Bölgə manset

Bu yanacaqdoldurma məntəqəsi bağlandı – FOTO

Naxçıvanda fəaliyyət göstərən yanacaqdoldurma məntəqəsi bağlanıb. xeberde.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin keçirdiyi yoxlama zamanı Naxçıvan şəhəri, Topçubaşov 34 ünvanında fiziki şəxs Hüseynov Fərmail Zeyqəm oğluna məxsus məntəqədə ciddi yanğın təhlükəsizliyi pozuntuları aşkarlanıb. Nazirliyin açıqlamasına əsasən, obyektin taxta konstruksiyaları odadavamlı məhlulla işlənməyib, elektrik naqilləri yanar səthlər üzərində çəkilib, yanğın su hovuzu standartlara cavab vermir, […]

Bölgə Cəmiyyət manset

Vətən müharibəsi iştirakçısı vəfat etdi

Tovuzun Aşağı Öysüzlü kənd sakini, Vətən müharibəsi iştirakçısı, 1985-ci il təvəllüdlü Vüsal Əşrəf oğlu Tağıyev vəfat edib. xeberde.az xəbər verir ki, o, uzunsürən xəstəlikdən sonra dünyasını dəyişib. Mərhum kənd qəbirsitanlığında dəfn edilib. Qeyd edək ki, Vüsal Tağıyev döyüşlərdə göstərdiyi xidmətlərinə görə, “Kəlbəcərin azad olunmasına görə”, “Vətən Müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.(qafqazinfo)

Bölgə Hadisə

Maşını toy karvanının qarşısını kəsən qaraçının üzərinə sürdü – RƏSMİ AÇIQLAMA – VİDEO

Bərdə rayonunda sürücü idarə etdiyi avtomobili qarşısına keçən şəxsin üzərinə sürüb. Bu barədə videogörüntü yayımlanıb. Qeyd olunub ki, toy karvanında hərəkət edən avtomobilin qarşısına qaraçılar çıxıb və sürücüdən “şirinlik” üçün pul istəyiblər. Sürücü isə onların qarşıdan çəkilməsi üçün sürəti azaltsa da, maşını saxlamayıb və üzərinə sürüb. Hadisə nəticəsində xəsarət alan olmayıb. Bununla bağlı oxu.az-a açıqlama […]

Bölgə Gündəm Hadisə

“Müəllim yumruqla uşağımın üzünə vurdu, gözlərində problem yarandı”

Yardımlı rayonunun kəndlərindən birində yaşayan Elnur Məlikov 5-ci sinifdə oxuyan oğlunun müəllim tərəfindən döyüldüyünü iddia edir. Məsələ ilə bağlı şikayətçi sosial şəbəkələrdə videolar yayıb. O bildirib ki, sentyabrın 17-də övladını dərsə yola salıb. Məktəbdə olarkən isə riyaziyyat müəllimi A.Heydərov oğlunu vuraraq ona xəsarət yetirib: “Müəllim dərs tapşırığını yaxşı yerinə yetirmədiyinə görə yumruqla uşağın üzünə zərbə […]

Bölgə Gündəm Hadisə

Zaqatala və Balakən böyük təhlükə qarşısında – DÖVLƏT QURUMLARI HƏRƏKƏTƏ KEÇDİ

Balakən və Zaqatala rayonlarının bir sıra kəndlərində, qeyri-yaşayış və inzibati binalarda Qəhvəyi mərmər bağacığına qarşı dezinfeksiya işlərinə başlanılıb. Bu barədə “Report”un Şimal-qərb bürosuna Kənd Təsərrüfarı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizə və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzindən məlumat verilib. Bildirilib ki, Balakən Regional və Respublika Bitki Mühafizəsi Mərkəzinin əməkdaşları hazırda ərazidədir. Mərkəzdən verilən məlumata görə, yaşayış […]

Bölgə Hadisə

Şəkidə yol qəzasında 6 nəfər xəsarət alıb

Şəkidə minik avtomobilləri toqquşub, xəsarət alanlar var. xeberde.azxəbər verir ki, hadisə axşam saat 17 radələrində Şəki-Qax avtomobil yolunun rayonun Aşağı Göynük kəndi ərazisindən keçən hissəsində baş verib.Qəza zamanı iki minik avtomobili toqquşub. İlkin məlumata görə, avtomobillərdə olan 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili Tibbi Yardım şöbəsinə yerləşdirliblər. […]

Araşdırma Bölgə Cəmiyyət

Azərbaycanda mal-qara arasında ölümcül xəstəlik yayılıb? – Agentlik açıqladı

Bəzi bölgələrində mal-qara arasında dabaq xəstəliyinin yayılması ilə bağlı iddialar dolaşır. Hətta səbəbdən insanlar ət almaqdan ehtiyat edirlər. Bəs görəsən, deyilənlər doğrudurmu? Xəstəliyə yoluxmanın qarşısını almaq üçün tədbirlər görülürmü? xeberde.az xəbər verir ki, Aqrar Xidmətlər Agentliyindən Lent.az-ın sorğusuna bildirilib ki, epizootik plana uyğun olaraq Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi tərəfindən ölkə üzrə iribuynuzlu heyvanlar arasında […]