Araşdırma

“Şamaxı Lavanda Bağlarına giriş 10 manat – süni bahalaşma, yoxsa yerli icra hakimiyyətinin büdcə doldurma planı?”

Xeberde.az xəbər verir ki, Son illərdə Azərbaycanın daxili turizmində yeni məkanlar, xüsusi ilə təbiətlə bağlı fotogenik məkanlar ön plana çıxmağa başlayıb. Bu sıraya daxil olan Şamaxı Lavanda bağları, həm yerli turistlərin, həm də sosial şəbəkələrdə izləyici uğrunda yarışan “influencer”lərin diqqət mərkəzinə çevrilib. Lakin bu gözəlliyin arxasında sosial və iqtisadi bir narahatlıq gizlənir: giriş qiymətinin 10 […]

Bölgə manset Siyasət

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşü keçirilib

2025-ci il iyulun 4-də düşmən işğalından azad edilmiş qədim Azərbaycan torpağı olan Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilmişdir. Azərbaycan bununla üçüncü dəfədir ki, İqtisadi Əməkdaşlıq Təşkilatınının Zirvə görüşünə (ECO) ev sahibliyi edir. Əvvəlki iki Zirvə görüşü isə 2006-cı və 2012-ci illərdə paytaxt Bakıda keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Zirvə görüşündə […]

Bölgə Gündəm Hadisə manset

Mingəçevirdə iki kater toqquşub, xəsarət alanlar var

Fövqəladə Hallar Nazirliyinə Kür çayının Mingəçevir şəhərindən keçən hissəsində 2 ədəd mühərrikli qayığın toqquşması barədə məlumat daxil olub. FHN-in Mətbuat xidmətindən xeberde.az-a bildirilib ki, məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub və qayıqların vətəndaşlarla birgə sahilə çıxarılması təmin edilib. Qəza nəticəsində su nəqliyyat vasitələrində olan 5 […]

Bölgə Təhsil

Beş kollecin direktoru işdən çıxarıldı

Cari ilin ilk yarımilində orta ixtisas təhsili müəssisələrində idarəetmənin təkmilləşdirilməsi, aparılmış monitorinq və yoxlamaların nəticələri, həmçinin çalışmanın yaş həddinə çatma ilə əlaqədar bəzi rəhbər şəxslərlə əmək müqavilələrinə xitam verilib. Bu barədə xeberde.az-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, qeyd olunan islahatların aparıldığı müəssisələr sırasında Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollec, […]

Bölgə Cəmiyyət

Bu istiqamət üzrə növbəti avtobus reysi açılacaq

İyulun 7-dən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakı-Xankəndi-Laçın istiqamətində növbəti müntəzəm avtobus reysini istifadəyə verəcək. xeberde.az xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb. Bildirilib ki, məqsəd işğaldan azad edilmiş ərazilərdə məskunlaşan vətəndaşların keyfiyyətli nəqliyyat infrastrukturu və xidmətləri ilə təmin olunmasıdır. Avtobuslar hər gün Bakı Beynəlxalq Avtovağzal Kompleksindən saat 11:00-da […]

Gündəm Ölkə Region

Fındıq mafiyası iş başında – bağları məhv edən qiymət təklif edirlər

Quba-Xaçmaz bölgəsində bir neçə gündür ki, kəndlərin divar və dirəklərində eyni məzmunlu elanlar gözə dəyir: “Yaş fındıq 1 manata alınır!” Bu elanlar fındıq becərən kəndlilərdə qəzəb və məyusluq yaradıb. Ötən il yaş fındığın kiloqramının qiyməti 1 manat 50 qəpiyə olub. Bu il isə 1 manat təyin olunub. Fındıq bağları bu bölgədə kəndlilərin əsas dolanlışıq mənbəyidir. […]

Cəmiyyət Gündəm manset

Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətinin məlumatı

DTX-nin Akademiyasında növbəti məzun buraxılışı olmuşdur.  xeberde.az bildirir ki, iyulun 4-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasında (Akademiya) məzunların buraxılışı ilə əlaqədar təntənəli mərasim keçirilmişdir. Tədbirdə DTX-nin rəisi general-polkovnik Əli Nağıyev, Xidmətin rəhbər əməkdaşları, təhlükəsizlik orqanlarının veteranları, Akademiyanın professor-müəllim heyəti, məzunlar və onların valideynləri iştirak etmişlər. Əvvəlcə Akademiyanın Heydər Əliyev Muzeyinin qarşısında ucaldılmış […]

manset Siyasət

Prezident Xankəndidə Ərdoğanla görüşdü

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 4-də Xankəndidə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. xeberde.az xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşünün yüksək səviyyədə keçirildiyini vurğulayıb. Dövlətimizin başçısı Zirvə görüşündə iştirak etdiyinə görə Türkiyə Prezidentinə minnətdarlığını bildirib. Söhbət zamanı qardaşlıq və strateji müttəfiqlik münasibətlərimizin bütün sahələrdə uğurla inkişaf etdiyi […]

Siyasət

Sadır Japarovun Azərbaycana səfəri başa çatıb

Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycan Respublikasına səfəri iyulun 4-də başa çatıb. xeberde.az xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Prezident Sadır Japarovu Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov yola salıblar.

Cəmiyyət Sosial

Saray körpüsünə gələn yolların genişləndirilməsinə başlanılır – RƏSMİ

Sumqayıt şəhərini Saray qəsəbəsi ilə birləşdirən körpüyə gələn yolların genişləndirilməsi nəzərdə tutulur.  xeberde.az xəbər verir ki, bunu  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli deyib. O bildirib ki, hazırda hazırlıq görülür və yaxın günlərdə işlərə başlanılacaq.