Hadisə

SON DƏQİQƏ! Serbiya Prezidentinin təyyarəsi Bakıda məcburi ENİŞ ETDİ

Moskvaya səfərə yola düşən Serbiya Prezidenti Aleksandar Vuçiçin təyyarəsi Bakıya məcburi eniş etmək məcburiyyətində qalıb. Bu barədə Serbiya mediası məlumat yayıb. Məlumata görə, Vuçiçin təyyarəsi Ukraynadakı müharibə və Rusiyanın hava məkanındakı hərbi əməliyyatlar səbəbindən Azərbaycanda məcburi eniş etmək məcburiyyətində qalıb. Qeyd edək ki, Vuçiç 9 May münasibətilə Qırmızı meydanda Qələbənin 80 illiyinə həsr edilmiş hərbi […]

Siyasət

ABŞ səfirinin Bakıda boş qalan kürsüsü

Səfir təyinatının gecikməsi bu dəfə nə ilə bağlıdır? ABŞ-ın Azərbaycandakı səfiri postu artıq 5 aya yaxındır ki, boşdur. Yada salaq ki, Mark Libbi yanvar ayında səhhətində olan problemlərlə əlaqədar istefa verib. Hələlik ABŞ-ın Azərbaycanda səfiri yoxdur. Əvvəllər ABŞ Azərbaycana səfir təyinatını müxtəlif səbəblərdən gecikdirib. Məsələn, Mark Libbinin təyinatına qədər 1 ildən çox Azərbaycandakı səfirlik  başsız […]

Siyasət

Ceyhun Bayramov İraqa GETDİ

7 may 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İraq Respublikasına rəsmi səfərə yola düşüb. Bu barədə xeberde.az-a XİN-dən məlumat verilib. Qeyd olunub ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun İraq Respublikasının baş nazirinin müavini və xarici işlər naziri Fuad Hüseyn ilə görüşünün, habelə digər yüksək səviyyəli ikitərəfli görüşlərinin keçirilməsi planlaşdırılır.

Dünya Hadisə

Ukrayna Rusiyada yeganə olan strateji əhəmiyyətli zavodu vurdu

Ötən gecə Rusiya ərazisi yenidən Ukrayna tərəfindən kütləvi dron hücumuna məruz qalıb. Paytaxt Moskva da daxil olmaqla, çoxsaylı ərazilərdə dron zərbələrinə qarşı Hava hücumundan müdafiə elan edilib. xeberde.az  yerli mətbuata istinadən xəbər verir ki, hücuma məruz qalan ərazilərdən biri də Mordoviyada yerləşən Saransk şəhəridir. Mordoviya rəhbəri Artem Zdunovun verdiyi məlumata görə, Saranskda dron təhlükəsi elan […]

Dünya Hadisə

Tanınmış yazar evində yanaraq ÖLDÜ – FOTO

İstanbulda 10 mərtəbəli binanın birinci mərtəbəsində baş verən yanğında tanınmış tənqidçi yazar Süha Oğuzertem həyatını itirib. xeberde.az  “Haber Global”a istinadən xəbər verir ki, hadisə İstanbulun Kadıköy rayonunda, Zühtüpaşa məhəlləsində yerləşən 10 mərtəbəli binanın birinci mərtəbəsində baş verib. Naməlum səbəbdən başlayan yanğın nəticəsində mənzildə tək yaşayan 65 yaşlı tənqidçi yazar Süha Oğuzertem tüstüdən zəhərlənib. Hadisə yerinə çağırılan […]

Cəmiyyət

Mayın bəxtəvər bürcləri – hər şey yaxşıya doğru dəyişəcək

Astroloqlar 2025-ci ilin mayında bürcün beş əlaməti üçün mühüm dəyişiklikləri proqnozlaşdırırlar. Məhz bu dövrdə ulduzlar onlara ən əziz arzularını həyata keçirmək və yeni həyata addım atmaq şansı verəcəklər. Bəxtəvərlər siyahısına kim düşüb? Qoç May Qoçlara çoxdan gözlədikləri yeni imkanlar verəcək – cəsarətli ideya və ya layihəni həyata keçirmək şansı yaranacaq. Bu dövrdə özünüzə güvənmək və […]

Kriminal

Toy üstündə dava: Gitaraçı müğənnini BIÇAQLADI

Ağdaş rayonunda 53 yaşlı kişi bıçaqlanıb. xeberde.az-ın məlumatına görə, rayonda müğənni kimi fəaliyyət göstərən 53 yaşlı Yusif Hüseynova 1965-ci il təvəllüdlü Əhmədiyə Qurbanov tərəfindən xəsarət yetirilib. Bildirilir ki, Hadisəni törətməkdə şübhəli bilinən Ə.Qurbanov gitara ifaçısıdır. Onların arasında mübahisəyə səbəb Y.Hüseynovuntoy sifarişinə getməməsi olub. DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, əməli törətməkdə şübhəli bilinən şəxs polis […]

Cəmiyyət Ölkə Sosial

Pensiyalar sabah ÖDƏNİLƏCƏK

Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının sabah ödənilməsi nəzərdə tutulub. Bu barədə xeberde.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Qeyd edək ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək.

Hadisə

Özünü şəhid atası kimi təqdim edən dələduz saxlanıldı

Naxçıvanda özünü şəhid atası kimi təqdim edib dələduzluq əməlləri törədən şəxs saxlanılıb. xeberde.az xəbər verir ki, daxil olan müraciətlər əsasında polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə silsilə dələduzluq əməlləri törədən Naxçıvan şəhər sakini 64 yaşlı Rizvan Qafarov saxlanılıb. Onun müxtəlif yalan vədlər verərək zərərçəkənlərin pulunu əl keçirdiyi müəyyən edilib. R.Qafarov insanların inam və etibarını qazanmaq üçün özünü […]

İqtisadiyyat

Veysəloğlu Şirkətlər Qrupunun dəstəklədiyi “Zirvə” idarəçilik marafonuna start verildi

2025-ci il 6 may tarixində “ZİRVƏ – Zəfər idarəçisinin rəhbərlik vizyonu və ənənələri” layihəsinin açılış mərasimi keçirilib. Layihə, Veysəloğlu Şirkətlər Qrupunun dəstəklədiyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ASAN İnnovativ İnkişaf Mərkəzi tərəfindən həyata keçirilir. Layihənin məqsədi Prezident İlham Əliyevin Zəfər siyasətinin idarəetmə və liderlik sahəsində tətbiqini müzakirə […]