Beynəlxalq ekspertlər qazlı və enerji içkilərinin tez-tez istehlakının kişilərdə keçəlləşməyə, narahatlıq və depressiyaya səbəb ola biləcəyi barədə xəbərdarlıq edib. xeberde.az bildirir ki, əsas səbəblər hormonal tarazlığını pozan yüksək şəkər və stress səviyyəsini artıran kofeindir. Bu amillər saç folikullarını zəiflədir, nəticədə saç tökülməsinə səbəb olur.
Cəmiyyət
Azərbaycanda qeyri-sabit hava şəraiti bu tarixədək davam edəcək
Azərbaycanın bəzi rayonlarında aprelin 14-dən 15-nə keçən gecədən başlayaraq yağıntıların intensivləşəcəyi, 15 və 16-da daha da kəskinləşəcəyi, yağışın leysan xarakterli güclü olacağı gözlənilir. xeberde.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Xəbərdarlığa əsasən, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı, intensiv yağış nəticəsində dağ çaylarından sel və daşqın keçəcəyi […]
3 günlük maqnit qasırğası PROQNOZU: Sabah daha güclü olacaq
Növbəti maqnit qasırğası nə vaxt gözlənilir və həftə sonu günəş aktivliyi necə olacaq? Aprelin 12-də geomaqnit aktivlik səviyyəsi Kp-index 4 zəif qasırğanı göstərir. Bəziləri yüngül yorğunluq, enerjinin azalması, yuxululuq hiss edə bilər. Bazar günü, aprelin 13-də Kr-indeksi maqnit pozuntularında nəzərəçarpacaq artımı göstərən 5-6 dəyərlərinə yüksələcək. Baş ağrıları, əsəbilik, konsentrasiyanın azalması və peyk rabitəsi və naviqasiya sistemlərində pozuntular […]
Prezident və nəvələri idman zalında – FOTOLAR
Prezident İlham Əliyevin nəvələri Əli və Mikayıl Ağalarovlarla maraqlı şəkilləri yayılıb. xeberde.az xəbər verir ki, İlham Əliyevin nəvələri ilə idman zalındakı məşqdən çəkilən fotolarını Əli Ağalarov sosial şəbəkədə paylaşıb. “Baba ilə Antalyanın idman zalında tam bədən məşqi!”, – deyə o, paylaşıma qeyd edib. Xatırladaq ki, Prezident İlham Əliyev Antalya Diplomatik Forumunda içtirak etmək üçün hazırda Türkiyədə səfərdədir.
Psixoloqa gedənlərə niyə “dəli” kimi baxılır?
Azərbaycanda psixoloq müraciət edən şəxslərə münasibət birmənalı deyil. Hazırda insanın gündəlik yaşam tərzi onun psixologiyasında izlər qoya bilir. Düzgün zamanda bu təsirləri aradan qaldırmaq üçün isə psixoloq məsləhəti almaq önəmlidir. Lakin bəzi vətəndaşlar psixoloqlara qeyri-ciddi yanaşır. Hətta onlara müraciət edənləri “dəli” adlandırırlar. Ailə və uşaq psixoloqu Aynur İsmayılova mövzu ilə bağlı xeberde.az saytına açıqlama verib. Psixoloq deyib […]
Onlar hərbi xidmətdən müvəqqəti azad olunur – RƏSMİ
Azərbaycanda ali təhsil alan şəxslərə hərbi xidmətdən möhlət verildiyi hər kəsə məlumdur. Bəs təhsildən başqa hansı hallarda hərbi xidmətdən müvəqqəti azad olmaq mümkündür? Mövzu ilə bağlı xeberde.az-a danışan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin mətbuat katibi Pərviz Sədrəddinov bildirib ki, Azərbaycan qanunvericiliyi vətəndaşlara yalnız üç əsas səbəbə görə müddətli həqiqi hərbi xidmətdən möhlət […]
Embawood-un malları BOYKOT EDİLƏCƏK?..
Dünən Bakıda “BYD” markalı taksi maşınının qəzaya uğraması – Ələsgər Qayıbov küçəsindən sürətlə hərəkət edərək Heydər Əliyev prospektinə “uçaraq” beton maneəyə çırpılması ən çox müzakirə olunan mövzulardandır. Gündəmi zəbt edən bu olay “Embawood” şirkətinin işinə yarayıb. Belə ki, şirkət bədbəxt hadisədən özünə reklam qazanmağa çalışıb. Mebel satışı ilə məşğul olan “Embawood” qəzadan görüntüləri montaj edərək “Belə sürətlə, həm də […]
Valideynlərə xəbərdarlıq – Yeniyetmələr arasında təhlükəli oyun yayılıb, hipnozla…
Uşaqlar və yeniyetmələr arasında “Qırmızı Qapı, Sarı Qapı” (Red Door, Yellow Door) adlı təhlükəli oyun yayılıb. xeberde.az xəbər verir ki, Bakı məktəbliləri arasında son vaxtlar bu oyunu oynadığı qeyd edilir. Bəzi məktəblərdə hətta valideynlərə çağırışlar edilib. Qeyd edək ki, bu, psixoloji eksperiment və ya hipnozvari təsirə malik ritual kimi təqdim olunan bir oyun formasıdır. Bu […]
100 manatlıq bu cərimə 10 minədək qaldırılır
Uçuş təhlükəsizliyi qaydalarının pozulmasına görə cərimələr genişləndirilir. xeberde.az xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Qanun layihəsinə əsasən, müvafiq icazə olmadan pirotexnik məmulat yandırılmasına, yaxud hava gəmilərinin uçuşları üçün təhlükəli quşların kütləvi toplanmasına kömək edən obyektlər qurulmasına […]
Mikayıl İsmayılovun oğlu atalıq testindən keçməkdən növbəti dəfə yayındı – ALİMENTİ DƏ ÖDƏMİR
Oliqarx, SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadənin bioloji qohumluğun təyini – atalıq testindən keçməsi üçün daha bir məhkəmə instansiyası – Bakı Apellyasiya Məhkəməsi qərardad çıxarıb. Ekspertiza keçirilməsi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Məhkəmə Tibbi Biologiya şöbəsinə həvalə olunub. Bu gün, aprelin 11-i, saat 11-ə təyin olunan ekspertizaya Fidan Abbasova və övladı […]










