“Azərbaycanda toy mədəniyyəti xalqımızın ən gözəl adətlərindən biridir. Lakin etiraf etməliyik ki, bu gün toylarımızda israfçılıq həddini aşmış vəziyyətdədir. Şadlıq evlərində süfrələrdə artıq qida tullantıları, sonsuz menyu çeşidləri, dekorasiya və şou xərcləri əndazəni aşır”. xeberde.az xəbər verir ki, bunu deputat Razi Nurullayev Milli Məclisin plenar iclasında çıxışı zamanı deyib. Deputat bildirib ki, tonlarla kabablar zibilə atılır, […]
Author: Xeberal.az
Tovuzda ögey ata 14 yaşlı qızına toy edib
Tovuz Rayon Polis Şöbəsinə rayonunun Yuxarı Öysüzlü kəndində 2011-ci il təvəllüdlü qızın toy mərasiminin keçirilməsi barədə məlumat daxil olub. xeberde.az xəbər verir ki, polis əməkdaşları tərəfindən həmin mərasimin qarşısı alınıb və tərəflərin valideynləri ərazi üzrə polis orqanına dəvət olunublar. Onlarla profilaktik söhbətlər aparılıb, qanunvericiliyin tələbləri izah edilib və barələrində inzibati protokol tərtib edilərək məhkəməyə göndərilib. […]
Mask tarixdə sərvəti 600 milyard dolları keçən ilk insan oldu
Elon Mask dünyanın ilk trilyonçusu olmağa bir addım da yaxınlaşıb. xeberde.az xəbər verir ki, bu barədə “Forbes” jurnalı məlumat yayıb. Bu ayın əvvəlində kosmos gəmisi və raket istehsalı ilə məşğul olan “SpaceX” şirkəti tender təklifi elan edib və şirkətin dəyəri 800 milyard dollar olaraq qiymətləndirilib. Avqust ayında bu göstərici 400 milyard dollar olub. “SpaceX”in təxminən 42%-nə sahib olan Maskın […]
Bu şəhərə köçmək istəyənlərə 30 min dollar veriləcək
İtaliyanın Toskana bölgəsində yerləşən kiçik tarixi Radikondoli şəhəri ora köçüb məskunlaşmağa razı olan şəxslərə maliyyə dəstəyi təklif edir. Ümumi maliyyə stimulu təxminən 30 min ABŞ dollarına çata bilər. xeberde.az xəbər verir ki, “New York Post” nəşrinin yazdığına görə, yerli hakimiyyət bu addımla əhalinin azalmasını dayandırmaq və boş qalan evləri yenidən istifadəyə qaytarmaq niyyətindədir. Bildirilir ki, […]
Sirr açılır: Alkatras qaçışı yalnız məhbusların zəkası sayəsində mümkün olmayıb
Kağız üzərində mümkünsüz görünən 1962-ci il qaçışının arxasındakı təəccüblü detal üzə çıxıb: Con və Klarens Enqlin qardaşları ilə Frenk Morrisin aylarla davam edən qazıntılarını asanlaşdıran təkcə onların zəkası və yaxşı planı deyilmiş. xeberde.az xəbər verir ki, ABŞ tarixinin ən məşhur həbsxana qaçışlarından biri olan 1962-ci il Alkatras qaçışı Con və Klarens Enqlin qardaşları ilə Frenk Morrisin […]
Zakir Qaralova ağır itki üz verdi
Sabiq baş prokuror Zakir Qaralova ağır itki üz verib. xeberde.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, onun qardaşı Tahir Qaralov vəfat edib. Məlumata görə, T.Qaralov bir neçə saat öncə Gürcüstanın paytaxtı Tbilisidə dünyasını dəyişib. Xatırladaq ki, Z. Qaralov 2000-2020-ci illərdə Azərbaycanın baş prokuroru olub.
Bu kəndlərə günlərdir canavarlar hücum edir – Sakinlər təhlükədə
Cəlilabad rayonunun Fərzili və Hamarqışlaq kəndlərində canavarlar qoyun sürülərinə hücum edib. xeberde.az xəbər verir ki, son bir həftə ərzində vəhşi heyvanlar əsasən, səhər saatlarında otlaq sahələrində sürülərə hücum edir. Hadisələrin kəndlərə yaxın, açıq ərazilərdə baş verməsi təhlükəni daha da artırır. Canavar hücumları nəticəsində ümumilikdə səkkiz baş qoyun yaralanıb, onlardan bir neçəsi sonradan tələf olub. Kənd […]
Baş nazirin sabiq müavini Abbas Abbasov axtarışa verildi – Ramiz Mehdiyev işi böyüyür
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) Ramiz Mehdiyev və digərləri barəsində dövlət hakimiyyətini ələ keçirməyə yönələn hərəkətlər ittihamı ilə istintaqı aparılan cinayət işi üzrə növbəti qərar bəlli olub. xeberde.az xəbər verir ki, cinayət işi üzrə toplanmış materiallar əsasında, Azərbaycan Respublikası baş nazirinin sabiq birinci müavini, uzun illər Ramiz Mehdiyevin müdafiəsi nəticəsində məsuliyyətdən kənarda qalmış Abbas Abbasovun […]
Luvr ziyarətçilər üçün bağlandı
Fransanın Luvr muzeyi işçilərinin tətili səbəbindən qeyri-müəyyən müddətə bağlanıb. “xeberde.az” xəbər verir ki, bu barədə “Le Monde” məlumat yayıb. Mənbənin sözlərinə görə, yığıncaqda iştirak edən yüzlərlə işçi iş şəraitinin pisləşməsi ilə əlaqədar bir günlük tətili yekdilliklə dəstəkləyib. Muzeyin mətbuat xidməti də rəsmi məlumat yayıb və yaranmış narahatlığa görə üzr istəyib. “İşçilərin tətili səbəbindən muzeyin sərgisi […]
“Yaşayan Nostradamus”dan 2026-cı ildə Donald Tramp üçün dəhşətli PROQNOZ
Heç olmasa, bir il məktəbəqədər hazırlığa getmək olduqca vacibdir. xeberde.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Real TV”yə müsahibəsində deyib. O bildirib ki, bu problemin 85 faizindən çoxu həll olunub. Lakin bunun maliyyə və keyfiyyət tərəflərinə baxmaq lazımdır: “Dövlət bu sahədə böyük paya sahibdir. 100 mindən artıq uşaq dövlət sektorunda məktəbəqədər […]










