Azərbaycan güləşçisi Simurə Abdullayeva İtaliyanın Kaorle şəhərində keçirilən U-15 Avropa çempionatının finalına yüksəlib. xeberde.az xəbər verir ki, qitə birinciliyinin ikinci günündə qadın güləşi üzrə mübarizəyə start verilib. Ülviyyə Musayeva (33 kq) rumıniyalı Mariya Pavelə 8:2 hesabıyla qalib gəlsə də, 1/4 finalda rumıniyalı Yoana Qavrilaya 0:10 hesabıyla məğlub olub. Gülay Xasməmmədova (36 kq) rumıniyalı Ariana Harsana 15:8 […]
Author: Xeberal.az
Niderland və Belçika gəmilərini Ukraynaya verib
Niderland və Belçika ilk dəfə Kiyevə “BNS Narcis” və “Zr.Ms. Vlaardingen” minatutan gəmiləri təhvil verib. xeberde.az xəbər verir ki, bu barədə Niderland Müdafiə Nazirliyinin bəyanatında qeyd olunub. Bildirilib ki, minatutan gəmilərin təhvil verilməsi Zeyebrüggedəki dəniz bazasında baş tutub. “Minaaxtaran gəmilər yeni fəsilə – fərqli bayraq altında və yeni missiya ilə başlayırlar”, — Niderland müdafiə nazirinin […]
Braziliyadan dünya bazarına qəhvə tədarükü kəskin şəkildə azaldı
2025-ci il may ayının yekunlarına görə Braziliyadan dünya bazarına qəhvə dənələrinin tədarükünün ümumi həcmi 2024-cü ilin eyni dövrü ilə müqayisədə üçdə bir azalıb. xeberde.az xəbər verir ki, bu barədə Latın Amerika ölkəsinin Qəhvə İxracatçıları Şurasının (Cecafe) saytında bildirilib. Yazın son ayında yerli plantasiya sahibləri ixrac üçün cəmi 2,963 milyon ədəd 60 kq-lıq kisə göndərə biliblər. […]
Ukrayna iqtisadiyyatı çökmək üzrədir – KİV
Qərb ölkələrinin yardımlarına baxmayaraq, Ukrayna iqtisadiyyatı çökmək ərəfəsindədir. xeberde.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” məlumat yayıb. Məlumata görə, Ukrayna iqtisadiyyatı Qərbin dəstəyi sayəsində hələ də “diri” qalıb: “Lakin 2026-cı ildə Qərb resurslarının ehtiyacların yalnız yarısını ödəməyə kifayət edəcəyi ehtimalı var”.
Putin Belarusdadır
Rusiya Prezidenti Vladimir Putin Belarusa səfər edib. xeberde.az xəbər verir ki, Putinin təyyarəsi Minsk hava limanına enib. Kreml Rusiya prezidentinin qarşılanma mərasimindən görüntülər yayıb. Bildirilib ki, Putin Avasiya İqtisadi İttifaqının sammitində iştirak etmək üçün Minskə səfər edib.
Əsgərliyə hazırlaşanların nəzərinə! – Yerlər AÇIQLANDI
Azərbaycanda gələn ay müddətli həqiqi hərbi xidmətə göndəriləcək çağırışçılar Silahlı Qüvvələr üzrə xidmət yerlərinə təyinatla bağlı məlumatlandırılıblar. xeberde.az xəbər verir ki, çağırışçılar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytındakı müvafiq bölməyə daxil olaraq xidmət yerlərini öyrənə bilərlər. Bundan əlavə, vətəndaşların mobil telefonlarından çağırışçıların şəxsiyyət vəsiqələrinin nömrələrini (yeni nəsil şəxsiyyət vəsiqələrində isə seriya və nömrəni […]
“Alov” zavodunda hər hansı partlayış olmayıb – RƏSMİ
Müdafiə Sənayesi Nazirliyi “Alov” zavodunda partlayışın baş verməsinə dair yayılan xəbərlərə münasibət bildirib. xeberde.az-ın məlumatına görə, Nazirliyin mətbuat xidmətindən bildirilib ki, yayılan xəbərlər həqiqətə uyğun deyil, “Alov” zavodunda hər hansı partlayış, yanğın baş verməyib.
Futbol hakimi oyun zamanı HƏBS EDİLDİ
Braziliyada bir oyun zamanı futbol hakimi həbs edilib. xeberde.az xəbər verir ki, bu barədə “Metro” məlumat yayıb. Hadisə Vila Ligia rayonundakı Avenda Artur Paisão stadionunda baş verib. Baş hakim Ederson Karlos da Silva matçın ortasında silahlı və gülləkeçirməz jiletlə meydançaya qaçan polis əməkdaşları tərəfindən həbs edilib. Müstəntiqlərin fikrincə, da Silva bütün San-Paulu şəhərində kokain paylayan […]
Toyuna görə Venesiyanın mərkəzini “bağlatdırdı”
ABŞ-nin milyarder iş adamı Ceff Bezosun Venesiyada keçirdiyi toy tədbiri şəhərdə narazılıq və etirazlara səbəb olub. xeberde.az xəbər verir ki, iyunun 24-26 tarixlərində baş tutan mərasimin əvvəlcə “Scuola Grande della Misericordia” sarayında təşkil olunması planlaşdırılsa da, artan etirazlar və təhlükəsizlik səbəbindən tədbir Venesiyanın “Arsenal” bölgəsində keçirilib. “Bezos üçün yer yoxdur” adlı hərəkatın fəalları şəhərdə çoxsaylı […]
Tibb qardaşı klinikada travmatoloq işləyirmiş… – Video
“Paytaxtın Abşeron rayonu ərazisində yerləşən “Türkmed” klinikasında özünü travmatoloq kimi təqdim edən Əhməd Əhmədzadə adlı həkim çalışır, lakin onun bu sahə üzrə heç bir təhsili yoxdur”. xeberde.az xəbər verir ki, bu iddia ilə Baku TV-yə vətəndaş müraciət edib. İddialarla bağlı danışan Əhməd Əhmədzadə tibb təhsilini Türkiyənin Artvin Çoruh Universitetində, travmatologiya ixtisası üzrə, rezidentura təhsilini isə […]










