Cəmiyyət

Tarixi görüşlər, sarsılmaz əlaqələr

       Vyetnam Sosialist Respublikası Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın ölkəmizə səfəri Vyetnam-Azərbaycan əlaqələrinin inkişafı üçün mühüm əhəmiyyət daşıyır. İnanırıq ki, səfərin nəticələri uğurlu olacaq və əldə edilmiş razılaşmalar konkret layihələrə çevriləcək. İmzalanmış sənədlər arasında Azərbaycan ilə Vyetnam arasında qəbul edilmiş Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanat xüsusilə qeyd olunmalıdır. Bu, çox ciddi,  Vyetnam-Azərbaycan əlaqələrini daha yüksək pilləyə qaldıran bir sənəddir.    

        Azərbaycanı və Vyetnamı yarım əsrdən artıq tarixə malik dostluq münasibətləri birləşdirir. Belə ki, 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Min Azərbaycan SSR-ə səfər edib.

         Ötən əsrin 80-cı illərində SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışan Ümummilli lider Heydər Əliyev 1983-cü ildə Vyetnamda səfərdə olub. Bu səfərlər ölkələrimiz arasında əməkdaşlığın inkişafının möhkəm təməlinə çevrilib.

       Mayın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam mətbuata bəyanatlarla çıxış ediblər. Cənab İlham Əliyev vurğulayıb ki, Bizim beynəlxalq təşkilatlardakı birgə fəaliyyətimiz də çox ürəkaçandır. Vyetnam bir neçə il bundan əvvəl Azərbaycanı BMT Təhlükəsizlik Şurasında çox ciddi dəstəkləmişdir və buna görə biz minnətdarıq. Eyni zamanda, biz Qoşulmama Hərəkatı çərçivəsində birgə fəaliyyət göstəririk. Azərbaycan bu təsisata 4 il sədrlik etmişdir və çox gözəl bir iz buraxmışdır. Bu gün Qoşulmama Hərəkatının daha da sanballı təsisat kimi fəaliyyəti hər iki ölkənin marağındadır.

         Görüşlər zamanı qarşılıqlı sərmayə qoyuluşu məsələlərinə xüsusi diqqət yetirildi. Həm Vyetnam şirkətlərinin Azərbaycana, həm də Azərbaycanın neft şirkətinin Vyetnama sərmayə qoyuluşu məsələləri müzakirə olundu və göstəriş verildi ki, aidiyyəti qurumlar bu məsələlərlə bağlı konkret addımlar atsınlar. Azərbaycanla Vyetnam arasında münasibətlər bütün sahələr üzrə uğurla inkişaf edir. İki ölkə arasında əlaqələrin inkişafında Heydər Əliyev Fondunun rolu xüsusilə qeyd olunmalıdır.  da xüsusi qeyd edib. Heydər Əliyev Fondu 2018-ci ildə Ha Giang əyalətində ibtidai məktəbin tikintisi də daxil olmaqla, Vyetnamda fəal surətdə layihələr həyata keçirir.

         Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın ölkəmizə artıq reallaşan dövlət səfəri münasibətlərimizin inkişafına böyük töhfədir. Bu səfəri Azərbaycan-Vyetnam əməkdaşlığının inkişafında mühüm mərhələ kimi qiymətləndirmək olar.

Ofeliya Sadatova,

Cəlilabad rayon Heydər Əliyev Mərkəzin direktoru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir