Cəmiyyət

Təhsil və innovasiya sahəsində:

Müasir dövrdə dövlətlərin rəqabət qabiliyyəti  təbii resurslar vəiqtisadi imkanlarla  deyil,insan kapitalının keyfiyyəti, elmipotensialı və texnoloji inkişaf səviyyəsi ilə müəyyən

edilir. Qlobaliqtisadiyyatda rəqəmsallaşma, süni intellekt, avtomatlaşdırma vəinnovativ  texnologiyalar istehsal və idarəetmə proseslərinin mahiyyətinidəyişdirir. Bu şəraitdə təhsil  və elmitədqiqat fəaliyyətinin inkişafı milliiqtisadiyyatların uzunmüddətli dayanıqlılığını  təmin edən əsasamillərdən birinə çevrilmişdir. Azərbaycan Respublikası ilə Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamədətəhsil, elm, tədqiqat  və innovasiya sahələrinin xüsusi istiqamət kimimüəyyənləşdirilməsi bu sahələrin dövlətlər-arası münasibətlərdə artanəhəmiyyətini nümayiş etdirir.

Bəyannamədə ali təhsil, peşə təhsili və hazırlığı, rəqəmsal və texnikibacarıqların  inkişafı, dövlət və idarəetmə sektorunda peşəkar təlimləringenişləndirilməsi nəzərdə tutulur      Bu istiqamətlər əmək bazarınındəyişən tələblərinə uyğun ixtisaslı kadrların hazırlanması  və insankapitalının keyfiyyətinin yüksəldilməsi baxımından mühüm əhəmiyyətdaşıyır. 

Universitetlər və elmitədqiqat müəssisələri arasındaəməkdaşlıq, birgə tədqiqat proqramları və akademik təcrübə mübadiləsielmi biliklərin beynəlxalq səviyyədə paylaşılmasına imkan yaradır. Böyük Britaniyanın ali təhsil və elmi tədqiqat sahəsindəki təcrübəsi Azərbaycan  təhsil sisteminin beynəlxalq standartlara uyğun inkişafetdirilməsi üçün faydalı əməkdaşlıq perspektivləri formalaşdıra bilər.

Sənəddə innovasiya və texnoloji əməkdaşlığın inkişafı, süni intellekt, rəqəmsal idarəetmə, yeni texnologiyalar və həyat elmləri sahələrindətəcrübə mübadiləsi xüsusi olaraq  qeyd olunur. Süni intellektin tətbiqidövlət idarəçiliyinin səmərəliliyinin artırılması, məlumatların emalı, iqtisadi proqnozlaşdırma və müxtəlif xidmətlərin optimallaşdırılmasıbaxımından geniş imkanlar yaradır. Rəqəmsal idarəetməmexanizmlərinin inkişafı isə şəffaflığın, operativliyin və institusionalsəmərəliliyin yüksəldilməsinə xidmət edir. Peşəkarşəbəkələrin və insanlararası əlaqələrin genişləndirilməsi elmi və mədəniəməkdaşlığın sosial əsaslarını  möhkəmləndirir. Bu proseslər gənclərinbeynəlxalq təcrübəyə çıxışını və onların qlobal  əmək bazarında rəqabətqabiliyyətini artıra bilər.

AzərbaycanBöyük Britaniya Strateji TərəfdaşlıqBəyannaməsində təhsil, elm və

 innovasiyaya verilən önəm gələcəyəhesablanmış inkişaf modelinin formalaşdırılması baxımından mühüməhəmiyyət kəsb edir. İnsan kapitalına investisiya qoyuluşu uzunmüddətli perspektivdə məhsuldarlığın, elmi potensialın və iqtisadi rəqabətqabiliyyətinin yüksəlməsinə şərait yaradır. Bu sahələrdə əməkdaşlığıngenişləndirilməsi Azərbaycan gənclərinin bilik və bacarıqlarınıninkişafına, universitetlərarası əlaqələrin güclənməsinə və elminailiyyətlərin praktik iqtisadi fəaliyyətə inteqrasiyasına töhfə verə bilər. Buna görə də təhsil və innovasiya sahəsi strateji tərəfdaşlığın ənperspektivli istiqamətlərindən biri kimi qiymətləndirilməlidir.

Səmədova Gülnarə

Saatlı Dövlət Rəsm Qalereyasının elmi işçisi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir