Cəmiyyət

Kəmaləddin Heydərov rəisi təqaüdə göndərdi – Yeni təyinat

Fövqəladə Hallar Nazirliyinin (FHN) Şamaxı Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi işdən çıxarılıb. 

xeberde.az xəbər verir ki, 2009-cu ildən sözügedən qurumun rəisi vəzifəsini tutan daxili xidmət polkovnik-leytenantı İbrəhimov Eyvaz Soltanpaşa oğlu vəzifəsindən azad olunaraq təqaüdə göndərilib. 

Onun yerinə daxili xidmət mayoru Zahidov Alim Oktay oğlu təyin edilib. O, bundan əvvəl Ağsuda FHN-nin texnikalar üzrə rəisi olub.

Bu barədə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir