Cəmiyyət

İlham Mirzəyev son durumu açıqlandı – Vəziyyəti ağırdır

Ötən gün tanınmış aparıcı İlham Mirzəyev səhhətində yaranan problemlə əlaqədar xəstəxanaya yerləşdirilib. O, vəziyyətinin yaxşı olmadığını bildirərək izləyicilərindən onun üçün dua etmələrini istəyib.

xeberde.az xəbər verir ki, Mərkəzi Klinikadan bildirilib ki, İlham Mirzəyev sol mədəciyin ön divarının miokard infarktı və kardiogen şok vəziyyətində xəstəxanaya qəbul olunub.

“Angioplastika icra olunub və stent implantasiya edilib. Hazırda xəstənin vəziyyəti ağır stabil olaraq qiymətləndirilir. Kardioreanimasiya şöbəsində kompleks müalicəsi davam etdirilir”, – açıqlamada qeyd olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir