Azərbaycan vətəndaşlarının işğaldan azad edilmiş ərazilərə fərdi avtomobillərlə səfərlərinin istiqamətləri genişləndirilir. xeberde.az xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyi ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi birgə məlumat yayıb. Məlumata görə, bu addım “Böyük Qayıdış” proqramının tərkib hissəsi olaraq atılır. Belə ki, mayın 20-dən vətəndaşlar “Yolumuz Qarabağa” portalından (www.yolumuzqarabaga.az) əldə olunan icazə əsasında fərdi minik avtomobilləri ilə artıq Ağdam, Füzuli, […]
Bölgə
Kürdəmirdə ölən qadının meyiti palatada gizlədilib? – RƏSMİ AÇIQLAMA
“Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında əməliyyat olunandan sonra həyatını itirən şəxsin ölüm səbəbini patoloji-anatomik təşrih nəticəsində müəyyənləşdirmək mümkündür”. xeberde.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) oxu.az-ın sorğusuna cavab olaraq bildirilib. Qeyd olunub ki, 1987-ci il təvəllüdlü (qadın cinsli) şəxs 12 may, saat 16:30-da vəziyyətinin pisləşməsi səbəbilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Təcil […]
SSRİ bayrağı qaldıran Saleh Səmədov KİMDİR…
Xəbər verdiyimiz kimi, İmişli rayonunda 9 May Qələbə günü tədbiri zamanı SSRİ bayrağı qaldırılıb. Hadisə rayonunun Sarıxanlı kəndində baş verib. SSRİ bayrağı İkinci Dünya müharibəsi xatirə kompleksinin üzərinə sancılıb. Sosial şəbəkədə yayılan görüntülər cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb. Tədbirdə, həmçinin rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov SSRİ bayrağı fonunda sinəsində rus imperiyasının rəmzi olan “Georgi lenti” ilə çıxış edib. xeberde.az Saleh […]
Ağcabədidə külək mağarı uçurdu, toy yarımçıq qaldı
Ağcabədidə əsən güclü külək toy mağarını uçurub. xeberde.az-ın xəbərinə görə, hadisə rayonun Aran kəndində baş verib. Kənd sakini Həsənov Qəhrəman oğlu üçün həyətdə qurduğu mağarı külək yararsız hala salıb. Hadisə vaxtı xəsarət alan olmasa da, məclis yarımçıq saxlanılıb.
Prezident: İkinci mərhələdə Kəngərlidə daha çox ev tikiləcək
Bütün bu əzablı illər (işğal illəri – red.) arxada qaldı. Siz indi öz doğma torpağınıza qayıdırsınız və qayıtmısınız, sizin üçün gözəl şərait yaradılıb. Kəngərli kəndi göz oxşayır. xeberde.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Ağdam rayonunun Kəngərli kəndinə köçən sakinlərlə görüşündə bildirib. Dövlət başçısı, həmçinin qeyd edib: “Kəndin bərpasının, yenidən qurulmasının birinci mərhələsidir, 292 […]
Kəngərli kəndində körpələr evi-uşaq bağçasının açılışı olub
Azərbaycan Prezidenti İlham Əliyev mayın 10-da Kəngərli kənd körpələr evi-uşaq bağçasının açılışında iştirak edib. xeberde.az-ın xəbərinə görə, dövlət başçısına məlumat verilib ki, müasir standartlara uyğun inşa edilmiş 120 yerlik körpələr evi-uşaq bağçasında azyaşlıların təlim-tərbiyəsi ilə məşğul olmaq, onların sağlam mənəvi və fiziki mühitdə yetişmələri üçün hər cür şərait var. Otaqların hamısı zəruri avadanlıqla təchiz olunub. […]
Prezident Kəngərli kənd tam orta məktəbinin binasının açılışında…
Azərbaycan Prezidenti İlham Əliyev mayın 10-da Ağdam rayonunun Kəngərli kənd tam orta məktəbinin binasının açılışında iştirak edib. xeberde.az-ın xəbərinə görə, elm və təhsil naziri Emin Əmrullayev dövlətimizin başçısına məktəbdə yaradılan şərait barədə məlumat verib. Bildirilib ki, 30 sinif otağı olan 484 şagird yerlik məktəbdə təhsil prosesinin müasir səviyyədə təşkili üçün lazımi şərait yaradılıb, otaqlar zəruri […]
Prezident İlham Əliyev Ağdam rayonunun Kəngərli kəndində
Prezident İlham Əliyev mayın 10-da Ağdamın Kəngərli kəndində yerli icra strukturları üçün inşa edilmiş çoxfunksiyalı inzibati binada yaradılan şəraitlə tanış olub. xeberde.az xəbər verir ki, burada əhaliyə göstəriləcək xidmətlərin vahid məkandan təqdim olunmasına imkan yaranacaq. Binada müxtəlif tədbirlərin keçiriləcəyi iclas zalı və işçilərin yüksək səviyyədə fəaliyyət göstərmələri üçün iş otaqları yaradılıb.
İlham Əliyev Ağdamın Kəngərli kəndində klub-icma mərkəzində
Prezident İlham Əliyev mayın 10-da Ağdam rayonunun Kəngərli kəndində klub-icma mərkəzində yaradılan şəraitlə də tanış olub. xeberde.az xəbər verir ki, ikimərtəbəli mərkəzdəki otaqlarda rəqs və digər dərnəklər fəaliyyət göstərəcək. Binadakı zalda əlamətdar günlərlə bağlı müxtəlif tədbirlərin, eyni zamanda, gənclərin toplantı və görüşlərinin keçirilməsi üçün hərtərəfli şərait var.
Sel təhlükəsi ilə bağlı əhaliyə XƏBƏRDARLIQ – FOTO
Azərbaycanda yağan güclü yağışlar nəticəsində transsərhəd və ölkənin əksər yerli çaylarında sululuq səviyyəsi artıb. xeberde.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi məlumat yayıb. Bildirilib ki, ölkə ərazisində təxminən 60-dan çox sel və daşqın təhlükəsi olan çay mövcuddur. Bu kimi təbii hadisələr əsasən yaz-yay aylarında müşahidə olunur. Hacıqabul rayonunda yağan intensiv yağışlar […]










