Cəmiyyət Gündəm

Azərbaycanda bu qəzetin çapı dayandırılır – FOTO

“Mədəniyyət” qəzetinin çapı dayandırılıb. Bu barədə xeberde.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib. Bildirilib ki, mətbu orqan bundan sonra fəaliyyətini elektron formatda davam etdirəcək. Qeyd edək ki, “Mədəniyyət” qəzetinin ilk sayı 1991-ci ilin yanvarın 2-də nəşr olunub. Qəzetin təsisçisi Mədəniyyət Nazirliyidir. Nazirliyin mətbu orqanı kimi nəşrin başlıca vəzifəsi Azərbaycanda mədəniyyət sahəsində həyata keçirilən dövlət siyasətini işıqlandırmaq, bu sahədə […]

Cəmiyyət

Azərbaycan 30 il ərzində erməni işğalından əziyyət çəkmişdir.

   Azərbaycan xalqı uzun illər ciddi humanitar fəlakətlə üzləşmiş, bir milyondan çox insan erməni təcavüzü nəticəsində öz doğma yurdlarından köçkün düşmüşdür. Ölkəmizin ərazilərinin təxminən 20 faizi işğal altında qalmış, lakin beynəlxalq ictimaiyyət bu haqsızlığa qarşı gözlənilən reaksiyanı göstərməmişdir.     Azərbaycan bu münaqişəni həm döyüş meydanında, həm də diplomatik platformada həll edərək öz ərazi bütövlüyünü bərpa […]

Cəmiyyət

Mən tam əminəm ki, bu səfər bizim əlaqələrimizə yeni müsbət təkan verəcəkdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycana səfəri zamanı mətbuata verdiyi bəyanat, ikitərəfli münasibətlərin yeni mərhələyə qədəm qoyduğunun bariz nümunəsidir. Bu səfər Azərbaycan-Almaniya əlaqələrinin dərinləşməsinə və yeni əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsinə stimul verəcək. Azərbaycan və Almaniya arasında iqtisadi əməkdaşlıq son dövrlərdə dinamik şəkildə inkişaf edir. 2024-cü ilin ilk iki ayında […]

Cəmiyyət

Bəylər Əyyubova ağır itki üz verdi

Azərbaycan Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi general-polkovnik Bəylər Əyyubova ağır itki üz verib. xeberde.az xəbər verir ki, generalın bacısı qızı Xalidə Şahverdiyeva vəfat edib. O, insultdan dünyasını dəyişib. Qeyd edək ki, Xalidə Şahverdiyeva Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini – Səfərbərlik hazırlığı və səfərbərlik baş idarəsinin rəisi general-leytenant Mayıl Şahverdiyevin bacısıdır.

Cəmiyyət Gündəm Ölkə Sosial

“Savadlı ustalar ayda 5-10 min, ali təhsilli şəxslər isə 500-1000 manat qazanır”

“Bugünkü təhsil sistemi uşaqlara, cəmiyyətə heç nə vermir. Sadəcə ağır dərs proqramı ilə yüklənmiş uşaqlar var. Ali məktəblərə qəbul imtahanlarının nəticələrinə baxanda görürük ki, əksəriyyəti 5 ballıq sistem üzrə 1-2 qiymətlərlə (150-250 bal) daxil olur”. Bu sözləri xeberde.az-a açıqlamasında sosial məsələlər üzrə ekspert Elçin Bayramlı ali təhsil alan gənclərin iş tapmaqda çətinlik çəkməsi barədə danışarkən […]

Cəmiyyət

İkitərəfli münasibətlərin müsbət inkişaf dinamikası

Azərbaycan dövlətinin xarici siyasətində Avropada və dünyada söz sahibi olan güclü dövlətlərlə siyasi-iqtisadi və strateji əməkdaşlıqların və tərəfdaşlıqların qurulması önəmli yer tutur. Avropada belə dövlətlərdən biri də Almaniya Federativ Respublikasıdır. Artıq 33 ildir ki, diplomatik münasibətlərin qurulduğu Almaniya ilə Azərbaycan arasında müxtəlif sahələrdə əməkdaşlıq əlaqələri sürətlə inkişaf edib. Xalqlarımız arasında əlaqələrin dərin tarixi kökləri vardır. […]

Cəmiyyət

Fəal əməkdaşlıq üçün yaxşı imkanlar mövcuddur

Prezident İlham Əliyevin cari ilin 2 aprel tarixində Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin ölkəmizə rəsmi səfəri çərçivəsində mətbuata verdiyi bəyanatda cənab İlham Əliyev Almaniya Prezidentinin Azərbaycana səfərini yüksək qiymətləndirərək, bu səfərin iki ölkə arasındakı əlaqələrə müsbət təkan verəcəyinə tam əmin olduğunu vurğulayıb. Ölkə Prezidenti görüşdə deyib ki, Azərbaycan Almaniya ilə əlaqələrin inkişafında maraqlıdır. Rəqəmlər […]

Cəmiyyət

Azərbaycan Almaniyanın fəal ticarət tərəfdaşıdır

Bildiyimiz kimi, aprelin 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin ölkəmizə rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanat beynəlxalq aləmdə maraqla qarşılanmışdır. Prezident hazırda regionda mövcud olan vəziyyət, Azərbaycanla Ermənistan arasında sülh prosesinin perspektivləri, münasibətlərin normallaşdırılması, etimad mühitinin yaradılması və sülhün təsis edilməsi üçün vacib əhəmiyyət daşıyan məqamlar barədə qarşı tərəfə ətraflı məlumat […]

Cəmiyyət

Azərbaycan sülh prosesinə sadiqdir

Cari ilin 2 aprel tarixində Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin ölkəmizə səfəri zamanı keçirilmiş mətbuat konfransında dövlətimizin başçısı cənab İlham Əliyev bildirib ki, məhz Azərbaycan İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra sülh danışıqları təşəbbüsü ilə çıxış edib. Sülh sazişinin imzalanması üçün Ermənistanın iki addım atması vacibliyini bildirdi. Birinci şərt Ermənistanın Minsk Qrupundan imtina etməsidir, […]

Cəmiyyət

Azərbaycan Almaniyanın mühüm iqtisadi və ticarət tərəfdaşıdır

Prezident İlham Əliyevin cari ilin 2 aprel tarixində Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin respublikamıza rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanatda bir daha bildirib ki, Azərbaycan davamlı inkişaf edən ölkədir. Ölkəmizdə gedən proseslər və həyata keçirilən işlər Azərbaycanın normal həyatını təmin edir. Azərbaycan dövlətinin xarici siyasətinin əsasını balanslaşdırılmış siyasət, müstəqilliyimizin beynəlxalq dayaqlarını daha da möhkəmləndirməyə […]