Bakıda dəhşətli intihar hadisəsi olub. xeberde.az xəbər verir ki, hadisə Binəqədi rayonu, Biləcəri qəsəbəsində baş verib. 18 yaşlı Nihad Rəşad oğlu Məmmədli yaşadığı evdə odlu silahla başından atəş açaraq, özünü öldürüb. Polis və prokurorluq əməkdaşlarının hadisə yerinə baxış keçirməsi nəticəsində evdən mərhumun atasına məxsus odlu silah aşkarlanaraq götürülüb. Faktla bağlı Binəqədi rayon Prokurorluğunda araşdırma aparılır.
Author: Xeberal.az
Turizm firmalarının haram biznesi – QMİ-nin çağırışına sözardı
Deputat: “Həcc ziyarətinin qiyməti aşağı salınmasa, insanlar yenə də alternativ variantlar axtaracaq” Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Azərbaycandan Həcc ziyarətinə getmək istəyən zəvvarlara çağırış edib. Bu barədə xeberde.az-a QMİ Xarici əlaqələr şöbəsinin müdiri və Həcc elektron sistemi rəhbəri Vüsal Cahangiri məlumat verib. O qeyd edib ki, ötən il olduğu kimi, bu il də bəzi işbaz şirkətlər […]
Bakıda ticarət mərkəzi yandı
Buzovnada ticarət mərkəzi yanıb. Bu barədə xeberde.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən ticarət mərkəzində yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində […]
Uşaqlara sağlam qidalanma necə öyrədilir? – Pediatrdan 5 vacib məsləhət
“Hər bir valideyn uşağının sağlam böyüməsini və inkişafını istəyir. Bunun üçün düzgün qidalanma, uşağın fiziki və zehni inkişafı üçün əsas şərtlərdən biridir. Lakin bəzən valideynlər düzgün qidalanma vərdişlərini uşaqlarına necə aşılayacaqlarını bilmirlər”. xeberde.az xəbər verir ki, bu fikirləri 93 FM dalğasında yayımlanan “Sağlam radio”da pediatr Regina Nemətova açıqlayıb. Onun sözlərinə görə, ilk növbədə, valideynlər özləri […]
“Düşük Şoubiznes və Pul Buraxan Həcilər” – Cəmiyyətin Hiss Etmədiyi Faciəsi
Bugünkü Azərbaycan cəmiyyətində sosial şəbəkələr və mediada yer alan simalar arasında dəyər və dəyərsizlik arasındakı fərqləri ayırd etmək çətinləşib. Kiminsə beş saniyəlik videosu, bərbad playback ifası və ya süni qalmaqalı ilə “tanınması” artıq normal sayılır. Bəs bu parıltının altında nə yatır? Sırf izlənmək, gündəmdə qalmaq və reytinq üçün hər şeyini satmağa hazır olan “şou-biznes” nümayəndələri […]
Zərifə Əliyevanın anım GÜNÜDÜR
Aprelin 15-də görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın vəfatından 40 il ötür. Onun nurlu xatirəsi qədirbilən xalqımız tərəfindən hörmətlə anılır. xeberde.az akademik Zərifə Əliyevanın anım günündə onun həyat və fəaliyyətinin bəzi məqamlarına nəzər salır. Qədim Naxçıvanın Şahtaxtı kəndində dünyaya göz açmış Zərifə Əliyeva zəngin və mənalı ömür yaşayıb. Atası – görkəmli ictimai və dövlət xadimi Əziz Əliyevin […]
İşıqla bağlı yeni QƏRAR: Qadağandır
60 Vt və yuxarı gücə malik olan közərmə lampaların 2026-cı il yanvarın 1-dən, 25 Vt-dan (25 Vt daxil olmaqla) 60 Vt-a qədər gücə malik olan közərmə lampaların isə 2026-cı il iyulun 1-dən idxalı, istehsalı və satışı qadağan edilir. Bəs qanunun məqsədi nədir? Qadağan edilən lampaları nələr əvəz edə bilər? Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya […]
4 nəfər dönərdən zəhərləndi
Gəncədə 4 nəfər dönərdən zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. xeberde.az xəbər verir ki, həmin şəxslər 35 yaşlı Nigar Cabbarova, 37 yaşlı Xuraman Mehdiyeva, 18 yaşlı Nazənin Quliyeva və azyaşlı oğlandır. Faktla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.
“Məhkəmə qadağan etdi, amma söküntünü dayandırmadılar” – “PİLOT-16” ilə vətəndaş arasında QALMAQAL
Bakı şəhər sakini Quliyev Yusif Qulu oğlu “PİLOT-16” MMC-dən şikayətçidir. Bu barədə xeberde.az-a müraciət edən Y. Quliyev iddia edir ki, şirkət Bakı şəhəri, Nəsimi rayonu, Novruzov qardaşları küçəsi 55 ünvanında yerləşən və həyat yoldaşı Məhbubə Quliyeva Əli qızının adına olan evini söküb: “Həmin fərdi yaşayış evinin 008011000691-10301 reyestr nömrəli, 17.03.2021-ci il tarixli çıxarışı var. Aramızda heç […]
Qadın hərbçinin ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA
Aprelin 14-də səhər saatlarında məzuniyyətdə olarkən Azərbaycan Ordusunun qadın hərbi qulluqçusu Şahverdiyeva İlahə Rəsul qızı idarə etdiyi şəxsi avtomobilində hərəkət zamanı baş vermiş avtoqəzada vəfat edib. xeberde.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, faktla bağlı araşdırma aparılır Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçunun ailəsinə başsağlığı verib.










