Gəlinlərin qorxulu rüyasına çevrilən, evdə nizam-intizamı və avtoriteti ilə seçilən xüsusi bürclər var. Astrologiyaya görə bəzi qayınanalar mükəmməllik həvəsi və hər şeyi idarə etmək arzusu ilə münasibətləri sınağa çəkir. Hər detala nəzarət edən Qızlar Qız bürcü olan qayınananın gözündən heç nə qaçmır. Evdəki toz dənəsindən tutmuş mətbəx şkafındakı düzənə qədər hər şey onun nəzarəti altındadır. […]
Araşdırma
Qaraçinar qədim yaşayış yeri: beş min il əvvəl əcdadlarımız nə ilə qidalanırdılar?
ABŞ-nin “Amerika Milli Elmlər Akademiyasının materialları” elmi jurnalı Azərbaycanın Goranboy rayonundakı çoxtəbəqəli Qaraçinar yaşayış yerindən tapılmış maddi-mədəniyyət nümunələrinin müxtəlif çeşidli analizlərinin gözlənilməz nəticələrinə həsr olunmuş elmi məqaləni dərc edib. Məqalənin həmmüəlliflərindən AMEA Arxeologiya və Antropologiya İnstitutunun direktoru tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyevin verdiyi açıqlamaya görə, Qaraçinar yaşayış məskəni (Azərbaycan Respublikası, Goranboy rayonu) 2019-2024-cü […]
Süni intellekt xərçəngi müalicə edəcək
Yaxın illərdə süni intellekt texnologiyalarından istifadə etməklə xərçəng xəstəliyinin müalicəsində fərdiləşdirilmiş yanaşmalar geniş tətbiq olunacaq. xeberde.az xəbər verir ki, bunu ABŞ-nin səhiyyə naziri Robert F. Kennedi Jr. bəyan edib. O bildirib ki, bu texnologiyalar hər bir xəstənin genetik xüsusiyyətlərini, xəstəliyin gedişatını və digər tibbi məlumatları analiz edərək daha dəqiq və effektiv müalicə planlarının hazırlanmasına şərait yaradır. Kennedi qeyd edib ki, […]
Hər 10 nikahdan 8-i boşanma ilə bitir – böhran
Rusiyada ailə institutu ciddi böhranla üz-üzədir. xeberde.az xəbər verir ki, ölkədə evliliyə maraq sürətlə azalır, boşanmaların sayı isə artmaqda davam edir. Məlumata görə, hazırda Rusiyada hər 10 ailəyə 8 boşanma düşür. 2025-ci ildə ölkə boşanma sayına görə dünya üzrə ilk üçlükdə yer alıb. Psixoloqlar bildirir ki, bir çox insanlar üçün evlilik artıq “çıxılmaz vəziyyət” kimi qəbul […]
Hər il 338 söz daha az danışırıq: Səssizləşmənin səbəbi nədir:
Günə başlayarkən çörəkçiyə verilən qısa salam və ya axşam yeməyində paylaşılan kiçik bir hekayə… Bunların hamısı fərq edilmədən həyatımızdan çəkilib gedir. Müasir həyat sürəti artırsa da, ən əsas xüsusiyyətlərimizdən biri olan “danışmaq” bacarığı da səssiz şəkildə azalır. xeberde.az xəbər verir ki, Arizona və Missouri-Kanzas Siti universitetlərində çalışan iki psixoloqun apardığı araşdırma cəmiyyətin getdikcə “səssizləşdiyini” göstərir. […]
Sizi iş yerindəki stressdən nə xilas edir?
Rusların 41%-i ofisdə ən yaxşı antidepressantın maaş artımı olduğuna inanır. xeberde.az xəbər verir ki, bu barədə “Pioneer”in araşdırmasında qeyd olunur. Məqalədə qeyd olunur ki, başqa variantlar da var. Belə ki, respondentlərin yarıdan çoxu tətili seçir və təxminən 20%-i idmanla məşğul olmaq və ya teatr və muzeylərə getməklə işin stressini aradan qaldırmağa çalışır. Araşdırmada həmçinin qeyd […]
Azərbaycanda alça bağlarında DƏHŞƏTLİ xəstəlik yayıldı – VİDEO
Alça bağlarında meyvə yığımına hazırlıq görülmür, çünki məhsul çox azdır. Fermerlər deyirlər ki, ötən illərdə hər ağacdan orta hesabla 50 kiloqram meyvə götürürdülərsə, bu mövsüm cəmi iki-üç kiloqram olar, ya olmaz. xeberde.az xəbər verir ki, bu barədə AzTV-nin videomaterialında bildirilib. Fermerlər məhsuldarlığın aşağı düşməsinin səbəblərini belə izah edirlər: “Bu il məhsuldarlıq çox zəif olub. Buna […]
Dünyanın ən böyük 50 iqtisadiyyata malik ölkəsi – Siyahı şok etdi
Beynəlxalq Valyuta Fondu 2026-cı ildə dünyanın ən böyük iqtisadiyyatlarına malik olan ölkələrin reytinqi müəyyən edib xeberde.az xəbər verir ki, BVF tərəfindən dərc edilmiş 2026-cı ilin aprel ayı üçün Dünya İqtisadi Perspektivləri hesabatına əsasən, dünyanın ən böyük iqtisadiyyatları alıcılıq qabiliyyəti pariteti (PPP) əsasında müəyyən edilib. Məlumatlar ölkələrin iqtisadi ölçülərinin daha real müqayisəsini təmin etmək üçün qiymət səviyyələrindəki […]
1960-1979-cu illər arasında böyüyənlərin bu qədər dözümlü olmasının SƏBƏBİ
Müasir dözümlülük təlimləri bəzən sanki quru hovuzda üzməyi öyrətmək cəhdini xatırladır. Heç kim nəzəriyyə izah etmirdi. İnsanlar sadəcə vəziyyətlərin içinə atılır və onlardan çıxmağı öyrənirdilər. Bu, heç vaxt “təlim” adlandırılmayan həyat hazırlığı idi. Ekspertlər dözümlülüyün kitabdan və ya motivasiya plakatlarından öyrənilmədiyi qənaətindədirlər. Onlar bunun zərurətdən yarandığını hesab edirlər. Əgər problemi sən həll etməsən, heç kim […]
Azərbaycan Prezidentlərinin MƏTBUAT KATİBLƏRİ
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə yeni mətbuat katibi təyin edilib. Dövlət başçısının bu gün imzaladığı Sərəncamla Orxan Rəcəb oğlu Səttarov Azərbaycan Respublikası Prezidentinin mətbuat katibi vəzifəsinə gətirilib. Qeyd edək ki, Prezidentin mətbuat katibi vəzifəsi bir ildən çox idi ki, yeni təyinat gözləyirdi. Belə ki, 2025-ci il fevralın 17-də Azər Qasımov Azərbaycan Respublikası Prezidentinin mətbuat katibi vəzifəsindən azad edilmişdi. […]










