AKTUAL Bölgə manset Ölkə Siyasət

Zəngəzurdan Araza axan zəhər: Azərbaycan səssiz fəlakətlə üz-üzə

Azərbaycanın cənub bölgəsində yaşayan yüz minlərlə insanın həyat mənbəyi sayılan Araz çayı artıq uzun illərdir Ermənistanın tullantılarla “qara suya” çevirdiyi transsərhəd bir faciəyə dönüb. Bu ekoloji təhlükənin miqyası yalnız bir ölkəni deyil, bütün regionu əhatə edir. Ermənistan ərazisindən Araz çayına tökülən Vedi, Hrazdan və Arpa çayları vasitəsilə sənaye və məişət tullantılarının birbaşa çaya axıdılması artıq […]

Gündəm manset Siyasət

Mehriban Əliyeva qızı ilə Antalyada panel iclasında – FOTOLAR

Türkiyənin Antalya şəhərində keçirilən Antalya Diplomatiya Forumu çərçivəsində “Parçalanan dünyada gələcəyin qurulması: Təhsilin transformasiya gücü” adlı panel iclas təşkil olunub. xeberde.az xəbər verir ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva tədbirdə iştirak ediblər. Tədbirdən əvvəl Afrika Mədəniyyət Evinin stendi ilə tanışlıq olub. Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğanın təşəbbüsü ilə 2016-cı ildə qurulan […]

Dünya Hadisə

Meyvə tumu udan qadının ciyəri çürüdü

Türkiyədə yediyi meyvənin tumunu udan qadının ağciyəri çürüyüb. xeberde.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, hadisə Trabzonun Akçaabat rayonunda baş verib. Belə ki, 66 yaşlı Fatma Karabacakın udduğu gavalı toxumu nəfəs borusundan ağciyərlərinə keçərək ağciyərinin bir hissəsini çürütüb. Xəstə tez-tez ağciyər infeksiyası keçirdiyi üçün həkimə müraciət edib. Həkimlər tomoqrafiyadan sonra ağciyərdə yad cisim aşkarlandığını bildirib. Qadının sağ ağciyərində […]

Cəmiyyət Gündəm İdman Ölkə Sosial

Prezident və nəvələri idman zalında – FOTOLAR

Prezident İlham Əliyevin nəvələri Əli və Mikayıl Ağalarovlarla maraqlı şəkilləri yayılıb. xeberde.az xəbər verir ki, İlham Əliyevin nəvələri ilə idman zalındakı məşqdən çəkilən fotolarını Əli Ağalarov sosial şəbəkədə paylaşıb. “Baba ilə Antalyanın idman zalında tam bədən məşqi!”, – deyə o, paylaşıma qeyd edib. Xatırladaq ki, Prezident İlham Əliyev Antalya Diplomatik Forumunda içtirak etmək üçün hazırda Türkiyədə səfərdədir.

Gündəm manset Sosial

Bakıda estetik prosedurdan sonra qadının burnu çürüdü

Burun əməliyyatı keçirən Aişə Nəsibli “AFA studio” gözəllik salonunda işləyən kosmetoloq Afət Şamilovadan şikayətçidir. xeberde.az xəbər verir ki, kosmetoloq tərəfindən ziyana uğradığını iddia edən Aişə Nəsibli Nəsimi rayon Prokurorluğuna şikayət ərizəsi ilə müraciət edib. Aişə Mahmudalı qızı Nəsiblinin üz nahiyəsinə “Afa studio”da düzgün botoks vurulmaması nəticəsində sağlamlığına ciddi ziyan dəyməsinə dair müraciəti əsasında rayon prokurorluğunda […]

Bölgə İqtisadiyyat Ölkə Region

1880 əcnəbiyə Qarabağda işləmək icazəsi verilib

2024-cü ildə Azərbaycanda neçə nəfərə müvəqqəti və daimi yaşamaq, işləmək üçün icazə verilib?  Qeyd edək ki, Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bunun üçün müvafiq icazə almalıdırlar. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə Dövlət Miqrasiya Xidməti tərəfindən verilir. xeberde.az-ın Nazirlər Kabinetindən əldə etdiyi məlumata görə, 2024-cü […]

Hadisə

Heydər Əliyev prospektində daha bir qəza – Taksi aşdı

Nizami rayonu Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib. xeberde.az xəbər verir ki, hadisə saat 06:10 radələrində baş verib. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Toğrul Nəsirli “Report”un sorğusuna cavab olaraq bildirib ki, “JAC” markalı, 90 YD 571 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə “MAN” markalı yük maşınının toqquşması nəticəsində taksidə olan qadın sərnişin […]

AKTUAL Cəmiyyət Sosial

Psixoloqa gedənlərə niyə “dəli” kimi baxılır?

Azərbaycanda psixoloq müraciət edən şəxslərə münasibət birmənalı deyil. Hazırda insanın gündəlik yaşam tərzi onun psixologiyasında izlər qoya bilir. Düzgün zamanda bu təsirləri aradan qaldırmaq üçün isə psixoloq məsləhəti almaq önəmlidir. Lakin bəzi vətəndaşlar psixoloqlara qeyri-ciddi yanaşır. Hətta onlara müraciət edənləri “dəli” adlandırırlar.  Ailə və uşaq psixoloqu Aynur İsmayılova mövzu ilə bağlı xeberde.az saytına açıqlama verib. Psixoloq deyib […]

MARAQLI

Adam ol! Mirismayıl Xələfli yazır…

Bu iki kəlmə bəzən kitab dolusu hikmətdən daha çox iz buraxır insanın içində. “Adam ol!” – deyəndə məqsəd sadəcə insan surətində gəzmək deyil. Adam olmaq, xarakterdir, vicdandır, mərhəmətdir, dürüstlükdür. Adam olmaq hər kəsin edə biləcəyi bir şey deyil, amma hər kəsin etməsi gərəkən bir şeydir. Hər insan doğular, böyüyər, yaşayır. Amma bu yaşam boyunca bəziləri […]