Mobil telefonlar aksiz dərəcəsinə cəlb olunacaq, fiziki şəxslərin şəxsi istifadəsi üçün ölkəyə gətirilən 1 ədəddən artıq mobil cihazın qeydiyyatı üçün 100 manat dövlət rüsumu alınacaq. xeberde.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsi və “Dövlət rüsumu haqqında” dəyişiklikdə əksini tapıb.Vergi Məcəlləsinə dəyişikliyə görə, ölkəyə idxal edilən mobil cihazların hər bir ədədi üçün 20 […]
Author: Xeberal.az
Binəqədidə yanğın – 1 nəfərin yanmış meyiti tapıldı
Bakı şəhərinin Binəqədi rayonunda yanğın olub. xeberde.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 40 m² olan birmərtəbəli 2 otaqlı evin bir otağının yanar konstruksiyaları 16 m², dam örtüyü 12 m² və dəhlizi 6 m² sahədə yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin qismən yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib, 1 nəfər yanıq xəsarəti […]
Təranə qətlə yetirilibmiş – 13 il sonra üstü açıldı
2012-ci ildə Lənkəranda itkin düşmüş qadının qətlə yetirildiyi müəyyən edilib. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə 1988-ci il təvəllüdlü Təranə Ağayevanı qətlə yetirməkdə şübhəli bilinən 1970-ci il təvəllüdlü Əliağa Kazımov saxlanılıb. Qadının meyitinin qalıqları basdırıldığı yerdən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırmalar davam etdirilir. Qeyd edək ki, bir neçə il əvvəl T.Ağayevanın qardaşı Fuad […]
Azərbaycan “Somalilənd”i dövlət kimi tanımayacaq – RƏSMİ
Azərbaycan Respublikası beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Somali Federativ Respublikasının suverenliyini, birliyini və ərazi bütövlüyünü tam dəstəklədiyini bir daha bəyan edir. xeberde.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Somalidəki son hadisələrlə bağlı bəyanatında bildirilib. “Somali Federativ Respublikasının “Somalilənd” bölgəsinin tanınması beynəlxalq hüququn norma və prinsiplərinə, eləcə də BMT Nizamnaməsinə ziddir. Azərbaycan beynəlxalq hüququ pozaraq […]
Gələn ildən özəl sektorda çalışanlardan bu qədər vergi tutulacaq
Azərbaycanda 2019-cu ildən qüvvədə olan, qeyri-neft-qaz və qeyri-dövlət sektorlarında çalışanlar üçün nəzərdə tutulmuş gəlir vergisi ilə bağlı güzəştin müddətinin 2026-cı il yanvarın 1-də başa çatması ilə əlaqədar fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergilər yeni qaydada tutulacaq. xeberde.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb Qanuna əsasən, 2026-cı ildə aylıq […]
Ölkədə yayılımış pnevmaniyanın səbəbləri açıqlandı
Son günlərdə uşaqlar arasında yayılan və pnevmaniya əlamətləri ilə müşahidə olunan infeksiyalar cəmiyyətdə ciddi narahatlıq doğurur. Daha çox uşaqlarda müşahidə olunan xəstəlik ötən ilə nisbətən kəskin xarakter alıb. Tanınmış həkim, professor Adil Qeybulla xeberde.az-a bildirib ki, hazırda uşaqlar arasında daha çox yayılan virus influensa və respirator-sinsitial viruslardır: “COVID-19 pandemiyasını törədən SARS-CoV-2 virusunun mutasiya variantları da davam edir. […]
Eks-baş prokuror iş adamının ölümünə görə həbs ediləcək
Gürcüstanın keçmiş baş prokuroru Otar Romanov-Partsxaladzeyə “qanuni oğru” Merab Suxumskinin qardaşı, iş adamı Levan Canqveladzenin qətlinin təşkilində ittiham irəli sürülüb. xeberde.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər nazirinin müavini Aleksandr Daraxvelidze brifinqdə bildirib. Daxili İşlər Nazirliyinin məlumatına görə, Levan Canqveladzenin qətli tam açılıb. İstintaq işin bütün hallarını müəyyən edib və əsas təşkilatçını müəyyən edib. […]
Azərbaycanda 10 bank bayramda işləməyəcək – SİYAHI
Azərbaycanda 31 dekabr – 4 yanvar tarixlərinə təsadüf edən qeyri-iş günlərində ölkədəki 22 bankdan 10-u fəaliyyət göstərməyəcək. xeberde.az xəbər verir ki, həmin banklar “Azər-Türk Bank”, “Bank of Baku”, “Bank VTB Azərbaycan”, “Expressbank”, “Rabitəbank”, “Bank BTB”, “Premium Bank”, “Bank Avrasiya”, “Unibank” ASC-lər, İran Milli Bankının Bakı filialıdır. Qalan 15 bankın 166 satış nöqtəsi (o cümlədən, 4 bank […]
AZAL internet provayder xidməti göstərəcək
“Azərbaycan Hava Yolları” QSC (AZAL) internet provayder xidməti göstərəcək. xeberde.az xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) AZAL-ı internet provayderi kimi uçota alıb. Beləliklə, AZAL peyk üzərindən yüksək sürətli internet, təkrar satış (pərakəndə internetin təkrar satışı – B2C və ya B2B) xidmətlərini həyata keçirəcək.
Gələn il büdcəmiz bu qədər olacaq – Prezident TƏSDİQLƏDİ
Prezident İlham Əliyev Milli Məclisin dekabrın 9-da qəbul etdiyi “2026-cı il dövlət büdcəsi haqqında” qanunu təsdiqləyib. xeberde.az xəbər verir ki, qanuna əsasən, gələn il büdcə gəlirlərinin 38 milyard 609 milyon manat (2025-ci ilin təsdiq olunmuş proqnozuna nisbətən 0,7 % çox), xərclərinin isə 41 milyard 703,6 milyon manat (+0,7 %) olacağı gözlənilir. Son nəticədə dövlət büdcəsində 3 […]










