Cəmiyyət

Süni intellektin tətbiqi dövlət qurumlarında geniş vüsət almalıdır.

    Süni intellektin tətbiqi dövlət qurumlarında geniş vüsət almalıdır, çünki müasir idarəetmə çevik, şəffaf və texnoloji əsaslara söykənən yanaşma tələb edir. Rəqəmsal transformasiya dövründə süni intellekt dövlət xidmətlərinin keyfiyyətini artırmaq, qərarların qəbulunu sürətləndirmək və insan amilindən qaynaqlanan səhvləri minimuma endirmək baxımından mühüm alətə çevrilmişdir.     İlk növbədə, süni intellekt və böyük verilənlərin təhlili vasitəsilə dövlət […]

Cəmiyyət

Bizim bir çox üstünlüklərimiz var. Onlardan biri bizim coğrafi vəziyyətimizdir.

      Azərbaycan Cənubi Qafqaz regionunda yerləşərək Avropa ilə Asiyanı birləşdirən strateji körpü rolunu oynayır. Ölkə şimalda Rusiya Federasiyası, cənubda İran İslam Respublikası, qərbdə Gürcüstan və Ermənistan, həmçinin Türkiyə ilə həmsərhəddir. Şərqdən isə Xəzər dənizi ilə əhatə olunur. Bu mövqe Azərbaycanı regionun nəqliyyat, enerji və ticarət qovşaqlarından birinə çevirmişdir. Azərbaycanın coğrafi mövqeyi beynəlxalq nəqliyyat dəhlizlərinin üzərində […]

Cəmiyyət

Transmilli böyük şirkətlərlə iş təcrübəmiz də böyük üstünlükdür.

       Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirəsi ölkənin texnoloji inkişaf strategiyasında yeni mərhələnin konturlarını müəyyənləşdirdi. Müşavirədğğə dövlət başçısının vurğuladığı əsas məqamlardan biri transmilli böyük şirkətlərlə əməkdaşlıq təcrübəsinin Azərbaycanın rəqəmsal transformasiya prosesində mühüm üstünlük yaratmasıdır. Qloballaşan dünyada qabaqcıl texnologiyalara çıxış və innovativ idarəetmə modellərinin tətbiqi […]

Cəmiyyət

Bu gün Azərbaycan özünü bütün əsas enerji mənbələri ilə tam təmin edir, hətta onları dünya bazarlarına da çıxarır.

Müasir dünyada dövlətlərin gücü artıq təkcə təbii resurslarla deyil, texnoloji potensial, innovasiya qabiliyyəti və rəqəmsal infrastrukturla ölçülür. Azərbaycan isə nadir ölkələrdəndir ki, həm enerji baxımından tam özünü təmin edir, həm də bu resursları beynəlxalq bazarlara ixrac edir. Bu üstünlük ölkəyə yeni inkişaf mərhələsinə – rəqəmsal və innovativ iqtisadi modelə keçid üçün möhkəm zəmin yaradır. Enerji […]

Cəmiyyət

Bakıda və bölgələrdə külək güclənəcək – XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə fevralın 17-18-də külək güclənəcək. Bu barədə xeberde.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Qusar, Şamaxı, Xızı, Qobustan, Goranboy, Daşkəsən, Kəlbəcər, Laçın, Zəngilan, Naftalanda, eyni zamanda Bakıda və Abşeron yarımadasında qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək. Bu da sarı xəbərdarlığauyğundur.

Cəmiyyət Gündəm

TƏBİB-in yeni sədrindən İLK AÇIQLAMA

Xəbər verdiyimiz kimi, bu gün Vüqar Qurbanov TƏBİB-in icraçı direktoru vəzifəsindən azad olunub və onun səlahiyyətləri müavini Anar İsrafilova həvalə edilib. xeberde.az  xəbər verir ki, manset.az Anar İsrafilovla əlaqə saxlayıb. O, yeni təyinatı ilə bağlı qısa açıqlama verib: “Hələki yeni təyin olunmuşam. Yəqin ki, TƏBİB-də kadr dəyişiklikləri və yeniliklər olacaq. Hələki bu barədə nəsə deyə […]

Cəmiyyət

Ramazan və Novruzla bağlı 11 gün iş olmayacaq

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təqviminə əsasən, Azərbaycanda 2026-cı il Ramazan ayının birinci günü fevralın 19-na təsadüf edəcək. xeberde.az-ın məlumatına görə, Nazirlər Kabinetinin qərarına əsasən, bu il Ramazan bayramı martın 20-21-nə (cümə və şənbə) düşəcək. Həmin tarixlər eyni zamanda Novruz bayramı günləri hesab olunur. Bu səbəbədən də Nazirlər Kabinetinin qərarına əsasən, həmin bayramlarla əlaqədar 11 gün qeyri-iş […]

Cəmiyyət

Mediada boşanmaqla bağlı yalan məlumat yayanlar həbs ediləcək

Mediada insanların boşanmaq üçün məhkəməyə müraciət etməsi barədə yalan məlumatın yayılması cinayət hesab ediləcək. xeberde.az xəbər verir ki, Trend Ali Məhkəmənin müvafiq Plenum qərarı və Cinayət Məcəlləsinə istinad edərək bu qənaətə gəlib. Mediada yalan məlumatın yayılması Belə ki, Ali Məhkəmənin Plenum qərarına əsasən, yayılmış həqiqətə uyğun olmayan məlumatlar xüsusiyyətlərinə görə fiziki şəxsin şərəfini, ləyaqətini ləkələməsə də, onun şəxsi toxunulmazlıq […]

Cəmiyyət Gündəm manset

Vüqar Qurbanov vəzifəsindən AZAD EDİLDİ

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov vəzifəsindən çıxarılıb. xeberde.az xəbər verir ki, sədrin səlahiyyətlərinin icrası qurumun icraçı direktorunun müavini Anar İsrafilova həvalə olunub. Hələlik rəsmi qurumlar tərəfindən Vüqar Qurbanovun vəzifədən azad edilməsinin səbəbləri açıqlanmayıb. Məsələ ilə bağlı əlavə məlumat veriləcəyi gözlənilir.

Cəmiyyət

Tanınmış tarixçi yeni vəzifəyə təyin edildi

Tarix elmləri doktoru, dosent Güntəkin Nəcəfli AMEA-nın Tarix və Etnologiya İnstitutunun “Azərbaycanın XV-XVIII əsrlər tarixi” şöbəsinin baş elmi işçisi vəzifəsinə təsdiq edilib. Bu barədə xeberde.az-a açıqlamasında tarixçilər Nazim Xəlilov və Elnur Nəciyev məlumat veriblər. “Güntəkin Nəcəfli uzun illərdir ki, Tarix və Etnologiya İnstitutunda çalışır. Prezident İlham Əliyevin 2012-ci il 25 may tarixli Sərəncamı ilə o, Dövlət […]