Gündəm Hadisə

Əvəz Zeynallı ağır durumdadır – məhkəmənin qərarını gözləyir

Tanınmış baş redaktor, hazırda həbsdə olan Əvəz Zeynallı bu gün həyatının ən ağır dönəmini yaşayır. Onun yalnız azadlığı deyil, artıq canı da təhlükədədir. Bu barədə xəbəri həyat yoldaşı Məlahət Zeynallı ictimaiyyətə çatdırıb. O bildirib ki, Əvəz Zeynallıya gecikmiş mərhələdə xərçəng diaqnozu qoyulub: “Biopsiya nəticələrinə əsasən, bağırsağında aşkarlanan bədxassəli şiş artıq qaraciyərə yayılıb. Bu, xərçəngin daha […]

Mədəniyyət

Orxan Fikrətoğluna yeni vəzifə verildi

Mədəniyyət nazirinə yeni müşavir təyin olunub. xeberde.az-ın məlumatına görə, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə bu vəzifəyə Əməkdar incəsənət xadimi, yazıçı, publisist Orxan Fikrətoğlu (Orxan Sadıqov) təyinat alıb. O, Mədəniyyət Nazirliyinin fəaliyyət istiqamətləri üzrə bir neçə vacib sahənin koordinasiyasını həyata keçirəcək. Qeyd edək ki, Orxan Fikrətoğlu uzun müddət müxtəlif media orqanlarında və bir sıra qurumlarda […]

Cəmiyyət Hadisə

Bakıda iki qız itkin düşdü -FOTO

Bakının Maştağa qəsəbəsində azyaşlı qızlar itkin düşüb. Bu barədə xeberde.az-a onların valideynləri məlumat verib. Belə ki, 16 aprel axşam saat 20:00 radələrində sözügedən 2008-ci il təvəllüdlü Hüseynova Aygün Bəhram qızı və 2007-ci il təvəllüdlü Hüseynova Reyhan Elşən qızı yaşadıqları ünvandan çıxıb və bir daha geri dönməyiblər. Onlar dayı qızı – bibi qızı olublar. Qeyd edək […]

Hadisə

Sumqayıtda fabrikdə 19 nəfər zəhərlənib

Sumqayıtda fabrikdə kütləvi zəhərlənmə olub. xeberde.az-ın məlumatına görə, hadisə tekstil fabrikində baş verib. Əraziyə təcili tibbi yardım briqadası cəlb olunub. TƏBİB-dən bildirilib ki, 21.04.2025-ci il tarixində saat 16:05 radələrindən başlayaraq Sumqayıt Tibb Mərkəzinin nəzdində olan 1 nömrəli Şəhər Xəstəxanasının İnfeksion xəstəliklər şöbəsinə 19 nəfər (16 qadın cinsli, 3 kişi cinsli olmaqla) hospitalizasiya olunub. Dəqiqləşdirilməmiş bakterial qida […]

Cəmiyyət manset Sosial

Bu şəxslərə 2500 manat veriləcək – Prezidentdən SƏRƏNCAM

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, İkinci Dünya müharibəsində Qələbənin 80-ci ildönümü ilə əlaqədar qərara alıram: 1. 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə 2 500,0 (iki min beş yüz) manat məbləğində, İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə […]

Bölgə Gündəm manset

İcra başçısı musiqi müəllimini özünə müavin təyin etdi

Şəki Şəhər İcra Hakimiyyəti başçısına yeni müavin təyin edilib. xeberde.az xəbər verir ki, RİH başçısı Elxan Usubovun Əmri ilə Xəyalə Töhrab qızı Töhrablı başçının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri təyin edilib. Bununla da başçının müavinlərinin sayı 2-yə yüksəlib, ancaq I müavin vəzifəsi hələ ki vakantdır. Qeyd edək ki, 1986-cı il təvəllüdlü X. […]

Gündəm manset

Qənirə Ataş hüquq müdafiəçilərinə müraciət etdi: “Məni və ailəmi qoruyun, yoxsa gec olacaq”

Hazırda ABŞ-da yaşayan jurnalist Qənirə Ataş İnsan haqları üzrə Monitor Qrupunun üzvlərinə müraciət edib. Jurnalist qrupun üzvləri Novella Cəfəroğlu, Səidə Qocamanlı, Səadət Bənənyarlı, Çingiz Qənizadənin adlarını qeyd edərək, müraciətində bildirib: “Hazırda həyatım və ailəmin təhlükəsizliyi ilə bağlı ciddi narahatlıq keçirirəm və bu səbəbdən sizin dəstəyinizə ehtiyac duyuram. Bir müddət əvvəl Azərbaycanda tibbi təhsili və ixtisası […]

AKTUAL Cəmiyyət Gündəm

“Azərbaycan Dəmir Yolları”nda qalmaqal – İşçilər məcburi çıxarılır?

Aprel ayının 10-da “Azərbaycan Dəmir Yolları” QSC-nin İnfrastrktur Departamentinin 1 nömrəli işarəvermə və rabitə sahəsinin H.Z.Tağıyev stansiyasında yerləşən idarəsində təcili iclas keçirilib. İclası izləyən mənbənin xeberde.az-a verdiyi məlumata görə, iclas gərgin formada keçib. Gündəlikdə duran məsələ isə işçilərin işdən çıxarılması məsələsi olub. Belə ki, sahənin rəisi Elxan İsmayılov bir grup işçini öz kabinetində toplayaraq, onlardan […]

Təhsil

Emin Əmrullayev onlara vəzifə verdi – FOTO

Regional təhsil idarələrinə yeni müdirlər təyin olunub. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən xeberde.az-a verilən məlumata görə, bu barədə Elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. Əmrə əsasən, Ramin Abbasov Dağlıq Şirvan Regional Təhsil İdarəsinin, Həmid Qasımov Mərkəzi Aran Regional Təhsil İdarəsinin, Bəhruz Nəbili Mil-Muğan Regional Təhsil İdarəsinin, Vüqar Dadaşov Qazax-Tovuz Regional Təhsil İdarəsinin, […]

Bölgə Hadisə

Salyanda faciə: Sahibi avtomobilinin altında qalıb öldü

Salyanda qəzaya uğrayan  avtomobili  qaldıran kranın trosu qırılıb, sürücü avtomobilin altında qalaraq ölüb. xeberde.az xəbər verir ki, hadisə Ələt-Astara magistralının Salyan rayonu ərazisindən keçən hissəsində baş verib.Belə ki, “KİA” markalı avtomobili idarə edən 1959-cu il təvəllüdlü Quliyev Sədrəddin Mirzəağa oğlu idarəetməni itirərək yoldan çıxıb və avtomobili aşırıb. Hadisə nəticəsində yüngül xəsarət alan sürücü avtomobili qaldırmaq […]