Cəmiyyət Hadisə

Bakıda falçı evini satan qadının başına oyun açdı – FOTO

Bakıda falçı qadını aldadaraq 190 manatını alıb. xeberde.az-ın məlumatına görə, zərərçəkən qadın evini tezliklə satmaq üçün falçıya müraciət edib. İnstagram sosial şəbəkəsində “Svetlana.baxici” adı ilə onlayn fəaliyyət göstərən falçı qadından 190 manat aldıqdan sonra, 20 gün ərzində evin satılacağını bildirib. Lakin iki ay keçməsinə baxmayaraq, ev satılmayıb.  Evin satılmadığını görən qadın falçıya yenidən müraciət etdikdə isə […]

Cəmiyyət

Sabah dəhşətli isti olacaq – XƏBƏRDARLIQ

Azərbaycanda iyulun 10-u bəzi yerlərdə 38 dərəcə isti gözlənilir. Bu barədə xeberde.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 20-24° […]

Cəmiyyət Mədəniyyət

Aşıq Əhliman insult keçirdi, vəziyyəti ağırdır

Əməkdar mədəniyyət işçisi Aşıq Əhliman Rəhimov insult keçirib. xeberde.az xəbər verir ki, bu barədə “Qaynarinfo”ya açıqlamasında Aşıq Ağamurad İsrafilov deyib. O, aşığın səhhətinin ağır olduğunu bildirib: “Dili tutulub, danışa bilmir. Bu yaxınlarda onun 70 illiyi ilə bağlı veriliş hazırlanırdı. Onun haqqında həyat yoldaşı danışdı. Müalicələr aparılır, ümid Allahadır”. Xatırladaq ki, Aşıq Əhliman bir neçə il əvvəl […]

Cəmiyyət manset Ölkə

Azərbaycanda bu xəstəliyə yoluxma sayı artdı – RƏSMİ

Bu ilin ilk beş ayında suçiçəyinə 17 min 595 yoluxma halı aşkarlanıb. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. Qeyd olunub ki, bu ilin yanvar – may aylarındakı yoluxma ötən ilin müvafiq dövrü il müqayisədə 2 189 nəfər çoxdur. İlin ilk beş ayında suçiçəyinə yoluxanlardan 9 min 190-ı kişi, 8 min 405-i isə qadındır. Xəstəliyə […]

AKTUAL Cəmiyyət Gündəm Secme Xeberler

202 nömrəli uşaq bağçasında nöqsanlar aşkarlandı

202 nömrəli körpələr evi-uşaq bağçasında Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən monitorinq aparılıb. Bu barədə xeberde.az-ın cavab olaraq BŞTİ-dən məlumat verilib. Bildirilib ki, monitorinq zamanı müəssisədə bir sıra ciddi nöqsanlar aşkar edilib. Müəyyən edilmiş nöqsanlara əsasən bağça müdirinin fəaliyyəti ilə bağlı qanunauyğun tədbirlərin görülməsi nəzərdə tutulur. Qeyd edək ki, 202 saylı bağçadan narazı olan müəllimlərin tele-kanallardan […]

Cəmiyyət

Bu bürclər üçün pul yağışı yağacaq

Dolunay 10 iyul 2025-ci il, cümə axşamı günü gerçəkləşəcək. Məşhur inancın əksinə olaraq, bu dolunay çox stresli deyil. Qız bürcündə Marsdan müsbət bucaq alır. Buna görə də, konkret məqsədlərə və başlanğıclara doğru addımlar atmağın asan olacağı dolunaydır. Hədəf yönümlü ola biləcəyimiz, emosiyalar və münasibətlərdən çox reallıqlara, məsuliyyətlərə və işimizə diqqət yetirə biləcəyimiz dolunay. Bu zaman […]

Cəmiyyət Hadisə

Deputat müharibə veteranına azadlıqda ölmək haqqı istədi, vermədilər – MƏHBUS HƏBSDƏ ÖLDÜ

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin son iclasında sarsıdıcı bir faktı açıqladı. xeberde.az xəbər verir ki, deputat onun köməkçisi Niyaməddin Orduxanlının qardaşı, Birinci Qarabağ müharibəsi iştirakçısı, 3 uşaq atasının, 4-cü dərəcəli xərçəng xəstəliyindən əziyyət çəkdiyi halda həbsxanada can verdiyini deyib. Deputatın sözlərindən bəlli olub ki, Orduxanlının qardaşına […]

Cəmiyyət manset Sosial

Agentlikdən xəstə heyvanlarla bağlı açıqlama: “Fotolar Rusiya və Afrikada çəkilib”

“Son vaxtlar bəzi sosial şəbəkə hesablarında, həmçinin özünü media orqanı kimi təqdim edən bir neçə səhifədə Dövlət Məşğulluq Agentliyi tərəfindən icra olunan özünüməşğulluq proqramını ləkələmək, yalan məlumatlar paylaşmaqla izləyicilərini aldatmaq, bununla da oxucu qazanmaq cəhdləri müşahidə olunur”. xeberde.az xəbər verir ki, bunu Dövlət Məşğulluq Agentliyinin Kommunikasiya departamentinin müdiri Mayis Musayev sosial media hesabında yazıb. O bildirib […]

Cəmiyyət

İşğaldan azad edilmiş bütün Qarabağ və Şərqi Zəngəzurda hazırda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır.

İşğaldan azad edilmiş bütün Qarabağ və Şərqi Zəngəzur ərazisində bu gün Azərbaycan dövləti tərəfindən tarixdə bənzəri görünməmiş miqyasda bərpa və quruculuq işləri həyata keçirilir. 30 ilə yaxın davam edən işğal nəticəsində viran qoyulmuş şəhər və kəndlər, dağıdılmış infrastruktur və talan edilmiş təbii sərvətlər bu bölgələri faktiki olaraq yaşayışsız, inkişafdan kənarda qalan ərazilərə çevirmişdi. Lakin 2020-ci […]

Cəmiyyət Gündəm manset

Rəşad Məcid Albinanın ölümü ilə bağlı yayılan xəbərdən yazdı: “Baş verən bu hadisə bir daha göstərir ki…”

“Caz festivalının icraçı direktoru, “Caz dünyası” jurnalının baş redaktoru Leyla xanım Əfəndiyevanın dərin narahatlıq içərisində jurnalistlərə etdiyi müraciətini oxudum və bu barədə bir neçə söz deməyi özümə borc bildim. Məsələ bu günlərdə Leyla Əfəndiyevanın sosial şəbəkədə azərbaycanlı müğənni, “I am Jazzman” yarışmasının finalçısı Albina Pyakşevanın Meksika-ABŞ sərhədini keçərkən faciəvi şəkildə dünyasını dəyişməsi barədə sonradan təsdiqini […]