Dünya

Qatarların yerini hava gəmiləri tutur – Rusiyadan Sibirlə bağlı sürpriz plan

Rusiyada Sibirin əlçatmaz bölgələrində yeni avtomobil və dəmir yollarının tikintisi əvəzinə yükdaşımalarda hava gəmilərindən istifadə edilməsi təklif olunub.

xeberde.az xəbər verir ki, bu təkliflə “Sibir Sazişi” Assosiasiyasının İcraiyyə Komitəsinin sədri Gennadi Quselnikov çıxış edib.

Onun sözlərinə görə, böyük ölçülü hava gəmiləri xüsusilə nəqliyyat infrastrukturu zəif olan və yeni yolların çəkilməsinin çətin və baha başa gəldiyi Sibir ərazilərində yük daşımaları üçün istifadə oluna bilər.

Quselnikov hesab edir ki, belə hava gəmilərindən ibarət donanma Rusiyanın ucqar regionlarının nəqliyyat əlçatanlığı probleminin həllinə kömək edə bilər.

“İyirmiyə yaxın hava gəmisindən ibarət layihə, prinsipcə, Tıvanın nəqliyyat əlçatanlığı problemini həll edə bilər”, – deyə Gennadi Quselnikov bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir