Kriminal

Bakıda bir nəfər 50 yaşlı kişini aldatmaqla 36 min manatını mənimsəyib

Nəsimi rayonu ərazisində dələduzluq və soyğunçuluq edən şəxslər saxlanılıblar. DİN-dən verilən məlumata görə, Nəsimi rayonu ərazisində bir nəfər 50 yaşlı kişini aldatmaqla onun 36500 manatını mənimsəyib. Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən 51 yaşlı R.Qurbanov saxlanılıb. Aparılan araşdırmalarla onun borclu şəxs qismində axtarışda olduğu da məlum olub. Bundan […]

AKTUAL Gündəm

Mövlam Şıxəliyevin əmlaklarını alanlar istintaqa çağırılır – Hərracda nə baş verir?

Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə ləğv olunub – E.M) İstintaq Baş İdarəsinin sabiq rəisi, general-mayor rütbəsi alınmış Mövlam Şıxəliyevin əmlaklarını hərracdan əldə edən, belə hərraclara qatılan hər kəs istintaqa çağırılır. Sorğu-sualın əsas mövzusu iştirakçıların hərraca qatılma səbəbi, hərraca çıxarılan əmlakları əldə etmək üçün kifayət qədər vəsaitin olub-olmaması və s. sualları əhatə edib. İstintaqa çağırılan […]

Cəmiyyət Sosial

Leyla Əliyevanın təşəbbüsü ilə uşaq və yeniyetmələrə velosipedlər hədiyyə olunub

Mayın 11-də Xızı, Quba, Qax və Yevlax rayonlarında yaşayan uşaq və yeniyetmələr üçün Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə xüsusi sosial aksiya keçirilib. IDEA İctimai Birliyinin mətbuat xidmətindən xeberde.az-a verilən məlumata görə, Azərbaycan Velosiped İdmanı Federasiyasının dəstəyi ilə keçirilən aksiya çərçivəsində hər rayondan 50 nəfər olmaqla, 6–18 […]

Siyasət

Azərbaycançılıq məfkurəsinin memarı ulu öndər Heydər Əliyev

Bu il Azərbaycanın müasir tarixində əvəzsiz rolu olan Ulu öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. 10 may 1923-cü ildə Naxçıvanda dünyaya gələn Heydər Əliyev, ömrünü xalqına, dövlətinə və Azərbaycançılıq ideyasına həsr etmiş nadir şəxsiyyətlərdən biridir.Ulu öndərin siyasi fəaliyyəti Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin əsasını qoydu. O, SSRİ dönəmində Azərbaycan SSR-nin rəhbəri olaraq milli maraqları […]

Şou-Biznes

Müğənni Nigar Rəhimova “Vətən Müharibəsi iştirakçısı” medalını necə alıb?

Müğənni Nigar Rəhimova “Vətən Müharibəsi iştirakçısı” medalı ilə təltif edilib. xeberde.az xəbər verir ki, bu barədə Nigar Rəhimova özünün instaqram səhifəsində paylaşım edib. Sosial şəbəkə istifadəçiləri müğənninin bu medalla təltif edilməsini birmənalı qarşılamayıb və onu qınaq hədəfinə çevirib. Müğənni bundan sonra həmin paylaşımı silib. Məsələ ilə bağlı müğəninin özü ilə əlaqə saxlamağa çalışdıq. Nigar Rəhimovanın rəsmi […]

Mədəniyyət

“Bizim həkimlərdən küsdüm”

“15 ildir teardan ayrıldım. Mən və Zərnigar Atakişiyeva küsdük getdik. Xətrimə dəydilər. Teatrımızda rəhbər dəyişdi, hamını işdən çıxartdı ki, yeni kollektiv yığacağam. Bir gün teatra gedəndə qapıdan buraxmadılar. Sənəd verdilər ki, qol çək. Mən də küsdüm. Yaxşı ki, küsdüm. Məni qarşıda ağır xərçəng xəstəliyi gözləyirmiş”. Bu sözləri Əməkdar artist Kubra Əliyeva “Geriyə baxanda” verilişində deyib. […]

İdman

Mbappe “Real”ın rekordçusu oldu

Madridin “Real” klubunun hücumçusu Kilian Mbappe komandanın heyətində debüt mövsümündə ən çox qol vurmaqla rekord qırıb. xeberde.az xəbər verir ki, Fransa futbolçusu İspaniya Primerasının 35-ci turunda “Barselona” ilə oyunda dubl edib. Bu qollar onun “Kral klubu”nda ilk mövsümdə vurduğu 37-ci və 38-ci qollar olub. Beləliklə, 26 yaşlı hücumçu “Real”in keçmiş futbolçusu İvan Samoranonun 1992/93 mövsümündə […]

Kriminal

“Soyundurub videoya çəkiblər” – Bakıda kişini oğurlayıb 3 gün işgəncə verdilər – ŞOK TƏFƏRRÜAT

Bakıda narkotik satışı ilə məşğul olan şəxs 3 nəfər tərəfindən oğurlanıb. Onu üç gün ac-susuz saxlayıb işgəncə veriblər. Sərbəst buraxmaq üçün pul istəyiblər. xeberde.az xəbər verir ki, hadisə Nizami rayonunda baş verib. Oğurlanan şəxsi Hövsana aparıblar. Vaqif, Elxan və Əli adlı şəxslər birlikdə narkotik satışı ilə məşğul olan Xaliqi oğurlayıblar. Dəstə üzvləri Nizami rayonu, Naxçıvanski küçəsində […]

Cəmiyyət Hadisə

Tanınmış bloqerlərin reklam etdiyi şirkətə etibar etdilər, aldandılar

Bakıda bir qrup vətəndaş aldadılıb. xeberde.az məlumat verir ki, Bakıda vətəndaşlar alqı-satqı şirkətinin “TikTok” reklamlarına inanaraq, mənzil sahibi olmaq ümidi ilə əllərindəki pulları itirdiklərini iddia ediblər. Onların sözlərinə görə, tanınmış bloqerlərin də reklam etdiyi həmin şirkət vətəndaşların külli miqdarda vəsaitini mənimsəyib. Şikayətçilərin sözlərinə görə, şirkətin verdiyi vədlərə inanmalarında sosial şəbəkələrdəki tanınmış simaların təsiri böyük olub. […]