Bölgə Gündəm manset

İcra başçısı musiqi müəllimini özünə müavin təyin etdi

Şəki Şəhər İcra Hakimiyyəti başçısına yeni müavin təyin edilib. xeberde.az xəbər verir ki, RİH başçısı Elxan Usubovun Əmri ilə Xəyalə Töhrab qızı Töhrablı başçının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri təyin edilib. Bununla da başçının müavinlərinin sayı 2-yə yüksəlib, ancaq I müavin vəzifəsi hələ ki vakantdır. Qeyd edək ki, 1986-cı il təvəllüdlü X. […]

Bölgə Hadisə

Salyanda faciə: Sahibi avtomobilinin altında qalıb öldü

Salyanda qəzaya uğrayan  avtomobili  qaldıran kranın trosu qırılıb, sürücü avtomobilin altında qalaraq ölüb. xeberde.az xəbər verir ki, hadisə Ələt-Astara magistralının Salyan rayonu ərazisindən keçən hissəsində baş verib.Belə ki, “KİA” markalı avtomobili idarə edən 1959-cu il təvəllüdlü Quliyev Sədrəddin Mirzəağa oğlu idarəetməni itirərək yoldan çıxıb və avtomobili aşırıb. Hadisə nəticəsində yüngül xəsarət alan sürücü avtomobili qaldırmaq […]

Bölgə

Sarıcalı və Ballıca kəndlərinə növbəti köç karvanı yola salındı

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. xeberde.az xəbər verir ki, bu gün işğaldan azad edilmiş iki kəndə növbəti köç karvanı yola salınıb. Ağdam rayonunun yenidən qurulan Sarıcalı kəndinə köç edənlər Respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə kəndə 34 ailə […]

Bölgə Hadisə

Bu bankın əməkdaşı Cəlilabadda qəzaya düşdü – FOTO

Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib. xeberde.az manset.az-a istinadən xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndi ərazisində olub. İlkin məlumata görə, “Mercedes” və “Azsamand” markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində xəsarət alan olmasa da, nəqliyyat vasitələrinə ciddi maddi ziyan dəyib. Əldə etdiyimiz məlumata əsasən, qəzaya düşən avtomobillərin birində  “Turan Bank”ın əməkdaşları da olub. Faktla bağlı araşdırma aparılır.

Bölgə Hadisə

Biləsuvarda mağazadan 270 ədəd saxtalaşdırılmış alkoqollu içki aşkarlanıb

Biləsuvar rayonu Heydər Əliyev prospektində yerləşən topdan satış obyektində saxtalaşdırma əlaməti olan alkoqollu içkilər aşkarlanıb. xeberde.az-ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Şirvan-Salyan Regional Bölməsi tərəfindən sözügedən ünvanda – Nağıyev Samir Nizami oğluna məxsus topdan satış obyektində plandankənar yoxlama vətəndaş müraciəti əsasında aparılıb. Yoxlama zamanı obyektin anbar hissəsində saxlanılan və ümumilikdə 270 ədəd saxtalaşdırma […]

Bölgə Hadisə

Şabrançay daşdı – Kəndlər su altında qaldı – VİDEO

Şabran rayonunun bir neçə kəndi sel suları altında qalıb. xeberde.az-ın məlumatına görə, buna səbəb kəndlərin ərazisindən keçən Şabrançayın daşması olub. Sel nəticəsində rayonun Bor-bor və Padar kəndlərini su basıb. Hazırda həmin kəndlərdə əhalinin xilas edilməsi istiqamətində işlər görülür. Əraziyə texnikalar cəlb olunub.

Bölgə Hadisə manset

Ağsuda faciə: ekskavatora sığınanları sel apardı – ÖLƏN VAR

Ağsuda sel ekskavatoru aşırıb. Hadisə nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb. Hadisə bu gün rayonun Kalva kəndi ərazisində qeydə alınıb. xeberde.az xəbər verir ki, ilkin məlumatlara görə, ərazidə yol-təmir işləri ilə məşğul olan işçilər yağışın başlamasını müşahidə edərək təhlükəsizlik məqsədilə ekskavatorun içərisinə yerləşiblər. Lakin bir qədər sonra çaya sel gəlib və güclü axının təsirindən […]

Bölgə Siyasət

Baş Prokuror Xankəndidə əməliyyat müşavirəsi keçirdi

Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə Xankəndi Şəhər Prokurorluğunda Baş Prokurorluğun əməkdaşları, Xankəndi şəhər,  Ağdam, Cəbrayıl, Füzuli,  Xocalı, Xocavənd, Kəlbəcər,  Qubadlı, Laçın, Şuşa, Zəngilan rayon, eləcə də Ağdam, Füzuli, Kəlbəcər, Qubadlı və Tərtər həbi prokurorlarının iştirakı ilə əməliyyat müşavirəsi keçirilib. xeberde.az xəbər verir ki, toplantıda azad edilmiş ərazilərdə prokurorluq orqanlarının fəaliyyətinin təşkili, hüquq-mühafizə sisteminin institusional dayanıqlığının təmin olunması, cinayətkarlığa […]

Bölgə İqtisadiyyat manset

Prezident bu yolun tikintisinə pul ayırdı

Cəlilabad rayonunun Sərhədabad–Əliabad–Zəhmətabad–Soltankənd avtomobil yolu əsaslı təmir olunacaq. xeberde.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncamla 7 min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən Sərhədabad–Əliabad–Zəhmətabad–Soltankənd avtomobil yolunun əsaslı təmiri məqsədilə dövlət büdcəsindən  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 1,5 milyon manat ayrılıb.