Bölgə Hadisə

Şirvan kanalında boğulan 91 yaşlı kişinin meyiti tapıldı

Şirvan kanalının Hacıqabul rayonu, Qarasu kəndindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən dərhal axtarışlara başlanılıb.

FHN-dən xeberde.az-a verilən məlumata görə, axtarışlar nəticəsində kanalda batmış 1934-cü il təvəllüdlü Salahov Süleyman Xanəhməd oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir