Xəzər dənizinin Lənkəran sahillərinin geri çəkilməsi nəticəsində geniş meşə zolağı üzə çıxıb. xeberde.az xəbər verir ki, maraqlı fakt Lənkəranın Kənarmeşə kəndində qeydə alınıb. Bildirilir ki, meşəlik ərazidə əsasən palıd ağacları olub. Hazırda isə dəniz suyunun geri çəkilməsi nəticəsində meşə zolağı görünməyə başlayıb. Palıd ağaclarının kötükləri və qurumuş budaqları da aşkarlanır. Bəzi ağacların gövdələrinin diametri 3-4 […]
Author: Xeberal.az
Cümşüd Nuriyev partiyadan XARİC EDİLDİ
Vəhdət Partiyasının qərarı ilə politoloq Cümşüd Nuriyev bu siyasi təşkilatdan xaric edilib. xeberde.az xəbər verir ki, bu barədə Vəhdət Partiyasının yaydığı bəyanatda bildirilib. Vəhdət Partiyası Mərkəzi Nəzarət-Təftiş Komissiyasının (MNTK) qərarındadeyilir: “Komissiyaya özünü Vəhdət Partiyaslnın sədr müşaviri kimi təqdim edən (onun bu vəzifədə olması barədə rəsmi sənəd görməmişik, lakin hesab edirik ki, Partiyamıza yeni daxil olmasaydı, onun […]
“TikTok”da daha bir yenilik
“TikTok” platforması daha bir yenilik edib. xeberde.az xəbər verir ki, şirkət istifadəçilərin tətbiqdə təhlükəsiz və balanslı sosial media təcrübəsi yaşaması üçün “Vaxt və rifah” adlı yeni bölmə təqdim edib. Bu bölmə istirahəti təşviq edən, həmçinin “TikTok”dan daha şüurlu və rahat istifadə üçün nəzərdə tutulan mövcud və yeni funksiyaları bir araya gətirir. “TikTok”un bu addımı, xüsusilə yeniyetmələr üçün […]
Azərbaycanda DTX-nin yeni sistemi yaradıldı – FƏRMAN
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sistemi (MİRAS) yaradılıb. xeberde.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb. Fərmana əsasən, Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sistemi haqqında Əsasnamə” təsdiq edilib. Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Azərbaycan Respublikasının Xüsusi […]
Universitet gələn il mühafizəyə 350 min manat xərcləyəcək
Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) 2026-cı il üzrə mühafizə xidmətlərinin göstərilməsi üçün tender elan edib. xeberde.az xəbər verir ki, universitetin ümumi mühafizəsi üçün 21 nəfər nəzərdə tutulub: bir xidmət rəisi, 9 gündüz mühafizəçisi, 8 gecə mühafizəçisi, 3 yataqxana üçün mühafizəçi. Xidmətin ehtimal olunan dəyəri 349 min 185.6 manat təşkil edir. Satınalmaya dekabrın 19-da yekun vurulacaq.
“Veysəloğlu–Rossmann” əməkdaşları Almatıda keçirilən beynəlxalq təlimdə iştirak edib
L’Oréal Central Asia tərəfindən keçirilən Skincare & Makeup Masterclass adlı beynəlxalq təlim proqramında Veysəloğlu Şirkətlər Qrupuna aid “Veysəloğlu–Rossmann” komandasının əməkdaşları iştirak ediblər. Təlimdə “Veysəloğlu–Rossmann”ı təlim üzrə mütəxəssis Fəridə Manaf və Satınalma üzrə aparıcı mütəxəssis Sevda Məmmədzadə təmsil ediblər. Onlar Rossmann əməkdaşları olaraq beynəlxalq platformada iştirak edib, sektorun aparıcı mütəxəssisləri ilə bilik və təcrübə mübadiləsi aparıblar. […]
Bu il 72 mindən çox körpə doğulub – RƏSMİ
2025-ci ilin 9 ayında 72 mindən çox körpə doğulub. xeberde.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, 2025-ci ilin yanvar–sentyabr ayları üzrə ölkədə ümumilikdə 72 210 körpə dünyaya gəlib və rəsmi şəkildə qeydiyyata alınıb. Bu barədə məlumatı Dövlət Statistika Komitəsi yayıb. Rəqəmlər ilk 9 ayda da oğlan uşaqlarının üstünlük təşkil etdiyini göstərir. Belə ki, qeydiyyata […]
Bakıya gələn ermənilərin adları açıqlandı
2025-ci ilin 21 noyabr tarixində Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət qrup Azərbaycanın paytaxtına səfər edib. xeberde.az xəbər verir ki, Bakıya gələn Ermənistan vətəndaş cəmiyyətinin nümayəndələrinin adları məlum olub. Onlar Yerevan Mətbuat Klubunun fəxri prezidenti Boris Navasardyan, politoloqlar Areq Koçinyan, Narek Minasyan, Samvel Meliksetyan və hüquq müdafiəçisi Naira Sultanyandır.
Faciəli şəkildə 4 nəfərin həyatını itirməsi ilə bağlı hoteldən açıqlama – FOTO
Ofisiantlar metal konstruksiyalı mexanizmi otelin arxa hissəsindəki tikintidən gətiriblər. xeberde.az məlumat verir ki, bunu jurnalistlərə açıqlamasında hadisə baş verən “Lake Hotel”in mühafizəçisi Əliağa Həsənov deyib. “Hotelin arxa həyətində tikinti gedirdi. Metal qurğu da orada olub. Ofisiantlar həmin qurğunu hotelin həyətinə gətirirdilər. Hotelin şüşələri silinməli idi, ona görə həmin qurğunu gətirmək istəyirdilər. Ərazidən keçəndə qurğu yüksək gərginlikli […]
Onlayn qumar oynayanlara qarşı əməliyyatlar keçirildi – 14 nəfər həbs edildi
Kiberpolis qanunsuz onlayn qumar oyunlarda aktiv iştirak edən şəxslərə qarşı əməliyyatlar keçirib. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən xeberde.az-a verilən məlumata görə, Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşlarının həyata keçirdiyi növbəti əməliyyat-texniki tədbir nəticəsində qanunsuz onlayn qumar və mərc platformalarına ölkə ərazisində mövcud olan hüquq qaydalarına zidd olaraq qoşulan istifadəçilər müəyyən ediliblər. “Pinup”, “Mostbet”, “Xbet”, “Chcplay”, “fastloto” və […]










