Hadisə

Bakıda mənzildən meyit tapıldı

Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. xeberde.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub. Məlumatla əlaqədar Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar. Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

Təhsil

MİQ-ə hazırlaşan bu müəllimlərə vacib XƏBƏR VAR

Müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsinə hazırlaşan Azərbaycan dili və ədəbiyyat müəllimləri üçün yeni xəbər var. xeberde.az-ın məlumatına görə, MİQ imtahanı üçün Təhsil İnstitutu tərəfindən hazırlanmış qiymətləndirmə çərçivəsində məzmun sahələri üzrə mövzular qeyd edilib və bəzi əsərlərin tam şəkildə, bəzilərinin isə müəyyən hissələrinin oxunması tövsiyə olunub. Həmin əsərləri aşağıda qeyd olunan versiyadan oxumaq  məqsədəuyğundur.  Əsərlər: Cəfər […]

Cəmiyyət Ölkə Sosial

Əsgər maaşının bank kartları ilə verilməsinə BAŞLANILDI

Azərbaycanda əsgərlərə verilən maaş bank kartları ilə ödəniləcək. xeberde.az-ın məlumatına görə, bunun üçün “əsgər kartları” hazırlanıb. Qeyd olunur ki, artıq “əsgər kartları”nın hərbi qulluqçulara paylanmasına başlanılıb. Hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant İbrahim Rüstəmli saytımıza açıqlamasında bildirib ki, “əsgər kartları” şəffaflığın təmini üçün tətbiq edilir: “Əsgər məvacibi əvvəllər cədvəllərlə verilirdi, əsgər qol çəkib alırdı. İndi əsgər maaşları “əsgər kartı” vasitəsilə veriləcək. […]

Gündəm

ADA ilə “Veysəloğlu”nun tərəfdaşlığı uğurla davam edir – xeyriyyə məqsədli festival keçirilib

ADA Universitetinin nəzdində fəaliyyət göstərən ADA İbtidai Məktəbində artıq ənənə halını alan Payız festivalı – Məhsul bayramı böyük coşqu ilə qeyd edilib. Tarixən xalqımızın ənənələri sırasında xüsusi yer tutan məhsul bayramı bu gün də bolluğun, ruzinin, bərəkətin və birliyin simvolu kimi qeyd olunur. Festivalın keçirilməsində əsas məqsəd ADA ailəsini və tərəfdaşlarını bir araya gətirərək şagirdlər […]

Araşdırma

Kənd Təsərrüfatı Nazirliyi üçün dəftərxana və təsərrüfat malları alınacaq + 189 min AZN-ə

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən keçirilən “Dəftərxana və təsərrüfat mallarının satın alınması” tenderinin qalibi “NUR-E.A.” Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Xeberde.az 32gun.az-a istinadən xəbər verir ki, tərəflər arasında bağlanacaq müqavilənin dəyəri  188.967,66 AZN təşkil edir. Tender çərçivəsində alınacaq əsas mallar aşağıdakılardır: Kağız: A4 (80qr, 120qr, 160qr), A3 (80qr) A4-leybl (yapışqanlı), lent və knopkalar (müqavilələr üçün), […]

Hadisə

Vüqar Məmmədov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb.

Vüqar Məmmədov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb. Xeberde.az xəbər verir ki, Əməliyyat zamanı “Hürriyyət” qəzeti, eyniadlı Hurriyyet.az saytı və “Hurriyyet TV”nin baş redaktoru Vüqar Məmmədov saxlanılıb. Bildirilib ki, “Hürriyyət”ə məxsus ofisdə axtarış aparılıb, kompüter və bəzi sənədlər götürülüb. Bu əməliyyatın Ramiz Mehdiyev olayı ilə bağlı ola biləcəyi ehtimal olunur. Qeyd edək ki, Vüqar Məmmədov […]

Hadisə

DTX Balakəndə əməliyyat keçirir – İcra başçısı saxlanıldı

Balakən Rayon İcra Hakimiyyətində əməliyyat keçirilir. Xeberde.az-ın əldə etdiyi məlumata görə, əməliyyat Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilir. Korrupsiya hüquqpozmaları və vəzifə cinayətləri ilə bağlı keçirilən əməliyyat çərçivəsində rayonun icra başçısı İslam Rzayevin və bir neçə digər rəsmi şəxsin saxlanıldığı bildirilir. Əlavə məlumat veriləcək. Xeberde.az

Bölgə Hadisə

Astarada hamilə gəlin toy gecəsi öldü

Astara hamilə qadın toyundan bir gün sonra ölüb. xeberde.az xəbər verir ki, hadisə rayonun Deqədi kəndində baş verib. Belə ki, kənd sakini 2008-ci il təvəllüdlü Əfsanə Maqsud qızı İmanovanın dünən toyu olub. Toydan sonra o, özünü pis hiss edib və təcili olaraq Astara Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. […]

Dünya Kriminal manset

“Disney”də 10 gün ərzində 3 ölüm – Polis araşdırma aparır

ABŞ-nin Florida ştatında yerləşən məşhur “Walt Disney World” istirahət kompleksində 10 gün ərzində 3 nəfərin həyatını itirməsi müzakirələrə səbəb olub. “xeberde.az” xəbər verir ki, ardıcıl baş verən hadisələrdən sonra polis araşdırmaya başlayıb. Məlumata görə, ilk hadisə oktyabrın 14-ü ərəfəsində qeydə alınıb. Belə ki, 31 yaşlı qadın “Disney’s Contemporary Resort” adlı oteldə ölü tapılıb. Polis ilkin […]

Araşdırma Dünya

Həftə ərzində bir milyondan çox istifadəçi ChatGPT ilə intihar barədə danışır – “OpenAI”

“OpenAI” şirkəti bildirib ki, hər həftə bir milyondan çox ChatGPT istifadəçisi çat-botla “potensial intihar planları və ya niyyətlərinin açıq əlamətlərini” əks etdirən mesajlar müzakirə edir. xeberde.az xəbər verir ki, bu barədə “The Guardian” yazır. “OpenAI”ın məlumatına görə, intihar düşüncələrinin qiymətləndirilməsi ilə yanaşı, şirkət həm də qeyd edib ki, həftə ərzində aktiv istifadəçilərin təxminən 0,07 faizi […]