Ağdamda 16 yaşlı qız itkin düşüb. xeberde.az-ın xəbərinə görə, ötən gün rayonun Üçoğlan kənd sakini 2009-cu il təvəllüdlü Əsgərova Aytac Pərviz qızı yaşadığı evdən çıxıb gedərək bir daha geri qayıtmayıb. Onun ailə qurmaq məqsədi ilə şəxsiyyət vəsiqəsini də özü ilə götürdüyü bildirilir. Faktla bağlı araşdırma aparılır.
Author: Xeberal.az
Məhərrəm ayı qabağı qızıl bazarında vəziyyət necədir?
Məhərrəm ayı qabağı şadlıq evlərində yerlər tam bron edildi – Qızıl bazarında vəziyyət necədir? Məhərrəm ayının başlamasına az qalmış qızıl bazarında durğunluq başlayıb. xeberde.az bildirir ki, satıcılar deyirlər ki, hər il məhərrəm ayında toy şənlikləri azalır. Bu il də eyni vəziyyət yaşanacağından qızıl bazarına təsirsiz ötüşməyib. Buna baxmayaraq, son bir neçə gündə əyarından asılı olmayaraq […]
Deputatlar Prezidenti təbrik etdilər
Milli Məclis 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevi təbrik edib. xeberde.az-ın xəbərinə görə, təbriki parlamentin sədri Sahibə Qafarova səsləndirib. Sahibə Qafarova deyib ki, Şanlı Ordumuzun 44 günlük Vətən müharibəsində göstərdiyi hünərlər xalqımızın tarixinə qızıl hərflərlə yazılıb: “Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması və tarixi ədalətin bərpa edilməsi […]
“8 Noyabr” Cənubi Qafqazın energetika mərkəzi statusunu gücləndirəcək
Bu stansiya (“8 Noyabr” elektrik stansiyası – red.) bizim enerji potensialımızı təbii olaraq daha da gücləndirəcək, enerji sisteminin səmərəliliyini artıracaq və beləliklə, Mingəçevirin nəinki Azərbaycanın, bütövlükdə Cənubi Qafqazın energetika mərkəzi statusunu daha da gücləndirəcək. xeberde.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Mingəçevirdəki “8 Noyabr” Elektrik Stansiyasının açılış mərasimindəki çıxışında deyib. Hazırda Mingəçevirdə elektrik enerjimizin […]
Tariximizin şanlı səhifəsi sayılan GÜN
Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərsə də, bu qısa müddət ərzində ordu quruculuğunun inkişaf etdirilməsi istiqamətində ciddi işlər görə bildi. 1918-ci il 26 iyun tarixində AXC hökumətinin qərarına əsasən, ölkədə ilk nizami hərbi hissənin – Əlahiddə Azərbaycan Korpusunun yaradılması ilə ordu quruculuğunun təkmilləşdirilməsi istiqamətində ilk önəmli addım atılmış oldu. Azərbaycan Xalq Cümhuriyyəti süqut […]
“8 Noyabr” ölkəmizin ən böyük elektrik stansiyasıdır
“8 Noyabr” Elektrik Stansiyasının açılışı çox gözəl hadisədir, ölkəmizin enerji potensialını böyük dərəcədə gücləndirəcək. xeberde.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Mingəçevirdəki “8 Noyabr” Elektrik Stansiyasının açılış mərasimindəki çıxışında deyib. Dövlətimizin başçısı qeyd edib: “Ümumilikdə bu stansiyanın yaradılması və qısa müddət ərzində bütün işlərin başa çatması ölkəmizin gücünü, potensialını, energetiklərimizin təcrübəsini, peşəkarlığını göstərir. Bu […]
Mingəçevirdə Elektrik Stansiyasının açılışı – İlham Əliyev də iştirak edir
Bu dəqiqələrdə Mingəçevirdə “8 Noyabr” Elektrik Stansiyasının açılışı mərasimi keçirilir. xeberde.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə çıxış etdi.
Şeytan, ya da Cəhənnəmin şəhərində playback… (Poema) – Ədalət Qarabulud
Şeytan, ya da Cəhənnəmin şəhərində playback… (Poema) 0. Sükutun intro-suSalam, dünya.Zibilxanada unudulmuş təkcə banan qabığı deyil.Burda ruhlar da çürüyür.Burda gecələrdivar boyu sürünən kölgələröz Facebook statuslarını oxuyurvə like gözləyir.Əvvəlcə səni susdururlar –sonra danışmaq istəyəndə,səsi ucaltmaq istəyəndəsən özün də unutmuş olursan:səsi necə çıxarırdın.Bu şəhərdəağlamağa icazə yoxdur –amma əvəzində çoxlu fast food var. 1. Şəhər 101 Burda yaşamaq […]
Bu həftə 4 gün iş olmayacaq
Bu həftədən etibarən 4 günlük tətil başlayır. xeberde.az xəbər verir ki, Baş nazirin iş və istirahət günlərinin ardıcıllığını təmin etmək üçün verdiyi Qərarla 27 iyun iş günü ilə 21 iyun istirahət gününün yerləri dəyişdirilib. Beləliklə, 21 iyun şənbə günü olsa da, Azərbaycanda iş günü oldu. Bu həftədən etibarən isə 26, 27, 28 (şənbə) və 29 (bazar) […]
10-cu sinif şagirdi vəfat etdi – FOTO
Paytaxtın Suraxanı rayonunda yerləşən 282 nömrəli tam orta məktəbin şagirdi vəfat edib. xeberde.az xəbər verir ki, bu barədə məktəb məlumat yayıb. 10-cu sinif şagirdi Ziya Eyvaz oğlu Vəlizadənin xəstəlik səbəbindən həyatını itirdiyi bildirilib.










