Gündəm Ölkə Secme Xeberler Siyasət

Mehdiyev dövrünün icra başçıları – Hələ də vəzifədə olanlar var

Ramiz Mehdiyevin Prezident Administrasiyasının rəhbəri olduğu dövrdə təyin edilən icra başçılarının əksəriyyəti ona yaxınlığı ilə bilinirdi. Həmin icra başçıları Mehdiyevin təlimatları ilə hərəkət edərək daim ona sadiq olduqlarını göstəriblər. Xüsusilə yaşlı və uzun müddət vəzifədə olan icra başçılarının əksəriyyəti məhz Mehdiyevin kadrı kimi tanınıb. Mehdiyevə yaxınlığı ilə bilinən həmin şəxslərin bəziləri hələ də vəzifə başındadır. xeberde.az […]

İdman

AFFA beş klubu cərimələdi

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. xeberde.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb. İiclasda Misli Premyer Liqasının 8-ci turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib. “Şamaxı”nın futbolçusu Abdullahi Şuaybu “Kəpəz”lə matçda təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalanıb, klubu 3000 manat cərimə edilib. Bundan başqa, hər iki komandanın […]

manset Siyasət

Zəngəzur dəhlizi 2028-ci ilin sonunda açıla bilər – Prezident

Zəngəzur dəhlizinin açılması 2028-ci ilin sonunadək baş verə bilər. xeberde.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə mətbuata bəyanatında məlumat verib. Dövlətimizin başçısı qeyd edib: “Hazırda planlaşdırdığımız və həyata keçirdiyimiz bütün işlərlə yanaşı, Zəngəzur dəhlizi layihəsi də böyük potensiala malikdir. Azərbaycan ərazisində bütün avtomobil və dəmir yolu əlaqələri gələn […]

manset Siyasət

Qazaxıstan modernləşmə yolu ilə inamla irəliləyir – İlham Əliyev

Qazaxıstan inkişaf və modernləşmə yolu ilə inamla irəliləyir. xeberde.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə mətbuata bəyanatında deyib. “Son illər Prezidentin (Kasım-Jomart Tokayev – red.) həyata keçirdiyi islahatlar, modernləşmə kursu, müasir texnologiyaların, o cümlədən süni intellektin inkişafı Qazaxıstanın inkişaf və modernləşmə yolu ilə inamla irəlilədiyini nümayiş etdirir”, – […]

Siyasət

Ermənistanla bağlı bu məhdudiyyət aradan qaldırılıb – Prezident AÇIQLADI

Azərbaycan Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıb. Bu sözləri Azərbaycan Prezident İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə mətbuata bəyanatında deyib. Dövlət başçısı vurğulayıb: “Onu da qeyd etməliyəm ki, Azərbaycan Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıb və ilk belə tranzit yük […]

Dünya

Sarkozi həbsxanaya göndərildi

Bu gün səhər saatlarında Fransanın keçmiş prezidenti Nikola Sarkozi Parisin XIV rayonunda, Sena çayının sol sahilində yerləşən La-Sante həbsxanasına gedib. xeberde.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb. Qeyd edək ki, sentyabrın 25-də Sarkozi Liviya seçki kampaniyasının maliyyələşdirilməsi işində cinayətkar qruplaşmada iştirakda təqsirli bilinib, lakin dövlət vəsaitlərinin mənimsənilməsini gizlətmək və passiv korrupsiya ittihamlarından […]

Cəmiyyət Gündəm

“Space TV”yə xəbərdarlıq edildi

Audiovizual Şura “Space TV”nin efirində yayımlanan “Banu” proqramında bölgələrin birində keçirilmiş qohum evliliyinə dair toy şənliyinin nümayişi ilə bağlı kanala xəbərdarlıq edib. xeberde.az  xəbər verir ki, bu barədə Şura məlumat yayıb. Qeyd edilib ki, sözügedən görüntülər kanalda bu ilin oktyabrın 8-də, saat 22.06-23.09 arası nümayiş olunub. Proqramın həmin buraxılışı cari ilin iyulun 1-də qüvvəyə minmiş […]

Siyasət

Azərbaycan və Qazaxıstan beynəlxalq arenada biri birini dəstəkləyir, bir çox məsələlərdə ortaq mövqeyi bölüşür

Azərbaycan ilə Qazaxıstan xalqlarını ortaq tarixi, dini və mədəni köklər, eyni yamanda mehriban dostluq, qardaşlıq münasibətləri birləşdirir. İki dost dövlət arasında siyasi əlaqələr yüksək dərəcədə möhkəmlik və qarşılıqlı etimad üzərində qurulur. Dövlət başçılarının sıx münasibətləri iki ölkə arasında əlaqələrə mühüm töhfə verir, ikitərəfli əməkdaşlığın yüksələn xətlə inkişafına və daha da güclənməsinə xidmət edir. Azərbaycan və […]

Hüquq

Ramiz Mehdiyevin barəsində cinayət işi üzrə bəzi detallar məlum olub

Ramiz Mehdiyevin cinayət işinin materialları ilə tanış olan vəkilləri onun maraqlarının müdafiəsi üzrə funksiyaları əsasında aktiv prosessual hərəkətlərə başlayıblar. Belə ki, onların apellyasiya şikayəti ilə müraciət etdikləri qərarların sırasındaSabail rayon məhkəməsinin bəzi qərarları var. Onlardan biri də DTX-nin vəsatəti üzrə Ramiz Mehdiyevin ətrafında kompleks əməliyyat-texniki tədbirlərin keçirilməsi ilə bağlı 13 avqust 2025-ci il tarixli qərardır. […]

Gündəm Hüquq Ölkə

“Ramiz Mehdiyevi incitsələr, onu müdafiə edəcəyəm” – Novella Cəfəroğludan ŞOK AÇIQLAMA

Məlum olduğu kimi, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev cinayət məsuliyyətinə cəlb edilib. Məhkəmənin qərarı ilə ona 4 aylıq ev dustaqlığı cəzası verilib. Ramiz Mehdiyevin Qənbər adlı mühafizəçisi Açıqlamasında onun hazırda özünü yaxşı hiss etdiyini bildirib. Bəs hüquq müdafiəçilərindən kimlər Ramiz Mehdiyevin vəziyyəti ilə maraqlanmağı və evinə gedib baş çəkməyi düşünür? Hüquq müdafiəçisi Novella Cəfəroğlu […]