Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Ulduz” Şokolad Fabriki növbəti mühüm beynəlxalq uğura imza atıb. Belə ki, müəssisə KOSHER sertifikatı əldə edib. Bu sertifikat “Ulduz” Şokolad Fabrikində istehsal olunan məhsulların beynəlxalq KOSHER tələblərinə tam uyğunluğunu təsdiqləməklə yanaşı, şirkətdə formalaşmış yüksək keyfiyyət və qida təhlükəsizliyi standartlarının bariz göstəricisidir. KOSHER sertifikatının əldə olunması olduqca çətin və çoxmərhələli bir […]
Author: Xeberal.az
Dünyanı bir-birinə qatan Epşteyn kimdir? – DOSYE
ABŞ-də son günlər gündəm olduqca qarışıb. Buna səbəb 2019-cü ildə federal həbsxanada intihar edən və azyaşlı qızların istismarında ittiham edilən Cefri Epşteyn ilə bağlı yayılan istintaq məlumatlarıdır. Cefri Epşteynlə bağlı başladılan istintaqla əlaqədar yayılan fotolar, sənədlərdə adı keçən siyasilər məsələnin daha qlobal xarakter daşıdığını göstərir. Bu səbəbdəndir ki, son günlər dünya mediasının diqqət mərkəzində məhz Epşteyn dosyesi dayanır. […]
“Xalq” qəzetində keçirilən görüşdə Veysəloğlu Şirkətlər Qrupu tərəfindən qocaman jurnalistə dəstək ifadə edilib
“Xalq” qəzetinin redaksiyasında uzun illər jurnalistika sahəsində səmərəli fəaliyyət göstərmiş Əliyev Həbib Əli oğlunun yaradıcılığına Veysəloğlu Şirkətlər Qrupu tərəfindən dəstək məqsədilə görüş keçirilib. Görüşün təşəbbüskarı qismində “Xalq” qəzetinin baş redaktoru Əflatun Amaşov çıxış edib. Rəsmi dövlət qəzetinin redaksiyasında baş tutan görüşdə Veysəloğlu Şirkətlər Qrupunun Mətbuat Xidməti direktoru Məhəmmədəli Qəribli də iştirak edib. Bildirilib ki, bu […]
Gənclərin geniş imkanları
Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün tələblərinə uyğun davam etdirilməsi gənclərin hərtərəfli fəaliyyətinə geniş imkanlar yaradıb. Ölkəmizdə gənclərə ən yüksək diqqət və qayğı göstərilir, uğurlu dövlət gənclər siyasəti həyata keçirilir. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam […]
“Yaradıcı Gənclərə Dəstək” İctimai Birliyi “Qəhrəmanlıq salnaməsi-Tarix yazılan 44 gün” layihəsinin icrasına başlamışdır – FOTOLAR
“Yaradıcı Gənclərə Dəstək” İctimai Birliyi “Qəhrəmanlıq salnaməsi-Tarix yazılan 44 gün” layihəsinin icrasına başlamışdır. “Yaradıcı Gənclərə Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə icra olunan “Qəhrəmanlıq salnaməsi-Tarix yazılan 44 gün” layihəsi çərçivəsində Laçın rayon Taxta körpü qəsəbəsində laçınlı gənclərinin iştirakı ilə 31 yanvar 2025 -ci il tarixdə bir elmi-maarifləndirici konfrans və 01 fevral […]
Prezident İlham Əliyevin gənclər strategiyası uğurlu gələcəyə aparır
2 Fevral – Azərbaycan Gəncləri Günü ölkəmizdə gənclərə göstərilən diqqət və qayğının, həyata keçirilən məqsədyönlü dövlət siyasətinin bariz ifadəsidir. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun şəkildə davam etdirilməsi Azərbaycan gəncliyinin hərtərəfli inkişafı üçün geniş imkanlar açıb və bu strategiya ölkənin uğurlu gələcəyinin əsas təminatına çevrilib. […]
Türkiyədən güclü qar fırtınası Azərbaycana doğru gəlir: Bu tarixdə hava kəskin dəyişəcək
Qonşu ölkdə Türkiyə daha bir sərt şaxtalı hava dalğasının təsiri altına düşəcək. Meteorologiya Baş İdarəsi 20 bölgə üçün sarı hava xəbərdarlığı elan edib. Həmin bölgələrdə güclü yağış və fırtına riski olduğu bildirilib. Maraqlıdır, bu soyuq hava kütləsinin Azərbaycana çatmaq ehtimalı nə qədər realdır? xeberde.az xəbər verir ki, hava və iqlim məsələləri üzrə ekspert Cavid Hüseynov […]
“Veysəloğlu” MMC-nin layihəsi çərçivəsində “OBA MMC liderləri ilə dialoq” mövzusunda panel müzakirəsi keçirilib
“Veysəloğlu” MMC-nin müəllifi olduğu “Yüksək Potensiallı Əməkdaşların Dəyərləndirilməsi və İnkişafı” layihəsi çərçivəsində “Liderlik Ekosisteminin Qurulması” mövzusunda növbəti tədbir keçirilib. Tədbir “OBA MMC liderləri ilə dialoq” mövzusuna həsr olunub. Tədbirdə “OBA” MMC-nin İdarə Heyətinin sədri Natəvan İbrahimova “Liderliyə gedən yol: VŞQ daxilində karyera inkişafı və CEO baxışı” mövzusunda çıxış edərək, şəxsi karyera yolu, liderlik baxışı və […]
Prezident onlara “general-mayor” rütbəsi verdi – SİYAHI
Dövlət Gömrük Komitəsinin əməkdaşlarına ali xüsusi rütbələr verilib. xeberde.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncamla Dövlət Komitəsinin aşağıdakı əməkdaşlarına ali xüsusi rütbələr verilib: “gömrük xidməti general-mayoru” ali xüsusi rütbəsi Fuad Elxan oğlu Məmmədov – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini Fuad Mikayıl oğlu Aslanov – Rəqəmsal İdarəetmə Baş İdarəsinin rəisi […]
DGK sədrinə general-polkovnik rütbəsi verilib
Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırova general-polkovnik rütbəsi verilib. xeberde.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam verib. Sərəncama əsasən, Şahin Soltan oğlu Bağırov “gömrük xidməti general-polkovniki” ali xüsusi rütbəsi verilib.










