşaqların sayında artım müşahidə olunur. “Bakı-Xəbər” məlumat yayıb ki, ötən il rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən 13 min 228 uşaq doğulub. Bu uşaqların 5 158-i şəhərdə, 8 070-i isə kəndlərdə dünyaya gəlib. Açıqlanan statistik rəqəmlərdən də bəlli olur ki, nikahdankənar uşaqlar […]










