Kriminal manset

BDU tələbələrinin nalayiq formada paylaşılması davam edir – Foto

Ötən həftə sosial şəbəkələrdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin tələbələrinin fotolarının montaj və süni intellektlə dəyişdirilərək nalayiq formada paylaşılması ilə bağlı bir nəfər tutulsa da, bu əməllər davam edir. xeberde.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu dəfə naməlum şəxs və ya şəxslər həmin əməllərə görə tutulmuş Fəxri Cəbrayılova dəstək xarakterli paylaşımlar etməkdədir. Belə ki, sosial şəbəkələrdə, […]

Siyasət

Yaponiyanın Azərbaycandakı səfirliyi fəaliyyətini dayandırdı

Yaponiyanın Azərbaycandakı səfirliyi fəaliyyətini dayandırıb. xeberde.az xəbər verir ki, bu barədə səfirliyin sosial şəbəkə hesabında məlumat verilib. “Regionda baş verən hadisələrlə əlaqədar olaraq səfirlik fəaliyyətini qeyri-müəyyən müddətə qədər dayandırıb. Viza üçün sənədlərin qəbulu və hazır vizaların verilməsi də dayandırılıb. Nəzərə almağınızı xahiş edirik. Narahatçılığa görə üzr istəyirik”, – səfirlik qeyd edib.

Bölgə Hadisə

Masallıda idmançı şəxs qəfil öldü

Masallı rayonunda yerləşən idman kompleksində halı pisləşən şəxs vəfat edib. xeberde.az xəbər verir ki, hadisə fevralın 28-i saat 16 radələrində Masallı İdman Kompleksində qeydə alınıb. Masallı şəhər sakini 1977-ci il təvəllüdlü Səbuhi Abbasov orada idman edərkən özünü pis hiss edib. Xəstəxanaya yerləşdirilmiş S.Abbasov orada ölüb. Faktla bağlı araşdırma aparılır.(Qafqazinfo)

Təhsil

Fənn Olimpiadalarının 7 fənn üzrə yarımfinal turu keçirilib

Respublika Fənn Olimpiadalarının (RFO) Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, coğrafiya və tarix fənni daxil olmaqla 7 fənn üzrə yarımfinal turu keçirilib. xeberde.az xəbər verir ki, fevralın 28-də Bakı şəhəri ilə yanaşı, respublikanın müxtəlif şəhər və rayonlarında baş tutan mərhələdə ümumilikdə 8469 nəfər şagird iştirak edib. Nəticələr martın 11-dən etibarən açıqlanacaq. Qeyd edək ki, […]

Dünya

Tehran tərk edilir

Tehranın bir çox sakini şəhəri tərk edib. xeberde.az xarici KİV-ə istinadən xəbər verir ki, hazırda İranın paytaxtında ərzaq təminatında fasilələr olmasa da, gərginlik hiss olunur. Əhali şəhəri tərk edərək bölgələrə üz tutur.

Dünya Gündəm

İranda məktəblər ilin sonunadək bağlı olacaq – NAZİRLİK

Ölkədəki məktəblər ilin sonuna qədər bağlı olacaq. xeberde.az İRNA-ya istinadən xəbər verir ki, bunu Təhsil Nazirliyinin sözçüsü Fərhadi açıqlamasında deyib. O qeyd edib ki, mövcud vəziyyət nəzərə alınmaqla, bütün təhsil səviyyələrində məktəblər ilin sonuna qədər bağlı olacaq və təhsil virtual şəkildə təmin ediləcək. “Bu müddətin uzadılması və ya dəyişdirilməsi ilə bağlı hər hansı yeni qərar rəsmi […]

Dünya

Rza Pəhləvi İran xalqına müraciət etdi

Rza Pəhləvi İran xalqına müraciət edib.  Modern.az xəbər verir ki, o açıqlamanı video-format şəklində verib.  “Birləşmiş Ştatlar Prezidenti tərəfindən İran xalqına vəd edilmiş yardım artıq gəlib. Bu humanitar müdaxilədir və məqsədi İslam Respublikası, onun repressiv aparatları və qətl maşınıdır, İranın böyük ölkəsi və xalqı deyil. Lakin bütün bu yardıma baxmayaraq, son qələbə məhz biz tərəfimizdən əldə olunacaq. […]

Dünya

Rəsmi Bakı İsrail və İrandakı vətəndaşlarına ÇAĞIRIŞ etdi

İran ətrafında müşahidə olunan mövcud gərginlik fonunda Azərbaycan vətəndaşlarını İsrail Dövlətinə səfərdən çəkinməyə çağırırıq. xeberde.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat verib.  Hazırda İsraildə olan vətəndaşlarımızdan təhlükəsizlik vəziyyətini diqqətlə izləmələri, yerli hakimiyyət orqanlarının göstəriş və tövsiyələrinə riayət etmələri, kütləvi toplaşma yerlərindən uzaq durmaları və şəxsi təhlükəsizlik tədbirlərini gücləndirmələri xahiş olunur. Hər hansı […]

Dünya Gündəm

Tramp İrana hücumdan DANIŞDI

“Biz İranda genişmiqyaslı hərbi əməliyyata başlamışıq və qəddar İran rejimindən gələn təhdidi aradan qaldıracağıq”, – Tramp . xeberde.az xəbər verir ki, ABŞ-nin Prezidenti onu da qeyd edib ki, məqsədləri Amerikan xalqını qorumaq və İrandan gələn birbaşa təhdidi aradan qaldırmaqdır. “ABŞ İranın raketlərini məhv edəcək və onun raket sənayesini tamamilə sıradan çıxaracaq”.