Ad günü şənliyi keçirən şöbə müdiri işdən qovuldu – Foto

Sabunçu Tibb Mərkəzinin Psixosomatika şöbəsinin müdiri Vüqar Qazıyev işdən çıxarılıb. xeberde.az xəbər verir ki, Vüqar Qazıyev bir müddət əvvəl Sabunçu Tibb Mərkəzində ad günü şənliyi keçirib. Bundan sonra tibb müəssisəsində qalmaqal yaranıb. Nəticədə V.Qazıyevlə birlikdə təsərrüfat işçisi və baş tibb bacısı da işdən qovulub.

Əməkdar jurnalistlərin təqaüdü 50 manat ARTDI

Azərbaycanda iyulun 1-dən fəxri adlara görə aylıq təqaüdün məbləği xalq yazıçısı, xalq şairi, xalq artisti və xalq rəssamı üçün 300 manat, əməkdar elm xadimi, əməkdar incəsənət xadimi, əməkdar artist, əməkdar rəssam, əməkdar mədəniyyət işçisi, əməkdar müəllim, əməkdar həkim, əməkdar memar, əməkdar bədən tərbiyəsi və idman xadimi, əməkdar dövlət qulluqçusu, əməkdar jurnalist, əməkdar mühəndis, əməkdar hüquqşünas, […]

Bakıda kişi onu işə yola salmayan arvadını döydü

Bakıda kişi işə gedərkən onu yola salmadığı üçün həyat yoldaşını döyüb. xeberde.az-ın məlumatına görə, hadisə Xəzər rayonunda baş verib. Belə ki, 30 aprel 2025-ci il tarixdə səhər saatlarında E.Quliyev (ad şərtidir – red.) həyat yoldaşı ilə mübahisə edib. Mübahisəyə səbəb həyat yoldaşının işə gedə gedərkən yatılı olması, onu işə yola salmaması olub. Bundan əsəbləşən E. Quliyev həyat […]

İlham Əliyev iclas iştirakçılarına müraciət etdi

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Ailə Məsələləri və Sosial Siyasət Sahəsinə Məsul Nazir və Qurum Rəhbərlərinin 2-ci iclasının iştirakçılarına müraciət edib. xeberde.az xəbər verir ki, müraciəti Azərbaycan Prezidenti Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdir Fərəh Əliyeva səsləndirib.

Xocalının daha bir kəndində evlər təmir olunacaq – 5,7 milyon manat ayrıldı

Xocalı rayonunun Xanyurdu kəndində bir sıra fərdi yaşayış evlərinin təmirinə başlanılır. xeberde.az xəbər verir ki, artıq bununla bağlı Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətində müvafiq işlərə yekun vurulub. Dövlət xidməti Xanyurdu kəndində fərdi yaşayış evlərinin cari təmiri işlərini “Geno Group” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb. Müqaviləyə […]

Lukaşenko yenidən kartofa görə şikayətləndi

Belarus kartofunun çatışmazlığı süni şəkildə və daxili siyasi səbəblərdən yaranıb. xeberde.az xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko bildirib. “Dövlət Nəzarəti Komitəsi bəzi rəqəmləri yoxlayanda onların siyasətlə məşğul olduğu üzə çıxdı”, – Belarus lideri vurğulayıb. Onun sözlərinə görə, “kifayət qədər kartof var idi, amma onlar hardasa saxlanılıb” ki, “prezident qiymətlərə müdaxilə edib”. “Və o […]

Pullu attestata görə sinif rəhbərinə XƏBƏRDARLIQ

Xəbər verdiyimiz kimi, Bakı şəhəri 264 nömrəli məktəb-liseydə şagirdlərdən attestat üçün 20 manat məbləğində pul yığıldığı iddia edilib  xeberde.az-ın məlumatına görə, Bakı şəhər Təhsil İdarəsi məsələ ilə bağlı açıqlama yayıb. Bildirilib ki, 264 nömrəli tam orta məktəbdə IX sinifdə vəsait toplanması ilə əlaqədar araşdırma aparılıb.  Araşdırma zamanı müəllim və valideynlərlə görüş keçirilib, müvafiq tövsiyələr verilib. […]

Direktor və müəllimlərə XƏBƏRDARLIQ

İyun ayının 14-də ümumtəhsil müəssisələrində ənənəvi “Son zəng” tədbiri keçiriləcək. 11 illik təhsilini başa vuran məzunlar üçün məktəbdəki son dərs günü kimi yadda qalan bu tarix münasibətilə təhsil ocaqlarında müxtəlif tədbirlər planlaşdırılır. Lakin “Son zəng” günü ilə bağlı bəzi neqativ halların, xüsusilə, müəllimlərin şagirdlərdən və valideynlərdən hədiyyə tələb etməsi ilə bağlı faktların qarşısını almaq məqsədilə aidiyyəti qurumlardan […]

İlon Maskdan Azərbaycan PAYLAŞIMI

Amerikalı milyarder İlon Maskın sahibi olduğu “X” platforması Azərbaycanda xəbər və jurnal kateqoriyasında ən çox yüklənən tətbiq olub. xeberde.az xəbər verir ki, bu barədə “Tesla Owners Silicon Valley” hesabı yayıb. Bildirilib ki, “X” artıq Azərbaycanda 1 nömrəli xəbər tətbiqi kimi qeydə alınıb. “X tək-tək ölkələri fəth edir”, – deyə paylaşımda qeyd olunub. Sözügedən paylaşım birbaşa İlon Mask tərəfindən […]

II qrupun lideri hansı universitetdə oxuyacaq? – Özü açıqladı

II ixtisas qrupu üzrə ən yüksək nəticəni 391.7 bal toplayan Ucar rayonu 2 saylı şəhər tam orta məktəbinin məzunu Cənnətov Fuad Əlikram oğlu göstərib. O, imtahanın birinci mərhələsində 282.3 bal toplayıb. Fuad rus bölməsi üzrə təhsil alıb. xeberde.az xəbər verir ki, AzEdu.az abituriyentin təəssüratlarını bölüşmək üçün onunla əlaqə saxlayıb: “Nəticəmi görəndə çox təəccübləndim. Bu qədər yüksək […]