Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin sabiq müavini-Əməliyyat Baş İdarəsinin rəisi olmuş general-leytenant Ayaz Həsənovla bağlı qaldırılan mülki iddia üzrə məhkəmənin hazırlıq iclası başlayıb. xeberde.az xəbər verir ki, Nəsimi Rayon Məhkəməsində hakim Həbibə Miriyevanın sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib. Daha sonra iddiaçı sabiq hakim, hazırda vəkil kimi fəaliyyət göstərən Rafiq Abbasov məhkəməyə bildirib ki, […]
Author: VUQAR FERZELIYEV
Bakı aeroportundan sərnişinlərə MÜRACİƏT
14-15 fevral tarixlərində, gecə saatlarında Hava limanı şosesində aparılacaq texniki işlərlə əlaqədar müəyyən istiqamətlər üzrə nəqliyyatın hərəkətinə müvəqqəti məhdudiyyətlər tətbiq olunacaq. xeberde.az xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun açıqlamasında bildirilir. “Bununla əlaqədar olaraq, qeyd olunan tarixlərdə uçuşu olan sərnişinlərə hava limanına gəliş və yaxud limandan çıxış zamanı alternativ marşrutlardan istifadə etmələri tövsiyə olunur. […]
Millimiz 1 milyon avrodan çox gəlir əldə etdi
UEFA Millətlər Liqası çərçivəsində 2024/2025-ci illər mövsümü üzrə milli assosiasiyalara ayrılan vəsait açıqlanıb. xeberde.az xəbər verir ki, bu barədə məlumat Avropa futbol qurumunun tərtib etdiyi maliyyə hesabatında öz əksini tapıb. Hesabata əsasən, Azərbaycan yığması turnirdə iştiraka görə 1 milyon 125 min avro gəlir əldə edib.
Dövlət idarəçiliyində süni intellektin tətbiqi və xidmətlərin vahid mərkəzdən göstərilməsi strateji zərurətdir
Süni intellekt, “mygov” və kibertəhlükəsizlik Azərbaycan üçün strateji prioritetdir. Prezident İlham Əliyev dövlət idarəçiliyində süni intellektin tətbiqinin genişləndirilməsinin vacibliyini vurğulayaraq bildirib ki, aparıcı ölkələrdə bu sahədə mühüm nailiyyətlər əldə olunub. Dövlət başçısı qeyd edib ki, inkişaf etmiş ölkələrdə dövlət məmurlarının gündəlik fəaliyyətində “süni intellekt agentləri” tətbiq edilir və bu sistemlər qərarların düzgünlüyünün qiymətləndirilməsində yardımçı rol […]
Hoteldə 25 yaşlı oğlanın meyiti tapıldı
Bakıda hoteldə meyit tapılıb. xeberde.az-ın məlumatına görə, hadisə ötən gün paytaxtın Yasamal rayonunun Ə.Haqverdiyev küçəsində yerləşən “Jade” hotelində baş verib. Şəhər sakini 2001-ci il təvəllüdlü İ.Kərimovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti tapılıb. Faktla bağlı araşdırma aparılır.
“Sabah” iki futbolçusu ilə yolları ayırdı
“Sabah” iki futbolçusu ilə yolları ayırıb. xeberde.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Premyer Liqanın lideri qapıçı Rüstəm Samiqullin və hücumçu Camal Cəfərovla vidalaşıb.
Azərbaycanda orqan köçürülməsindən ana olan qadınların sayı açıqlandı
Azərbaycanda son 10 ildə böyrək və qaraciyər transplantasiyası icra olunmuş 38 qadın sağlam uşaq dünyaya gətirib. xeberde.az xəbər verir ki, bu barədəa Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin həkimi Mircəlal Kazımi məlumat verib. Onun sözlərinə görə, həmin qadınlar və övladları hazırda sağlam şəkildə həyatlarına davam edirlər: “Sözügedən dövrdə 20 böyrək transplantasiya icra edilmiş qadın […]
Azərbaycanda yaşamış 30 min nəfər Ermənistan pasportu alıb
Azərbaycan ərazisindən könüllü köç etmiş 30 min nəfərə Ermənistan vətəndaşlığı verilib. xeberde.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb. Qarabağdan könüllü köç edən daha 20 minə yaxın erməni sakinin Ermənistan pasportunu almaq üçün müraciət etdiyi qeyd edilib.
Putinin bioqrafiyasını yazan tarixçi öldü
Publisist və tarixçi Roy Medvedev 13 fevral 2026-cı il tarixində 101 yaşında vəfat edib. xeberde.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Onun ürək çatışmazlığından dünyasını dəyişdiyi bildirilib. Ailə üzvləri mərhumla vida mərasimindən sonra onun meyitinin kremasiya olunacağını bildiriblər. Roy Medvedev 2018-ci ildə vəfat edən bioloq və yazıçı Jores Medvedevin əkiz qardaşıdır. Roy Medvedev 1925-ci […]
Ramiz Mehdiyevin lüks avtomobilləri müsadirə ediləcək
Prezident Administrasiyasının keçmiş rəhbəri, AMEA-nın sabiq prezidenti Ramiz Mehdiyev ilə bağlı cinayət işi ictimaiyyətin diqqət mərkəzində qalmaqda davam edir. İstintaq orqanları tərəfindən təqdim olunan materiallara əsasən, Ramiz Mehdiyevin hakimiyyətin zorla ələ keçirilməsinə və dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönəlmiş hərəkətlər etməsinə dair çoxsaylı faktiki sübutların toplanıb. Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təqdim etdiyi məlumatlarda eks-məmurun cinayət […]










