Ana Vətən Partiyasının (AVP) yeni sədri seçildiyini iddia edən Elçin Ağamalı bir neçə gün öncə Salyan və Neftçala rayon təşkilatından olan 44 nəfərin üzvlükdən azad olunmağa dair müraciət etdiyini bildirib. “Partiyamızın son qurultayından sonra sıravi üzvlərimiz arasında qeyri-müəyyənlik və narazılıq dalğası meydana gəlib. Bunun nəticəsi olaraq Salyan və Neftçala rayon təşkilatından olan 44 nəfər üzvlükdən azad […]
Author: Xeberal.az
Safurə mərhum qayınatasını bu paylaşımla yad etdi – FOTOLAR
“Avroviziya” təmsilçilərimizdən olan Safurə Əliyeva mərhum energetika naziri, qayınatası Natiq Əliyevlə bağlı paylaşım edib. Müğənni qayınatasının ad günü olduğunu bildirib. Şəkillərdən biri Safurənin nişan günü lentə alınıb. Safurə Əliyeva şəkillərə ürək emojisi qoyub. Qeyd edək ki, Safurə N.Əliyevin oğlu Fərhad Əliyevlə ailəlidir. Cütlüyün 3 övladı var. N.Əliyev 2017-ci ildə vəfat edib. (Axşam.az)
Azərbaycanda bu şəxslər cərimələnəcək
İnternet informasiya ehtiyatında fahişəliklə məşğul olmağa açıq çağırışların edilməsinə görə cərimə tətbiq olunacaq. Bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin bugünkü videokonfrans formatında birgə iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Layihəyə əsasən, internet informasiya ehtiyatından və ya informasiya-telekommunikasiya şəbəkəsindən istifadə etməklə […]
1 ay əvvəl ana olan aktrisa boşanır
Türkiyəli aktrisa İrem Helvacıoğlu boşanır. Bu barədə türk mediası məlumat yayıb. Bildirilib ki, aktrisa həyat yoldaşı Ural Kasparla boşanmaq qərarı alıb. Qeyd edək ki, ötən il evlənən cütlüyün 1 aylıq Sora adlı qızları var.
Saat 10:00-da işıq kəsiləcək – Bu ərazilərdə
Bu gün Biləsuvarın bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq. xeberde.az xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb. Biləsuvar Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 3.2 mVA gücündə transformatorda təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 10:00-dan 13:00-dək rayonun Nərimankənd qəsəbəsi və Səmədabad kəndində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri başa çatdıqdan sonra yaşayış […]
Binaların altında hansı obyektlər fəaliyyət göstərə bilməz?
Yaşayış binalarının zirzəmisi, kürsüsü, birinci və ikinci mərtəbələrində ictimai təyinatlı obyektlərin yerləşdirilməsinə yol verilmir. xeberde.az Xəzər TV-yə istinadən xəbər verir ki, bu, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının təsdiqlədiyi “Yaşayış binaları. Layihələndirmə normaları”nda öz əksini tapıb. Lakin buna baxmayaraq, paytaxtda demək olar ki, əksər binaların altında belə obyektləri görmək olar. Təhlükəsizlik eksperti Elmar Nurəliyev deyir ki, […]
Nə revanşist olaq, nə də “irəvanşist”…
Nə olaydı, qövmümüzün bəzi pis xasiyyətləri olmayaydı. Biri də bu, “yada yalaq, yaxına badalaq”lıqdır. Bu mövzuda çox yazmışıq, çox göft-gu etmişik, amma düzələn şakər deyil, belə anlaşılır ki, bu sayaq da gedəcək. Tanınmış müğənnimizin Qazaxıstanda erməni təmsilçiyə 12 bal verməsini yalnız yaltaqlıqla izah etmək olar. Başqa səbəb yoxdur. Xanım əfəndi açıq-aşkar erməni musiqiçiyə yaltaqlanıb və […]
“AFEN Plaza”dakı partlayışın səbəbləri ARAŞDIRILIR
Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində beşmərtəbəli binada – “AFEN Plaza” biznes mərkəzində baş verən partlayışın səbəbləri araşdırılır. xeberde.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyi (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin Çevik Xilasetmə İdarəsinin rəisi Toğrul Mehdiyev deyib. Qeyd olunub ki, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində beşmərtəbəli binada partlayış baş verib və dərhal əraziyə FHN-in […]
Bakıda “Bolt” sürücüsü sifarişi ləğv edib sərnişini döydü
Bakıda Nizami rayonu, “Neftçilər” metrostansiyası yaxınlığındakı “Makler” bağında taksi sürücüsü sərnişinə xəsarət yetirib. xeberde.az xəbər verir ki, hadisə gecə saat 1 radələrində baş verib. Paytaxt sakini “Bolt” tətbiqi vasitəsilə taksi sifariş edib. Sifarişi 26 yaşlı Ümid Məmmədov qəbul etsə də, avtomobildə nasazlıq yarandığını görərək sifarişi ləğv edib. Sərnişin sürücünü söyərək təhqir edib. Təhqirlərdən hiddətlənən sürücü […]
3 illik vergi güzəştləri – QANUN
Milli Məclisin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə dəyişikliklər müzakirəyə çıxarılıb. xeberde.az məlumatına görə, sənəddə gəmiqayırma və gəmi təmiri müəssisələri üçün güzəştlərin müəyyənləşməsi nəzərdə tutulub. Layihəyə əsasən, gəmiqayırma və gəmi təmiri müəssisələri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında həmin fəaliyyətin məqsədləri üçün bütün növ malların idxalı güzəştli qaydada həyata […]










