Cəmiyyət

Cəmi yeddi aydır ki, sülh şəraitində yaşayırıq

         Prezident İlham Əliyevin 2026-cı il martın 11-də Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Azərbaycana səfəri zamanı verdiyi bəyanatda çox mühüm müddəalar yer alır. Göstərilir ki, 44 günlük Vətən müharibəsindəki Qələbəmizdən sonra Azərbaycanın iqtisadi və siyasi mövqeyinin daha da möhkəmləndiyi diqqətdən kənarda qalmır. Bütün bunlar dövlətimizin dövrün hər bir çağırışını yüksək səviyyədə yerinə yetirməsi ilə səciyyələnir. Bu günlərdə ənənəvi olaraq keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin toplantısında, həmçinin bir müddət öncə keçirilən “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə də bu kimi məqamlara bir daha nəzər salındı.     

Vətən müharibəsinin başa çatmasının ardınca AŞPA tərəfindən  “Ermənistan və Azərbaycan arasında münaqişənin humanitar nəticələri” hesabatı hazırlanmış və 2021-ci il sentyabrın 27-də qəbul edilmişdir. Sənəddə ölkəmizin maraqlarına cavab verməyən məqamlarla yanaşı, Birinci Qarabağ müharibəsindən bəri itkin düşmüş həmvətənlərimizin taleyinə diqqət çəkilmiş, mina xəritələrinin Ermənistan tərəfindən açıqlanması istənmiş, Ermənistanın törətdiyi dağıntılar pislənmiş və Ermənistan tərəfinin məsul olduğu müharibə cinayətlərinin araşdırılması istənilmişdir. Bundan əlavə, hesabat siyasi məsələlərə müdaxilə etməmiş və iki ölkə arasında sülhə və barışığa vurğu etmişdir.

Təbii ki, xüsusi olaraq, Ermənistanla paraflanmış sülh sazişinə nail  olduqdan sonra daşımalar ikitərəfli gündəliyimizin mühüm hissəsidir. Orta Dəhlizin genişlənməsi üçün yeni imkanların açılması, təbii ki, nikbinliyimizi artırır.

                                                                                      Səyyad Bağırov,

                             Cəlilabad şəhəri  Rəşad Abdullayev adına  2 nömrəli tam orta

                             ümumtəhsil məktəbinin direktoru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir