Bölgə manset

Kürdəmirə də yeni icra başçısı təyin olundu

Elşən Nazim oğlu Həsənli Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. xeberde.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Qeyd edək ki, bu təyinatadək Elşən Həsənli Bakı Şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini vəzifəsində çalışırdı. Elşən Həsənli 2006-cı ildə  Azərbaycan  Respublikası   Prezidenti     yanında Dövlət     İdarəçilik   Akademiyasının “İnzibati idarəetmə” ixtisası üzrə bakalavriatura səviyyəsini, 2019-cu ildə […]

Bölgə Hadisə

Naxçıvan aeroportunda 14 yaşlı qıza hücum etdi- Həbs olundu

Naxçıvan Beynəlxalq Hava Limanında yeniyetmə qıza qarşı xuliqanlıq edən şəxs məsuliyyətə cəlb edilib. xeberde.az ın əldə etdiyi məlumata görə, hadisə bir neçə gün əvvəl aeroportun daxilində baş verib. Belə ki, Bakıya getmək üçün hava limanına gələn E.Süleymanov (şərti) orada adam gözləyən 2011-ci il təvəllüdlü Aytəni (şərti) görüb. O tanış olmaq məqsədilə qıza yaxınlaşıb. Lakin müsbət […]

Bölgə Gündəm manset Siyasət

Qaxın yeni icra başçısı kimdir? – DOSYE

Xəbər verildiyi kimi, Elvin Nazim oğlu Paşayev Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb. Dövlət başçısının digər Sərəncamı ilə Elvin Nazim oğlu Paşayev Qax Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. xeberde.azxəbər verir ki, Elvin Nazim oğlu Paşayev 1983-cü ildə anadan olub. Orta təhsilini Şirvan şəhər M.B.İsrailov adına 18 […]

Bölgə Gündəm manset Siyasət

Prezidentin işdən çıxardığı Fuad Nəcəflinin DOSYESİ

Fuad Vahid oğlu Nəcəfli Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsindən azad edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. xeberde.az işdən çıxarılan Fuad Nəcəflinin qısa dosyesini təqdim edir: Fuad Vahid oğlu Nəcəfli daha əvvəl özəl sektorda bir sıra vəzifələrdə çalışıb. O, 1975-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda anadan olub.  Bakı Dövlət Universitetini beynəlxalq münasibətlər […]

Bölgə

Sabah bu rayonda işıq olmayacaq

Sabah Naxçıvan Muxtar Respublikası (MR) Sədərək rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr olacaq xeberde.az xəbər verir ki, bu barədə “Azərişıq” ASC-nin Naxçıvan RETSİ-dən məlumat verilib. Məlumata görə, 35/10 kilovoltluq “Sədərək” yarımstansiyasından qidalanan 10 kilovoltluq “Qaraağac ” hava elektrik verilişi xəttində payız-qış mövsümü ilə əlaqədar təmir işləri aparılacaq. Bu səbəbdən noyabrın 12-də saat 09:30-dan 12:30-dək Qaraağac kəndinin […]

Bölgə İqtisadiyyat manset

Qarabağda 20 yaşayış məntəqəsi üzrə layihələndirmə BAŞA ÇATIR

5 il ərzində işğaldan azad edilmiş ərazilərin Ümumi planı, 8 şəhərin Baş planı, habelə Xankəndi, Xocalı, Ağdərə və Xocavənd şəhərlərinin Baş planları hazırlanmaqdadır. Eyni zamanda 90-dan çox kənd və qəsəbənin layihə sənədləri təsdiq edilib, 20 yaşayış məntəqəsi üzrə layihələndirmə işləri isə yekun mərhələdədir. xeberde.az-a Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən verilən məlumata görə, bu sənədlər hər […]

Bölgə Gündəm Hadisə manset

SON DƏQİQƏ! Bu icra hakimiyyətində YOXLAMA aparılır

Gəncə İcra Hakimiyyətində yoxlama aparılır. Ajans.az-ın əldə etdiyi məlumata görə, Hesablama Palatası İcra Hakimiyyətində nəzarət tədbiri həyata keçirir. Musavat.com xəbər verir ki, Ajans.az məsələ ilə bağlı Hesablamalar Palatasına sorğu ünvanlayıb. Sorğuya cavab olaraq bildirilib ki, Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən 2025-ci ilin İş Planına əsasən Gəncə Şəhər İcra Hakimiyyətində nəzarət tədbiri həyata keçirilir. “Hesablama Palatası haqqında” […]

Bölgə Hadisə

Astarada hamilə gəlin toy gecəsi öldü

Astara hamilə qadın toyundan bir gün sonra ölüb. xeberde.az xəbər verir ki, hadisə rayonun Deqədi kəndində baş verib. Belə ki, kənd sakini 2008-ci il təvəllüdlü Əfsanə Maqsud qızı İmanovanın dünən toyu olub. Toydan sonra o, özünü pis hiss edib və təcili olaraq Astara Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. […]