Bölgə Gündəm manset Siyasət

İlham Əliyevlə Nəhyan Şuşa məscidindəki tikinti ilə tanış olublar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan sentyabrın 16-da Yeni Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olublar. xeberde.az xəbər verir ki, Prezidentin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə həyata keçirilən işlər barədə məlumat verdi. Qeyd edək ki, təməli 2021-ci ildə Prezident İlham […]

Bölgə Cəmiyyət manset

“Veysəloğlu-Distribusiya” ucqar kəndlərdə məktəblilərə dəstəyini davam etdirir – “Xoşbəxtlik Çantası” layihəsinin növbəti mərhələsi baş tutdu

Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Veysəloğlu Distribusiya” şirkəti ucqar kəndlərdə yaşayan məktəblilərin təhsil və inkişafına töhfə vermək, eləcə də uzunmüddətli qardaşlıq bağları qurmaq məqsədilə başlatdığı “Xoşbəxtlik Çantası” adlı layihənin üçüncü mərhələsini uğurla həyata keçirib. xeberde.az xəbər verir ki, bu dəfə “qardaş məktəb” çərçivəsində Qubanın ucqar dağ kəndləri – Qriz, Qalaxudat və Əlik məktəblərinə səfər təşkil […]

Bölgə Hadisə

Şuşada külli miqdarda silah-sursat aşkarlanıb – BİRGƏ MƏLUMAT

Şuşa rayonunun Kiçik Qaladərəsi kəndi ərazisində külli miqdarda silah-sursat aşkar edilib. xeberde.az xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin, Daxili İşlər Nazirliyinin və Azərbaycan Minatəmizləmə Agentliyinin yaydığı birgə məlumatda bildirilib.  Məlumata görə, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Daxili İşlər Nazirliyi ilə birgə Azərbaycan Respublikasının Qarabağ ərazisində qanunsuz odlu silah və partlayıcı maddələrin saxlanıldığı gizli saxlanc yerlərinin […]

Bölgə

Kəlbəcərdə ilk təhsil zəngi çalındı – FOTO

İşğaldan azad olunan Kəlbəcərdə tikilən ilk ümumi təhsil müəssisəsi olan Bəhmən Cəfərov adına 1 nömrəli tam orta məktəbin şagirdləri üçün ilk təhsil zəngi çalınıb. Şərqi Zəngəzur Regional Təhsil İdarəsindən xeberde.az-a bildirilib ki, Bilik Günündə Azərbaycan Respublikası Prezidentinin Kəlbəcər rayonunda xüsusi nümayəndəsi Bəşir Hacıyev, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov, idarə və sektor əməkdaşları, məktəb […]

Bölgə

Xankəndi tələbələr şəhəri olacaq – Prezident

“Dünən Tibb fakültəsinin yeni klinikasının açılışını etdik, tələbələrin sayı çoxalacaq, 100 nəfər də tibb klinikasına daxil oldu”. xeberde.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Xocalının Badara, Daşbulaq, Seyidbəyli və Şuşakənd kəndlərinin sakinləri ilə görüş zamanı deyib. “Yəni, bir neçə ildən sonra orada minlərlə tələbə olacaq. Yəni, Xankəndi tələbələr şəhəri olacaq”, – Prezident deyib.

Bölgə Cəmiyyət

Azad edilmiş ərazilərdə 55329 nəfər məskunlaşıb – RƏSMİ

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatına görə, Azərbaycan Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən 01.09.2025-ci il tarixədək işğaldan azad edilmiş ərazilərin bərpa olunmuş yaşayış məntəqələrinə 18167 nəfərdən ibarət 4591 ailənin qayıdışı təmin edilib. […]

Bölgə Hadisə

“Qızı maşına sürüyə-sürüyə apardılar”- Video

Zərdabda qaçırılan 22 yaşlı qızın anası danışıb. Ana Dilşad Qafarov bildirib ki, qızını zorla maşına qoyub aparıblar. “Qızı sürüyə-sürüyə maşına qoydular. Düşmənçiliyi özləri yaradıblar. Oğlan da pisdir. Dava edir, həbsə düşür. Bu yaxınlarda da olub. Qızın bacısını da oğlanın anası şikayət edib saxlatdırıb. Səbəbini bilmirəm”. Qeyd edək ki, hadisə ilə bağlı şübhəli İzzət Rəhmanoğlunun 1996-cı […]

Bölgə Hadisə

Qonşular arasında dava- Əlil qadın xəsarət aldı

Lənkəranın Türkəkəran kəndində qonşular arasında yaranan mübahisə davaya çevrilib. xeberde.az xəbər verir ki, hadisə zamanı kənd sakini, 1974-cü il təvəllüdlü Mələk Nəsirova qonşusu Nərminə Əliyeva tərəfindən yaralanıb. Baş və üz nahiyəsindən xəsarət alan Mələk Nəsirova xəstəxanaya yerləşdirilib. Nərminə Əliyeva isə iddia edib ki, ilk Mələk Nəsirova ona hücum edib. Qeyd edək ki, M.Nəsirova birinci qrup […]

Bölgə Kriminal

Ağcabədidə bacısını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Sentyabrın 5-də saat 19 radələrində Ağcabədi rayonunun Pərioğlular kəndi ərazisində 16 yaşlı Fidan Mamedovanın kəsici-deşici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. xeberde.az-ın xəbərinə görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən qardaşı – 18 yaşlı Tahir Mamedov saxlanılaraq istintaqa təhvil verilib. İlkin məlumata görə, hadisə ailə münaqişəsi zəminində baş verib. […]