AKTUAL Dünya

Avropa ölkələri dərman çatışmazlığı ilə üzləşə bilər

Avropa ölkələri İran ətrafında gərginliyin artması və Hörmüz boğazının blokadası səbəbindən dərman qıtlığı ilə üzləşə bilər. “xeberde.az” xəbər verir ki, bu, əczaçılıq sənayesində tədarük zəncirlərinin pozulması ilə əlaqədardır, belə ki, Avropa bu sahədə 80 % Çin və Hindistandan asılıdır, həmin ölkələrdə də neft və qaz qiymətlərinin artması səbəbindən sənayedə sabitlik pozulub. Yaxın Şərqdə və Asiyada […]

Araşdırma

Psixoloqlara görə nankor insanlar bu 4 cümləni tez-tez işlədir

Nankorluq meyilli fərdlərin ünsiyyət zamanı istifadə etdiyi müəyyən qəliblər var. Psixoloqlar bildirirlər ki, bu ifadələr münasibətlərdə minnətdarlıq əvəzinə günahkarlıq hissi yaradır və emosional manipulyasiya alətinə çevrilir. “xeberde.az” nankor insanların münasibətləri zədələyən 4 əsas ifadə tərzini təqdim edir: “Mən sənin üçün nələr eləmişəm…”Nankor şəxslər keçmişdə etdikləri fədakarlıqları mütəmadi olaraq xatırlatmağı sevirlər. Qarşı tərəfə mənəvi məsuliyyət yükləmək […]

Dünya

ABŞ saxlanılan İran gəmilərindəki 31 nəfəri sərbəst buraxıb

ABŞ tərəfindən ələ keçirilən İran gəmilərində olan 31 nəfər sərbəst buraxılıb. Onlardan 11-i Pakistan, 20-si isə İran vətəndaşı olub. “xeberde.az” xəbər verir ki, bu barədə Pakistanın xarici işlər naziri İshaq Dar bildirib. Xarici işlər nazirinin açıqlamasında qeyd olunur: “ABŞ tərəfindən açıq dənizdə ələ keçirilən gəmilərdə olan 31 nəfər Sinqapur vasitəsilə geri qaytarılıb. Onların hamısı sağlam […]

Dünya

Türkiyədən Rusiyaya qarşı strateji addım – NATO qoşunları üçün xüsusi neft kəməri

Türkiyə NATO-nun şərq cinahında yerləşən qüvvələrin yanacaq təminatı üçün yeni hərbi neft kəməri layihəsi təklif edib. “xeberde.az” xəbər verir ki, Bloomberg-in yaydığı məlumata görə, layihənin ümumi dəyəri təxminən 1,2 milyard dollar təşkil edir. Ankara NATO müttəfiqlərinə Bolqarıstan üzərindən Rumıniyaya qədər uzanacaq yeni boru xəttinin çəkilməsini təklif edib. Məlumata əsasən, yeni sistem hərbi məqsədlər üçün istifadə […]

AKTUAL Dünya

Xərçəngə qarşı fərdi vaksin tətbiq edildi – ilk nəticələr açıqlandı

Rusiyada hazırlanmış fərdi onkoloji vaksini artıq ilk beş pasiyent üzərində tətbiq edilməyə başlanıb. “xeberde.az” xəbər verir ki, bunu Federal Tibbi-Bioloji Agentliyin rəhbəri Veronika Skvortsova açıqlayıb. Onun sözlərinə görə, hazırda 35 nəfər vaksinasiya üçün gözləmə siyahısındadır. Bildirilir ki, preparat hər bir xəstənin genetik materialı əsasında fərdi şəkildə hazırlanır. Hazırda vaksin yalnız bağırsaq xərçəngi hallarında istifadə olunur. […]

Bölgə manset

Əsgəran Silah Muzeyi yaradılır

“Xüsusilə vurğulamaq istədiyim layihələrdən biri Ağdamda “İmarət” Tarix-Memarlıq Muzey Kompleksinin bərpasıdır. Bu kompleks artıq fəaliyyət göstərir. Bu gün Qarabağda ziyarət olunan, mədəni irsimizin təqdim olunduğu yerlərdən biridir. Eyni zamanda, Əsgəran qala-kompleksinin bərpası istiqamətində işlər həyata keçirilir. Həm qalanın özü və eyni zamanda, komplekslə bağlı əsas layihələr – bunun içərisində Əsgəran Silah Muzeyinin təşkil olunması da […]

Cəmiyyət Gündəm

AZAL Bakı-Dubay reyslərini bərpa edib

Azərbaycan Hava Yolları (AZAL) Dubay istiqamətində uçuşların həyata keçirilməsini bu gündən etibarən bərpa edib. xeberde.az xəbər verir ki, bu barədə AZAL məlumat yayıb. Məlumata görə, Bakı-Dubay-Bakı marşrutu üzrə reyslər həftənin bütün günləri icra olunacaq. Xatırladaq ki, fevralın 28-də Yaxın Şərqdə yaranmış gərgin vəziyyət və hava məkanında tətbiq edilən məhdudiyyətlərlə əlaqədar sözügedən istiqamət üzrə uçuşlar müvəqqəti dayandırılmışdı.

Cəmiyyət

Bakıda pulsuz ictimai çimərliklər yay mövsümünə hazırdır – FOTO

Bakıda yaradılan bütün ictimai çimərliklər bu gündən başlayan mövsümə tam hazırdır. xeberde.az xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə paytaxtın Şıx, Goradil, Novxanı, Buzovna, Pirşağı və Sahil qəsəbələrində baxımsız sahilyanı ərazilərdə yaradılan pulsuz ictimai çimərliklərdə təmizlik, abadlıq və digər hazırlıq işləri başa çatdırılıb və bu məkanlar 15 may […]

Ana Səhfə

Bakıda yağış, rayonlarda isə leysan gözlənilir – Sabahın havası

Azərbaycanda mayın 16-da havanın yağışlı keçəcəyi gözlənilir. xeberde.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 15-18° isti, gündüz 19-24° isti olacaq. […]

AKTUAL Araşdırma

Yeniyetmələri CİNAYƏTƏ sürükləyən onlardır… – ŞOK açıqlamalar

Ekspert: “Gənclərə təsir edən əsas amillərdən biri sosial mediada və televiziya kanallarında nümayiş olunan zorakılıq səhnələridir” Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il 14-17 yaş aralığında 478 nəfər cinayət törədib. Bu göstərici 2024-cü illə müqayisədə 1,3 faiz artım deməkdir. 18-29 yaş aralığında cinayət törədənlərin sayı isə 5 min 103 nəfər olub ki, bu da əvvəlki […]