Cəlilabad rayonunun Sərhədabad–Əliabad–Zəhmətabad–Soltankənd avtomobil yolu əsaslı təmir olunacaq. xeberde.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncamla 7 min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən Sərhədabad–Əliabad–Zəhmətabad–Soltankənd avtomobil yolunun əsaslı təmiri məqsədilə dövlət büdcəsindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 1,5 milyon manat ayrılıb.
Bölgə
Xocavənddə “Böyük Ermənistana aparan tunel” aşkarlandı – FOTO
“Hans Kloss” profili ilə tanınan məşhur hərbi bloqer Xocavənd rayonunun Ağoğlan qəsəbəsindən paylaşım edib. xeberde.az xəbər verir ki, görüntülərdə qəsəbədəki evlərdən birinin divarından “Böyük Ermənistana aparan tunel”i görmək mümkündür. Düşmən zabiti tərəfindən qazılmış bu sığınacağın girişi pianino ilə bağlanmışdı. Tunel mina və partlamamış sursatdan təmizlənən zaman aşkarlanıb. Həmin görüntüləri təqdim edirik:
Zəngəzurdan Araza axan zəhər: Azərbaycan səssiz fəlakətlə üz-üzə
Azərbaycanın cənub bölgəsində yaşayan yüz minlərlə insanın həyat mənbəyi sayılan Araz çayı artıq uzun illərdir Ermənistanın tullantılarla “qara suya” çevirdiyi transsərhəd bir faciəyə dönüb. Bu ekoloji təhlükənin miqyası yalnız bir ölkəni deyil, bütün regionu əhatə edir. Ermənistan ərazisindən Araz çayına tökülən Vedi, Hrazdan və Arpa çayları vasitəsilə sənaye və məişət tullantılarının birbaşa çaya axıdılması artıq […]
1880 əcnəbiyə Qarabağda işləmək icazəsi verilib
2024-cü ildə Azərbaycanda neçə nəfərə müvəqqəti və daimi yaşamaq, işləmək üçün icazə verilib? Qeyd edək ki, Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bunun üçün müvafiq icazə almalıdırlar. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə Dövlət Miqrasiya Xidməti tərəfindən verilir. xeberde.az-ın Nazirlər Kabinetindən əldə etdiyi məlumata görə, 2024-cü […]
Gəncədə 6 nəfər tortdan zəhərlənib
Gəncə şəhərində 6 nəfər qidadan zəhərlənib. xeberde.az-ın məlumatına görə, M.İslamova (1955), T.Cəfərova (2008), N.Qədimova (2003), S.İslamova (1976), F.Abbasova (1998) və R.Qədimov (1996) zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Onların tortdan zəhərləndikləri ehtimal olunur. Faktla bağlı araşdırma aparılır.
Gəncə məktəbində insident – Şagirdlər müəllimi döydü
Gəncə şəhərində şagirdlərlə müəllim arasında baş verən mübahisə zamanı müəllim xəsarət alıb. xeberde.az xəbər verir ki, hadisə şəhərin 4 nömrəli xarici dil təmayüllü məktəb liseyində qeydə alınıb. Mübahisə zəminində məktəbin müəllimi xəsarət alıb. Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən bildirilib ki, Gəncə şəhər M.Mehdizadə adına 4 nömrəli xarici dil təmayüllü məktəb liseyin IX və X sinfində oxuyan 2 […]
Daşkəsəndə hərbçi binadan yıxıldı
Daşkəsəndə 36 yaşlı kişi binanın üçüncü mərtəbəsindən yıxılıb. xeberde.az xəbər verir ki, hadisə Daşkəsən şəhərinin Səməd Vurğun küçəsində yerləşən dördmərtəbəli yaşayış binasında qeydə alınıb. Belə ki, Şəmkir rayonunun Çənlibel kənd sakini E.Hümbətov pəncərədən yıxılaraq xəsarət alıb. Onun həmin ünvana qonaq getdiyi, hadisənin də bu zaman baş verdiyi bildirilir. Xəstəxanaya çatdıran E.Hümbətovun vəziyyəti orta ağırdır. Qeyd […]
Qazax istiqamətində gərginlik: Ermənistanın hərəkətləri təsadüfi sayıla bilməz- SENSASİON FAKTLAR
Ermənistan son zamanlar Qazax rayonu istiqamətində xeyli aktivləşib. Təxribatlar ard-arda baş verir. Bu durumu təhlil edən ekspertlər hesab edirlər ki, 7 aprel 2025-ci il tarixində Azərbaycanın Qazax rayonu istiqamətində qeydə alınan hadisələr Ermənistanın Azərbaycanın sərhədyanı yaşayış məntəqələri yaxınlığında taktiki fəallığın yeni mərhələsinə keçdiyini açıq şəkildə göstərir. xeberde.az xəbər verir ki, məsələ ilə bağlı Caliber.az saytı təhlil […]
Gəncədə qadın paltarı geyinən kişi uşaqları oğurlayıb? – İDDİA – FOTO
Gəncədə qadın paltarı geyinib marketlərə girən şəxs vətəndaşlar tərəfindən tutulub. Həmin şəxsin məktəbdən, parkdan uşaqları oğurlayıb apardığı iddia olunur. xeberde.az xəbər verir ki, bu hadisə Gəncə şəhərində sakinlər arasında təhlükəsizliklə bağlı narahatlıq yaradıb. Şəhər sakinlərinin məlumatına görə, həmin şəxs qadın paltarı geyinərək özünü başqa cinsdən biri kimi təqdim edib, bu üsulla diqqəti özündən yayındıraraq qurbanlarını asanlıqla […]
Qarabağ Universitetində daha üç fakültənin açılması planlaşdırılır
Qarabağ Universitetində birinci kursda 1100-dən çox tələbə təhsil alır və 200 əməkdaş çalışır. xeberde.az qeyd edir ki, bunu Qarabağ Universitetinin rektoru Şahin Bayramov aprelin 8-də ali təhsil müəssisəsində keçirilən “Yeni dünya nizamına doğru” mövzusuna həsr olunmuş VII ADA Siyasi Forumunda çıxışı zamanı deyib. Onun sözlərinə görə, Qarabağ Universitetinin əsas missiyası təhsil, tədqiqat və innovasiya mərkəzi […]










