Cəmiyyət

Dinc birgəyaşayışın bərqərar olmasınayönələn səylər

Azərbaycan rəhbərliyinin bu nüfuzlu beynəlxalq platformada iştirakı ölkəmizin artan beynəlxalq nüfuzunun, qlobal proseslərdə fəal mövqeyinin bariz göstəricisidir. Bildiyiniz kimi, cənab Prezident İlham Əliyevin Davos Forumunda çıxışları və keçirdiyi yüksək səviyyəli görüşlər hər zaman beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olur və böyük maraqla qarşılanır.Prezident İlham Əliyevin Davos Forumundakı fəaliyyəti Azərbaycanın beynəlxalq imicinin güclənməsinə, regional lider dövlət kimi […]

Cəmiyyət

Sıx əməkdaşlıq və etibarlı tərəfdaşlıq amalımızdır

Biz təbii resurslara, nəqliyyat sisteminə və müasir boru kəmərlərinə malikik. Bizim bir çox Avropa ölkəsi ilə yaxşı münasibətlərimiz var və bu, onlar üçün öz enerji təhlükəsizliyini gücləndirmək imkanıdır. Bizim üçün isə bu, premium bazarda ehtiyatlarımızı satmaq fürsətidir. Baxmayaraq ki, biz qazı təkcə Avropaya satmırıq, bu yaxınlarda Suriyaya da ixrac etməyə başlamışıq. Ancaq qiymət baxımından ən […]

Cəmiyyət

Sülh, əmin-amanlıq uğrunda mübarizədə gözəl nümunə

Prezidenti İlham Əliyev yanvarın 20-də Davosda “Euronews” televiziyasına verdiyi müsahibəsində cəmi beş ildir sülh şəraitində yaşadığımızı qeyd edərək vurğuladı ki, son aylar sülh artıq ticarət sahəsi də daxil olmaqla, praktik müstəviyə keçib. Bu isə böyük iradə, qətiyyət, əzmkarlıq tələb edir. Azərbaycan Prezidenti bu xüsusda 2025-ci il avqustun 8-də Vaşinqton görüşündə sülh gündəliyi ilə bağlı əldə […]

Cəmiyyət

Azərbaycan güclü dövlətdir

Prezident İlham Əliyev yanvarın 20-də Davosda “Euronews” televiziyasına müsahibəsində Azərbaycanın qətiyyətli və prinsipial mövqeyini ortaya qoydu və çox haqlı sözlər dedi. Biz elə bir vəziyyətlə üzləşirik ki, beynəlxalq hüquq normaları dünya ictimaiyyətinin bütün üzvləri üçün artıq mütləq görünmür. Buna görə strateji məqsədimiz milli maraqlar əsasında nəticələri əldə etməkdən ibarət idi və beynəlxalq hüquqa tam riayət […]

Cəmiyyət

Tutarlı diplomatik gediş

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də Davosda “Euronews” televiziyasına müsahibə verib.Avropa Parlamenti tərəfindən daimi tənqidinə münasibətiniz və reaksiyanız barədə telekanalın müxbirinin sualına Prezident İlham Əliyevin cavabı konkret, diplomatik və tutarlı olub: “Biz artıq buna reaksiya vermirik”.Prezident izah edib ki, bəli, biz reaksiya verməyi dayandırmışıq. Keçmişdə biz reaksiya verirdik. Aydındır ki, Azərbaycana […]

Cəmiyyət

Böyük zəhmət, gərgin fəalliyyət, dəyərli mükafat

Prezident İlham Əliyev 2026-cı il üçün “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülüb. Davosda “Euronews” televiziyasına müsahibəsində bu barədə təəssüratını bölüşməyi xahiş edən müxbirin sualına cavabda dövlətimizin başçısı deyib ki, belə nüfuzlu mükafatı almaq böyük şərəfdir.. Xüsusən də o, Birləşmiş Ərəb Əmirliklərinin qurucusu, mərhum Şeyx Zayedin adını daşıyır.Bu mükafat bütün Azərbaycsan vətəndaşlarını olduqca sevindirir. Bunun arxasında […]

Cəmiyyət

Aylarla xəbərdarlıq edildi, tədbir görülmədi: Sabunçu–Nizami yolunda təhlükəli mənzərə – VİDEOREPORTAJ

xeberde.az 2025-ci ilin noyabrında Sabunçu rayonu, Yavər Əliyev küçəsindən Nizami rayonuna gedən istiqamətdə yaranmış ciddi problemi ictimailəşdirmişdi. Bildirilmişdi ki, bir neçə yolun kəsişdiyi bu nöqtədə yağış suları aylarla çəkilmir və nəqliyyat üçün real təhlükə yaranır. Aradan aylar keçməsinə baxmayaraq, vəziyyət dəyişməyib, əksinə, problem daha da dərinləşib. Hazırda ərazi bataqlığı xatırladır. Küçə çirkab və yağış suları ilə dolub, […]

Cəmiyyət Region Təhsil

Qara görə dərslər dayandırılacaq? – RƏSMİ CAVAB

Son günlər ölkə ərazisində müşahidə edilən qarlı hava şəraiti ilə əlaqədar ucqar dağlıq kəndlərdə yerləşən bir sıra məktəblərdə şagirdlərin davamiyyətində fasilələr müşahidə edilir. Bu barədə xeberde.az-ın sorğusuna cavab olaraq MÜTDA-dan məlumat verilib.  Bildirilib ki, bəzi ərazilərdə yolların buz bağlaması, eləcə də nəqliyyat vasitələrinin hərəkətinin nisbətən çətinləşməsi səbəbindən şagirdlərin və pedaqoji kollektivin təhlükəsizliyinin təmin edilməsi prioritetdir. Bu […]

Cəmiyyət

Sabah bu ərazilərdə qaz olmayacaq – Xəbərdarlıq

Sabah paytaxtın bir sıra ərazilərində qaz kəsiləcək. xeberde.az xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonu, Qobustan qəsəbəsində qaz xətlərinin yerinin dəyişdirilməsi, Yasamal rayonu, M.Şərifzadə küçəsində yeraltı qaz xəttində aşkar olunmuş sızmanın aradan qaldırılması məqsədilə 22.01.2026-cı il saat 10:00-dan etibarən bəzi ərazilərin qaz təchizatı dayandırılacaq.

Cəmiyyət Hərbi Hüquq

DİQQƏT: Bu gənclərə hərbi xidmətdən möhlət hüququ verilə bilər

Dünyanın 50 ən yaxşı universitetini bitirən və ən azı üç il Ermənistanda işləyən vətəndaşlar icbari hərbi xidmətdən azad olunacaqlar. Bəs dünyanın aparıcı universitetlərini bitirən azərbaycanlı gənclər üçün oxşar stimulların tətbiqi müzakirə mövzusu ola bilərmi? Mövzu ilə bağlı xeberde.az-a açıqlama verən hərbi ekspert Ədalət Verdiyev bildirib ki, dünyanın aparıcı universitetlərini bitirərək müəyyən müddət Azərbaycanda çalışan gənclərin […]