Cəmiyyət Gündəm

Çindən gətirilən qanalma kəpənəklərinin satışı qadağan edildi

“Vakuumlu qanalma iynəsi (kəpənək) 23G” ticarət adlı tibb vasitəsinin bir seriyası geri çağırılıb.  xeberde.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi məlumat yayıb.  Qeyd olunub ki, mediadan daxil olan vətəndaş şikayətinə əsasən, Çin Xalq Respublikasının “Shandong Qinkai Medical Industry Co. LTD” şirkəti tərəfindən istehsal edilmiş, 15.09.2023-cü il istehsal tarixli və 20230915 seriyalı […]

Cəmiyyət Ölkə

Bulvara Çindən faytonlar gətiriləcək

Dənizkənarı Bulvar İdarəsi Çin şirkətinə faytonlar sifariş verib. xeberde.az xəbər verir ki, bu barədə iqtisadiyyat.az İdarədən məlumat əldə edib. Məlumata görə, Dənizkənarı Bulvar İdarəsi Çin şirkəti “Xuchang Qianzhimei Carriage Manufacturing Co. LTD” ilə elektrik mühərrikli (atsız) faytonların satın alınması ilə bağlı müqavilə bağlayıb. Sifariş edilən faytonların sayı açıqlanmayıb.

Cəmiyyət

Uşaq oyun meydançaları ilə bağlı texniki reqlament təsdiq ediləcək

“Uşaq oyun meydançaları üçün avadanlıqların təhlükəsizliyi haqqında texniki reqlament” üzrə layihə ictimai müzakirəyə çıxarılıb. xeberde.az bu barədə Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyinə istinadən xəbər verir. Məlumata görə, ictimai müzakirə bitdikdən sonra layihə təsdiq edilməsi üçün Nazirlər Kabinetinə təqdim ediləcək. Qeyd edək ki, “Uşaq oyun meydançaları üçün avadanlıqların təhlükəsizliyi haqqında texniki reqlament” “Texniki tənzimləmə […]

Kriminal Şou-Biznes

Tanınmış müğənni həbs edildi

Müğənni Dəniz Əsədova həbs edilib. xeberde.az xəbər verir ki, bu barədə Binəqədi rayon Məhkəməsində hökm çıxarılıb. Belə ki, vəkil Asim Abbasovun xüsusi ittiham qaydasında şikayəti əsasında Dəniz Əsədova 7 ay azadlıqdan məhrum edilib. Faktı vəkil Asim Abbasov təsdiq edib. Qeyd edək ki, vəkil onun barəsində böhtan və təhqir xarakterlerli məlumatlar yaydığı üçün müğənni Dəniz Əsədovanı […]

Cəmiyyət İdman

Gözü görməyən paralimpiyaçımız haqda açıqlama: SAĞALIB

“Bu problem həmişə olub. Elə idmançı olub ki, onun xəstəliyi zaman keçdikcə sağalıb və onun paralimpiyada iştirak etməsi məhdudlaşdırılıb. Göz belədir ki, kimdəsə inkişaf edir və sağalır”. Bu sözləri xeberde.az-a açıqlamasında açıqlamasında cüdo üzrə ikiqat paralimpiya çempionu İlham Zəkiyev deyib. Cüdoçu qeyd edib ki, fiziki məhdudiyyətli idmançıların paralimpiya yarışlarında iştirakı üçün il öncə həkim müayinəsi […]

Şou-Biznes

Finala keçə bilməyən təmsilçilərimizdən “Avroviziya” AÇIQLAMASI

Azərbaycanı “Avroviziya” mahnı müsabiqəsində təmsil edən “Mamagama” qrupu finala keçə bilməmələri barədə açıqlama yayıb. xeberde.az xəbər verir ki, qrup sosial media hesabında yarışma ilə bağlı paylaşım edib: “Əziz dostlar, hər saniyə yarımfinal çıxışımıza olan dəstək və sevgi dolu mesajlar gəlir. Bu yolu sizinlə birgə keçdiyimiz və sizi sevindirə bildiyimiz üçün sonsuz xoşbəxtik. Hansı ki, bu bizim […]

Bölgə Hadisə

Vəzifəli şəxs küçədə vətəndaşı döydü – TƏFƏRRÜAT

Lənkəran şəhəri C.Cabbarlı adına 1 nömrəli Uşaq Musiqi Məktəbinin təsərrüfat müdiri küçədə vətəndaşı döyüb. Hadisə şəhərin mərkəzində fəaliyyət göstərən bazarın yaxınlığında baş verib. Məktəbin təsərrüfat müdiri Cəmaləddin Əliyev (soyad şərtidir) küçə ilə gedərkən çiyni həmin ərazidə dərzi işləyən Samir adlı şəxsin çiyninə dəyib. Nəticədə, Samirlə onun arasında mübahisə yaranıb. Mübahisə zamanı Cəmaləddin Samirin sifətinə başla […]

Cəmiyyət Gündəm Secme Xeberler Sosial

“Kontakt Home”, “Baku Electronics”, “İrşad”da alıcını belə aldadırlar… DİQQƏLİ OLUN!

Azərbaycanda elektronika mağazaları şəbəkələrinin üzərinə bütün dünyada olduğu kimi rəsmi zəmanət öhtəliyi qoyulmur.Ona görə də elektronika mağazalarının fırıldaqları adi hal alıb. Son dövrlər isə şikayətlər durmadan artır. “Kontakt Home”, “Baku Electronics”, “İrşad Electronics”, “Soliton”, “World Telecom”, “Myshops” kimi şəbəkə mağazalarında məhsulun xarab çıxmasından tutmuş, işlənmiş məhsulun yeni adı ilə satılması, kredit fırıldaqları məhz bu səbəbdən […]