Baş Prokurorluq da Kəlbəcərdəki mina partlayışı barədə məlumat yayıb. xeberde.az-ın məlumatına görə, Qurumdan bildirilir ki, avqustun 5-də Kəlbəcər rayonu ərazisində Azərbaycan Ordusunun 5 hərbi qulluqçusunun mina partlayışı nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almaları faktı üzrə Kəlbəcər hərbi prokurorluğunda araşdırma aparılır.
Bölgə
Xaçmazda pomidor dolu yük maşını aşdı
Xaçmazda bazara pomidor daşıyan “Qazel” markalı yük avtomobili aşıb. xeberde.az xəbər verir ki, hadisə Gəndob-Yalama yolunun Xaçmaz rayonunun Qaradağ Buduq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Yük avtomobili idarəetmənin itirilməsi nəticəsində yolun hərəkət hissəsində aşıb. Qəza nəticəsində xəsarət alan olmasa da, 3 tondan çox pomidor yola dağılıb. Aşan yük maşını kran vasitəsilə yoldan kənarlaşdırılıb və digər […]
Vuqar Qurbanov 4 xəstəxanaya yeni direktor təyin etdi
TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə bəzi tibb müəssisələrinə yeni direktorlar və direktor müavinləri təyin olunub. xeberde.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb. Məlumata əsasən, Şamaxı Rayon Mərkəzi Xəstəxanasına Natiq Əliyev, Qusar Rayon Mərkəzi Xəstəxanasına İmran Qurbanov, Yardımlı Rayon Mərkəzi Xəstəxanasına Ravil Qənbərov, Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına isə Xəqani Abasov rəhbərlik edəcək. Şamaxı Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsini […]
Həmin xəstəxananın direktoru İmran Qurbanov oldu
Şamaxı Rayon Mərkəzi Xəstəxanasının direktoru işdən çıxarılıb. xeberde.az xəbər verir ki, TƏBİB sədri Vüqar Qurbanovun müvafiq Əmri ilə İmran Qurbanov vəzifəsindən azad olunaraq, Qusar Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin edilib. Xatırladaq ki, ötən həftə “Qusar Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin baş direktoru Kamil Hacıyev vəzifəsindən azad olunub. Bundan əvvəl Qusar RMX-də pasiyentlərə vaxtı […]
Azad edilmiş ərazilərdə daha 61 mina aşkarlandı
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra edilən minatəmizləmə əməliyyatlarına dair həftəlik məlumatı açıqlayıb. ANAMA-dan xeberde.az-a verilən məlumata görə, iyulun 21-dən 27-dək Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 46, tank əleyhinə 15 mina və 1097 partlamamış hərbi sursat […]
Gəncədə icra əməkdaşları döyüldü
Gəncədə iki nəfər döyülüb. xeberde.az xəbər verir ki, hadisə şəhərin mərkəzində qeydə alınıb. Belə ki, 2002-ci il təvəllüdlü İ.Muradov və 1990-ci il təvəllüdlü F.Gəncəzadə döyülmə ilə xəstəxanaya aparılıb. Hər iki şəxsə yardım edilib, vəziyyətlərinin kafi olduğu bildirilir. Məlumata görə döyülənlər – İ.Muradov və F.Gəncəzadə Gəncə şəhər İcra Hakimiyyətinin əməkdaşlarıdır. Fakt araşdırılır.
“Narkozu çox vurdular, 3 yaşlı uşağımın ürəyi partladı”
Biləsuvarda 3 yaşlı Uğur Hacızadə planlı əməliyyata hazırlaşdığı gün həyatını itirib. xeberde.az xəbər verir ki, vəfat edən uşağın anası Aydan Hacıyeva Baku TV-yə bildirib ki, onu mətbəxə kilidləyiblər və çöldə baş verənlərdən xəbəri olmayıb. “Başımı aldatdılar, çöldə nə edirdilər, bilmirəm. Çıxandan sonra, saat 8-ə qalırdı, bildim. Onda da həkim axtardıq, tapa bilmədik, qışqırdım, bağırdım. Əliqismət […]
Füzulidə açıq ərazi yanır – Helikopter cəlb olundu
Füzuli rayonu Yuxarı Yağlıvənd kəndi yaxınlığında dağlıq ərazidə açıq sahədə yanğın baş verib. xeberde.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Məlumatla əlaqədar əraziyə FHN-in Aviasiya dəstəsinin helikopteri və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.
III Şuşa Qlobal Media Forumu iştirakçıları Füzulidə
Milli mətbuatımızın 150 illiyi münasibətilə Şuşa şəhərində keçiriləcək “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” adlı Qlobal Forumun iştirakçılarının Azərbaycanın mədəniyyət paytaxtına səfəri başlayıb. xeberde.az xəbər verir ki, forum iştirakçıları təyyarə ilə Füzuli Beynəlxalq Hava Limanına gəliblər. Qeyd edək ki, 3-cü Şuşa Qlobal Media Forumunda 52 ölkədən 140-a yaxın xarici qonağın, o cümlədən […]
Ramiz Məlikov dəfn edilib
Müdafiə Nazirliyinin Mətbuat xidmətinin sabiq rəisi, şair Ramiz Məlikov (Ramiz Duyğun) dəfn edilib. xeberde.az xəbər verir ki, dəfn mərasimində mərhumun ailə üzvləri, dostları və Müdafiə Nazirliyinin əməkdaşları iştirak ediblər. Mərasimdə fəxri qarovul tərəfindən yaylım atəşi açılıb. Ramiz Məlikov “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılıb. Qeyd edək ki, o, bu gün səhər saatlarında 87 yaşında vəfat edib.










