Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı şəhərinin, Abşeron, İmişli və Füzuli rayonlarının inzibati ərazilərində yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub. Bu barədə xeberde.az-a xidmətdən məlumat verilib. Bildirilib ki, araşdırma zamanı Bakı şəhəri Xətai rayonu Gəncə prospekti N.Tusi küçəsi 28 ünvanında, Abşeron rayonu Xırdalan şəhəri Heydər Əliyev prospekti […]
Bölgə
Lənkəranda 65 yaşlı kişi bıçaqlanıb
Lənkəranda 65 yaşlı kişi bıçaqlanıb. xeberde.az xəbər verir ki, hadisə Şürük kəndində baş verib. Kənd sakini, 1960-cı il təvəllüdlü Elxan Şahi oğlu Kazımov kəsici alət xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona boyunun ön və belin arxa səthində kəsilmiş-deşilmiş yaraları diaqnozu qoyulub. İlkin məlumata görə, E.Kazımov şəxsi münasibətlər zəminində qonşusu tərəfindən bıçaqlanıb. Faktla bağlı […]
Qarabağ suvarma kanalınında batan yeniyetmənin meyiti tapılıb
Ötən gün Qarabağ suvarma kanalının Ağcabədi rayonu, Salmanbəyli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən axtarışlara başlanılıb. xeberde.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Axtarışlar nəticəsində kanalda batmış 2008-ci il təvəllüdlü Əmirov Anar Rəşad oğlunun meyiti suda tapılıb […]
Sabah Salyanın qazı KƏSİLƏCƏK
Sabah Salyan rayonunun bir kəndinin qaz təchizatı dayandırılcaq. “Azəriqaz”dan xeberde.az-a verilən məlumata görə, Salyan rayonu Sarvan kəndini təbii qazla təmin edən diametri 89 və 76 mm-lik orta təzyiqli yerüstü qaz kəmərlərinin yol keçid hissələrində görüləcək iş ilə əlaqədar 02.07.2025-ci il saat 10:00-dan etibarən işlər başa çatanadək Sarvan kəndində (662 abonent) qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.
Şirvan kanalında boğulan 91 yaşlı kişinin meyiti tapıldı
Şirvan kanalının Hacıqabul rayonu, Qarasu kəndindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən dərhal axtarışlara başlanılıb. FHN-dən xeberde.az-a verilən məlumata görə, axtarışlar nəticəsində kanalda batmış 1934-cü il təvəllüdlü Salahov Süleyman Xanəhməd oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Pezeşkian Xankəndiyə gəlir
İran Prezidenti Məsud Pezeşkian Azərbaycana səfər edəcək. xeberde.az məlumat verir ki, onun bu ilin iyulun 3-4-də Xankəndidə keçirilməsi planlaşdırılan İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv ölkələrin XVII Zirvə görüşündə iştirakı nəzərdə tutulub. Xatırladaq ki, Prezident İlham Əliyev bu günlərdə iranlı həmkarı Məsud Pezeşkianı Azərbaycanda keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Sammitinə dəvət edib.
Yekaterinburqda qətlə yetirilən qardaşlar Ağcabədidə dəfn edildi – FOTO – YENİLƏNİB
Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən Ziyəddin və Hüseyn Səfərovla Ağcabədi rayonunun Hacıbədəlli kəndində keçirilən vida mərasimi başa çatıb. xeberde.az xəbər verir ki, mərhumlar Hacıbədəlli kənd qəbiristanlığında dəfn olunublar. Dəfndə mərhumların ailə üzvləri, doğmaları, Ağdam və Ağcabədi rayonları ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Xatırladaq ki, Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) əməkdaşlarının Yekaterinburq şəhərində iyunun 27-də səhər saatlarında […]
Ağdamın Kəngərli kəndinə növbəti köç karvanı yola salındı
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. xeberde.az xəbər verir ki, Ağdam rayonunun Kəngərli kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə Kəngərli kəndinə 37 ailə – 153 nəfər köçürülüb. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə […]
Şabranda iki yük maşını toqquşdu – Sürücü öldü
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Şabran rayonu ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. xeberde.az xəbər verir ki, iki yük və bir minik avtomobilinin toqquşması nəticəsində “Niva” markalı nəqliyyat vasitəsinin sürücüsü hadisə yerində ölüb. Yaralananların da olduğu bildirilir. Hazırda fakt araşdırılır.
68 yaşlı müəllim də sertifikasiyadan yüksək bal topladı
Lerik rayon Elxan Qurbanov adına Lərmərud kənd tam orta məktəbinin riyaziyyat müəllimi Əfrəddin Abdullayev də sertifikasiya imtahanında yaşına görə yüksək bal toplayıb. xeberde.az-ın məlumatına görə, 68 yaşlı Əfrəddin Abdullayev sertifikasiya imtahanından 60 bal uzərindən 56 bal yığıb. Sertifikasiyaya könüllü qatılan Əfrəddin müəllimin maaşındakı artım 35 faiz təşkil edəcək.










