Astarada 3-cü sinif şagirdi itkin düşüb. xeberde.az məlumat verir ki, hadisə Astara rayonunun Maşxan kəndi ərazisində baş verib. Məktəbdən evə qayıdan 9 yaşlı Reyhan Məmmədzadənin itkin düşdüyü bildirilir. Faktla bağlı polisə məlumat verilib.
Author: Xeberal.az
Ağcabədidə AĞIR İTKİ : Tanınmış vəzifəli şəxs vəfat etdi – FOTO
Xeberde.az xəbər verir ki, 8 Saylı Ərazi Vergi İdarəsinin Vergi Xdməti Müşaviri Arif Qasımov 64 yaşında vəfat edib. Qeyd edək ki, Arif Qasımov 1982-ci ildən Ağcabədi rayonu Vergi İdarəsi şöbə müdiri və Beyləqan rayonu Ərazi Vergi İdarəsində xidmət göstərib. Arif Qasımov xalqının qayğısında olan xeyirxah insan kimi tanınırdı. Bildirilib ki, 11 aprel günü iş yerində […]
Baş Prokuror Xankəndidə əməliyyat müşavirəsi keçirdi
Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə Xankəndi Şəhər Prokurorluğunda Baş Prokurorluğun əməkdaşları, Xankəndi şəhər, Ağdam, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd, Kəlbəcər, Qubadlı, Laçın, Şuşa, Zəngilan rayon, eləcə də Ağdam, Füzuli, Kəlbəcər, Qubadlı və Tərtər həbi prokurorlarının iştirakı ilə əməliyyat müşavirəsi keçirilib. xeberde.az xəbər verir ki, toplantıda azad edilmiş ərazilərdə prokurorluq orqanlarının fəaliyyətinin təşkili, hüquq-mühafizə sisteminin institusional dayanıqlığının təmin olunması, cinayətkarlığa […]
Bakıda leysan olacaq: subasma halları istisna olunmur – RƏSMİ
Növbəti iki gündə Bakı və Abşeron yarımadasında aprelin 14-dən 15-nə keçən gecədən başlayaraq hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı, yağışın leysan xarakterli olacağı, arabir intensivləşəcəyi gözlənilir. xeberde.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, aprelin 16-da yağışın aramsız güclü olacağı ehtimalı yüksəkdir. Prosesin şimşək və güclü küləklə müşayiət olunacağı gözlənilir. Gözlənilən […]
Prezident bu yolun tikintisinə pul ayırdı
Cəlilabad rayonunun Sərhədabad–Əliabad–Zəhmətabad–Soltankənd avtomobil yolu əsaslı təmir olunacaq. xeberde.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncamla 7 min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən Sərhədabad–Əliabad–Zəhmətabad–Soltankənd avtomobil yolunun əsaslı təmiri məqsədilə dövlət büdcəsindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 1,5 milyon manat ayrılıb.
Əlillər üçün yeni güzəştlər
Əlilliyi olan şəxslər üçün yeni güzəştlər müəyyənləşir. xeberde.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb. Məcəlləyə əsasən, əlilliyi olan şəxslərin vergi inzibatçılığının sadələşdirilməsi və onların özünüməşğulluq təşəbbüslərinin dəstəklənməsi üçün: – əl işlərinin satışından əldə olunan gəlirdən ödəmə mənbəyində 2% dərəcəsi ilə verginin tutulması təmin ediləcək; – satışın həyata keçirilməsi […]
Qələbəsini şəhidlərə ithaf edən gənc çempiondan təşəkkür məktubu
11 -13 aprel tarixində Azərbaycan Kikboksinq Federasiyası və Xüsusi Təyinatlı İdman Klubunun təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə təşkil edilən açıq çempionatda iştirak edən, peşəkar idmanla məşğul olan Borcəli Omar Rəşad yarışdan qələbə ilə ayrılıb.Borcəli Omar çempionatda Daxili İşlər Nazirliyinin Daxili Qoşunların xüsusi təyinatlıları adından iştirak edib. O, öz qələbəsini […]
Keçəlləşmək istəmirsinizsə, bu içkilərə əl vurmayın!
Beynəlxalq ekspertlər qazlı və enerji içkilərinin tez-tez istehlakının kişilərdə keçəlləşməyə, narahatlıq və depressiyaya səbəb ola biləcəyi barədə xəbərdarlıq edib. xeberde.az bildirir ki, əsas səbəblər hormonal tarazlığını pozan yüksək şəkər və stress səviyyəsini artıran kofeindir. Bu amillər saç folikullarını zəiflədir, nəticədə saç tökülməsinə səbəb olur.
Azərbaycanda qeyri-sabit hava şəraiti bu tarixədək davam edəcək
Azərbaycanın bəzi rayonlarında aprelin 14-dən 15-nə keçən gecədən başlayaraq yağıntıların intensivləşəcəyi, 15 və 16-da daha da kəskinləşəcəyi, yağışın leysan xarakterli güclü olacağı gözlənilir. xeberde.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Xəbərdarlığa əsasən, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı, intensiv yağış nəticəsində dağ çaylarından sel və daşqın keçəcəyi […]
Pasport fotoşəkilinizdə niyə gülümsəyə bilməzsiniz? – Cavab sizi şoka salacaq
Pasport fotoşəkilləri nadir hallarda özümüzün ən yaxşı şəkillərimizdir. Bəs niyə digər şəkillərdə olduğu kimi pasport fotoşəkillərində gülümsəmək əslində qadağandır? xeberde.az pasport fotoşəkillərində neytraldan başqa bütün üz ifadələrinin qadağan edilməsinin əsl səbəblərini izah edir. Pasport fotoşəkilində gülümsəmək niyə qadağandır? Məsələn, ABŞ-da gülümsəməyə rəsmi qadağa yoxdur, lakin Dövlət Departamenti pasport fotoşəkillərində “gözləri açıq və ağzı bağlı neytral […]