Bölgə Hadisə

Gəncədə qazi intihara cəhd etdi

Gəncədə Vətən müharibəsi qazisi intihara cəhd edib.

xeberde.az xəbər verir ki, hadisə şəhər ərazində qeydə alınıb. Goranboy rayonun Borsunlu kənd sakini 2001-ci il təvəllüdlü E.Nəsirov ağır vəziyyətdə xəstəxanaya çatırılıb. Müayinə zamanı onun dərmandan zəhərləndiyi məlum olub. Dərhal ona yardım edilib,vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə, E.Nəsirov dərman içərək intihara cəhd edib. Onun hansı səbəbdən intihara cəhd etməsi məlum deyil.

Qeyd edək ki,2001-ci il təvəllüdlü Nəsirov Elmar Elmir oğlu Goranboy rayonun Borsunlu kəndində anadan olub. O 44 günlük Vətən müharibəsinin iştirakçısı olub. 26 oktyabr 2020-ci ildə Füzuli–Xocavənd istiqamətində aparılan ağır döyüş əməliyyatları zamanı yaralanıb. Döyüşlərdə göstərdiyi xidmətlərə görə “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilmişdir. Qazimiz YAŞAT Fondunun xətti ilə, 25 mart 2021-ci il tarixdən Türkiyənin Bursa Fizik Tedavi Xəstəxanasında müalicə almış və 14 dəfə əməliyyat keçirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir