Xəbər verildiyi kimi, Elvin Nazim oğlu Paşayev Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb. Dövlət başçısının digər Sərəncamı ilə Elvin Nazim oğlu Paşayev Qax Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. xeberde.azxəbər verir ki, Elvin Nazim oğlu Paşayev 1983-cü ildə anadan olub. Orta təhsilini Şirvan şəhər M.B.İsrailov adına 18 […]
Author: Xeberal.az
Prezidentin işdən çıxardığı Fuad Nəcəflinin DOSYESİ
Fuad Vahid oğlu Nəcəfli Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsindən azad edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. xeberde.az işdən çıxarılan Fuad Nəcəflinin qısa dosyesini təqdim edir: Fuad Vahid oğlu Nəcəfli daha əvvəl özəl sektorda bir sıra vəzifələrdə çalışıb. O, 1975-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda anadan olub. Bakı Dövlət Universitetini beynəlxalq münasibətlər […]
12 Noyabr – Müstəqil Azərbaycanın ədalət, hüquq və dövlətçilik bayramı
“Konstitusiyamız ümumbəşəri dəyərlərə və mütərəqqi milli ənənələrə söykənərək, bu günün reallıqlarını, dövlətin, cəmiyyətin inkişaf perspektivlərini əks etdirir.” – bu sözlər Ulu Öndər Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin mahiyyətini ifadə edir. Məhz onun rəhbərliyi ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlət quruculuğumuzun möhkəm hüquqi bünövrəsini formalaşdırdı. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Heydər Əliyevin bilavasitə rəhbərliyi […]
İlham Əliyev Ərdoğana ZƏNG ETDİ
Noyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib. xeberde.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Dövlətimizin başçısı Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması ilə əlaqədar Türkiyə Respublikasının Prezidentinə, həlak olmuş hərbçilərin ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına dərin hüznlə […]
Azərbaycan XİN təyyarə qəzası ilə əlaqədar Türkiyəyə başsağlığı verib
Azərbaycan Xarici İşlər Nazirliyi təyyarə qəzası ilə əlaqədar Türkiyəyə başsağlığı verib. xeberde.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” hesabında paylaşım edilib. “Türkiyəyə istiqamətlənən qardaş Türkiyəyə məxsus C130 tipli hərbi nəqliyyat təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması xəbəri bizi dərindən sarsıtdı. Bu ağır itki ilə əlaqədar qardaş Türkiyə xalqına və Silahlı Qüvvələrinə dərin hüznlə başsağlığı […]
Azərbaycanın müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri Yaşar Gülerə başsağlığı verib. Bu barədə xeberde.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Başsağlığında deyilir: “Azərbaycandan Türkiyəyə yola düşən C130 hərbi yük təyyarəsinin Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğraması xəbəri məni dərindən kədərləndirdi. Həlak olan hərbi qulluqçulara Allahdan rəhmət diləyir, yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. […]
Qəzaya uğrayan təyyarədə 20 hərbçi olub – RƏSMİ
Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycan–Gürcüstan sərhədinə yaxın ərazidə qəzaya uğrayan C-130 “Hercules” tipli hərbi nəqliyyat təyyarəsi ilə bağlı yeni açıqlama yayıb. xeberde.az-ın məlumatına gorə, Nazirlikdən bildirilir ki, hadisə zamanı təyyarədə uçuş heyəti ilə birlikdə 20 hərbi qulluqçu olub. Hazırda qəza yerində Türkiyə, Azərbaycan və Gürcüstan axtarış-xilasetmə qrupları birgə fəaliyyət göstərir. Xatırladaq ki, Gəncədən havaya qalxan […]
Sabah bu rayonda işıq olmayacaq
Sabah Naxçıvan Muxtar Respublikası (MR) Sədərək rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr olacaq xeberde.az xəbər verir ki, bu barədə “Azərişıq” ASC-nin Naxçıvan RETSİ-dən məlumat verilib. Məlumata görə, 35/10 kilovoltluq “Sədərək” yarımstansiyasından qidalanan 10 kilovoltluq “Qaraağac ” hava elektrik verilişi xəttində payız-qış mövsümü ilə əlaqədar təmir işləri aparılacaq. Bu səbəbdən noyabrın 12-də saat 09:30-dan 12:30-dək Qaraağac kəndinin […]
Fərhad Əhmədovun şirkəti bağlandı, zavodun əmlakına həbs qoyuldu
Azərbaycan əsilli iş adamı Fərhad Əhmədova məxsus, atası Teymur Əhmədovun adını daşıyan “Aznar” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti dayandırılıb. xeberde.az xəbər verir ki, bu haqda “Unikal”a QSC-dən bildirilib. Qeyd olunub ki, 2025-ci il 16 oktyabr tarixindən etibarən Göyçay Rayon Məhkəməsi və İcra Şöbəsi müəssisənin istehsalat fəaliyyəti dayandırılıb, zavodun əmlakı üzərinə həbs qoyulub. Qeyd edilib ki, sözügedən tədbirlər […]
Müdafiə naziri qəza yerinə getdi
Türkiyənin hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması ilə bağlı ölkənin daxili işlər naziri Ali Yerlikaya rəsmi “X” hesabında paylaşım edib. xeberde.az xəbər verir ki, paylaşımda deyilir: “Azərbaycandan ölkəmizə gəlməkdə olan Müdafiə Nazirliyimizə məxsus C130 tipli hərbi yük təyyarəmizin Gürcüstan–Azərbaycan sərhədində qəzaya uğraması xəbərini dərin kədər hissi ilə öyrəndim. Axtarış-xilasetmə işləri davam edir. Gürcüstanın daxili işlər […]










