Cəmiyyət

Agentliyə yeni aparat rəhbəri təyin edildi

Dövlət Turizm Agentliyinə Aparat rəhbəri təyin edilib. xeberde.az-ın məlumatına görə, sözügedən vəzifə Kənan Əliyevə tapşırılıb. Kənan Firdovsi oğlu Əliyev 20 yanvar 1993-cü ildə Bakı şəhərində anadan olub. 2009-cu ildə Qərb Universitetinin nəzdindəki orta məktəbi bitirib. 2011-2014-cü illərdə Mançester Universitetinin Biznes məktəbində bakalavr təhsili alıb. 2014-2015-ci illərdə London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində İnsan resurslarının idarə […]

Cəmiyyət

4 mindən çox şəxs bağça müəllimliyinə imtahan verdi

Məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə test imtahanı başa çatıb. İmtahanda ümumilikdə 4371 namizəd iştirak edib.  xeberde.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Regional Təhsil İdarələrinin nəticələri idarələrin rəsmi internet saytlarında və sosial şəbəkə hesablarında dərc olunacaq. Keçid balını toplamış və vakansiya seçimi etmiş namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar. Müsahibə mərhələsində namizədlərə […]

Cəmiyyət

DYP-dən qaz balonu ilə işləyən maşınların sürücülərinə xəbərdarlıq

Baş Dövlət Yol Polisi İdarəsi vətəndaşlara xəbərdarlıq edib. xeberde.az xəbər verir ki, xəbərdarlıqda deyilir: “Benzinlə işləyən avtomobillərə əlavə qaz avadanlığının quraşdırılması yol hərəkəti təhlükəsizliyi baxımından ciddi risk yaradır. Qanunvericiliyə əsasən, bu avadanlıqlar yalnız yol hərəkətinin təhlükəsizliyi üzrə müvafiq elmi-tədqiqat institutunun rəyi əsasında və ixtisaslaşmış servislərdə quraşdırıla bilər. Lakin aparılmış təhlillər və son hadisələr göstərir ki, istismar dövründə […]

Cəmiyyət

Şəkər xəstəliyi xərclərini sığorta qarşılyacaq

Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin dövlət tibb müəssisələrində müayinəsi və müalicəsi icbari tibbi sığorta vəsaitləri hesabına maliyyələşdiriləcək. xeberde.az-ın məlumatına görə, şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin müayinəsi və müalicəsi üzrə tədbirlər hüquqi və fiziki şəxslərin ianələri, eləcə də qanunla nəzərdə tutulan digər vəsaitlər hesabına da həyata keçirilə biləcək. Qüvvədə olan qanuna görə, şəkərli diabet xəstəliyinə tutulmuş […]

Cəmiyyət

Azərbaycanda 169 qadın taksi sürmək üçün şəhadətnamə alıb

Bu günə qədər taksi sürücüsü olmaq istəyən 169 qadın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) müraciət edərək müvafiq imtahanları uğurla keçib və şəhadətnamə əldə edib. “xeberde.az” agentliyə istinadən xəbər verir ki, hazırda həmin qadın sürücülərdən 111-i taksi sürücüsü kimi fəaliyyət göstərir. Müraciət edənlərdən 8 nəfəri 20-30 yaşarası, 78 nəfəri 30-50 […]

Bölgə Cəmiyyət manset

Vətən müharibəsi iştirakçısı vəfat etdi

Tovuzun Aşağı Öysüzlü kənd sakini, Vətən müharibəsi iştirakçısı, 1985-ci il təvəllüdlü Vüsal Əşrəf oğlu Tağıyev vəfat edib. xeberde.az xəbər verir ki, o, uzunsürən xəstəlikdən sonra dünyasını dəyişib. Mərhum kənd qəbirsitanlığında dəfn edilib. Qeyd edək ki, Vüsal Tağıyev döyüşlərdə göstərdiyi xidmətlərinə görə, “Kəlbəcərin azad olunmasına görə”, “Vətən Müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.(qafqazinfo)

Cəmiyyət

Prezident Kasım-Jomart Tokayevin rəhbərliyi ilə Qazaxıstan günü-gündən inkişaf edir.

Azərbaycan Mərkəzi Asiya ölkələri, o cümlədən regionun Türk dövlətləri ilə münasibətlərə mühüm əhəmiyyət verir. Son illər Prezident cənab İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə, region dövlətlərinin başçılarının isə Azərbaycana səfərləri müntəzəm xarakter alıb. Bu isə təbii olaraq ölkələrarası əlaqələrin inkişafına, yeni əməkdaşlıq imkanlarının yaranmasına gətirib çıxarıb. Azərbaycanın sıx, tarixi əlaqələrə malik olduğu Türk dövlətlərindən biri də […]

Cəmiyyət

Azərbaycan ilə Qazaxıstan arasında investisiya əməkdaşlığı möhkəmlənir

“Azərbaycan ilə Qazaxıstan arasında investisiya əməkdaşlığı möhkəmlənir”. Prezident İlham Əliyev Qazaxıstanın “Kazinform” agentliyinə müsahibəsində bildirib.    “Azərbaycan ilə Qazaxıstan arasında investisiya əməkdaşlığı möhkəmlənir: Azərbaycanın Qazaxıstan iqtisadiyyatına investisiyası 225 milyon dollara, Qazaxıstanın isə Azərbaycana sərmayəsi 136 milyon dollara çatıb. Bu göstəricilər tərəflərin uzunmüddətli tərəfdaşlığa və davamlı inkişafa qarşılıqlı marağını nümayiş etdirir”, – deyə dövlətimizin başçısı əlavə edib. Miriyeva […]

Cəmiyyət Gündəm

“Space TV”yə xəbərdarlıq edildi

Audiovizual Şura “Space TV”nin efirində yayımlanan “Banu” proqramında bölgələrin birində keçirilmiş qohum evliliyinə dair toy şənliyinin nümayişi ilə bağlı kanala xəbərdarlıq edib. xeberde.az  xəbər verir ki, bu barədə Şura məlumat yayıb. Qeyd edilib ki, sözügedən görüntülər kanalda bu ilin oktyabrın 8-də, saat 22.06-23.09 arası nümayiş olunub. Proqramın həmin buraxılışı cari ilin iyulun 1-də qüvvəyə minmiş […]