Bölgə Gündəm Hadisə

Zaqatala və Balakən böyük təhlükə qarşısında – DÖVLƏT QURUMLARI HƏRƏKƏTƏ KEÇDİ

Balakən və Zaqatala rayonlarının bir sıra kəndlərində, qeyri-yaşayış və inzibati binalarda Qəhvəyi mərmər bağacığına qarşı dezinfeksiya işlərinə başlanılıb. Bu barədə “Report”un Şimal-qərb bürosuna Kənd Təsərrüfarı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizə və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzindən məlumat verilib. Bildirilib ki, Balakən Regional və Respublika Bitki Mühafizəsi Mərkəzinin əməkdaşları hazırda ərazidədir. Mərkəzdən verilən məlumata görə, yaşayış […]

Təhsil

Azərbaycan müəllimlərinin tarixi missiyası

“Müəllimlik sənəti şərəfli bir sənətdir. Mən dünyada müəllimdən yüksək ad tanımıram.”Ümummilli Liderimiz Heydər Əliyevin bu sözləri müəllim peşəsinin müqəddəsliyini, onun cəmiyyət üçün əvəzsiz rolunu ən uca formada ifadə edir. Mən də hər dəfə bu sözləri xatırlayanda bir müəllim kimi qürur hissi keçirirəm. Çünki ömrümü ən böyük amal – insan yetişdirmək sənətinə həsr etmişəm. Müəllim olmaq […]

Cəmiyyət manset Sosial Təhsil

Bu tələbələr prezident təqaüdü alacaq – SİYAHI

Azərbaycan Prezidenti İlham Əliyev 2025–2026-cı tədris ilində ali təhsil müəssisələrinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb. xeberde.az-ın məlumatına görə, dövlət başçısının imzaladığı sənədə əsasən, Sərəncam ümumilikdə 102 tələbəni əhatə edir:Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası ali təhsil müəssisələrinin tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası […]

İqtisadiyyat

Prezidentdən sərəncam: Onların maaşları artırıldı

Səhiyyə Nazirliyinin tabeliyində olan körpələr evinin işçilərinin əməkhaqlarının artırılıb. xeberde.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.Sərəncama əsasən Səhiyyə Nazirliyinin tabeliyində olan körpələr evinin işçilərinin Vahid Tarif Cədvəli ilə müəyyən olunmuş tarif (vəzifə) maaşlarına 1,5 – 3 dəfə artım əmsalları tətbiq edilib. Sərəncan 2025-ci il avqustun 1-dən tətbiq edilir.

Hadisə

Kür çayında bir nəfər batıb

Kür çayında bir nəfər batıb. Bu barədə xeberde.Az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.Bildirilib ki, nazirliyinin “112” qaynar telefon xəttinə Kür çayının Sabirabad rayonunun Cavad kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub. Məlumatla əlaqədar nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Kriminal

Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb. Bu barədə xeberde.Az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.Bildirilib ki, oktyabrın 3-də ölkə ərazisində qeydə alınan 36, əvvəlki dövrlərdən bağlı qalan 19 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 55, o cümlədən borclu şəxs qismində axtarışda olan 47 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. […]

İdman

Bu gün MDB Oyunlarında 11 idman növü üzrə yarışlar keçiriləcək

Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarının 9-cu günündə 11 idman növü üzrə yarışlar keçiriləcək. xeberde.az xəbər verir ki, Şəki şəhər stadionunda çövkən üzrə yarımfinal görüşləri olacaq. Azərbaycan millisi finala vəsiqə uğrunda oyunda Qazaxıstanla qarşılaşacaq.ƏtraflıAds by 0Reklamınızı SmartBee ilə effektiv edin. Qəbələ şəhər stadionunda isə Azərbaycanın 16 yaşadək futbolçulardan ibarət yığması final matçına çıxacaq. Rəqib Rusiyanın müvafiq […]

Araşdırma

Kişilərin beyni axşam saat 8-dən sonra kiçilir? – Mütəxəssislər açıqladı

Kişilərin beyninin hər axşam saat 20:00-dan sonra kiçildiyi barədə iddia yayılıb. Bu paylaşım on minlərlə bəyənmə toplasa da, ekspertlər bunun qismən yanlış olduğunu bildirirlər. xeberde.az xəbər verir ki, 2024-cü ildə Kaliforniya Universitetinin Santa Barbara kampusunda aparılan araşdırmada 26 yaşlı sağlam bir kişi 30 gün ərzində dəfələrlə MRT müayinəsindən keçib. Tədqiqatda beynin bəzi sahələrində gün ərzində […]

Araşdırma

Əlifbaların xəritəsi: Latın, ərəb, kiril… – FOTO

İnsan mədəniyyətinin inkişafında yazının və əlifbanın rolu əvəzsizdir. Tarixin müxtəlif dövrlərində xalqlar öz dillərini ifadə etmək üçün fərqli yazı sistemlərindən istifadə ediblər. Bu gün dünyada bir çox əlifba mövcuddur, lakin onların yayılma arealı və istifadə səviyyəsi bir-birindən fərqlənir. Xüsusilə üç əlifba – latın, ərəb və kiril – geniş coğrafi ərazilərdə istifadə olunur. Bununla yanaşı, bəzi […]

Araşdırma Dünya

Yer sürətlə “qaralır”: Alimlər bunun insanlıq üçün təhlükəsini izah etdi

2001–2024-cü illər arasında Yer kürəsinin günəş işığını əks etdirmə qabiliyyəti (albedo) nəzərəçarpacaq dərəcədə azalıb.  xeberde.az xəbər verir ki, bu nəticə NASA-nın radiasiya elmləri üzrə baş texnoloqu Norman Loebin rəhbərliyi ilə aparılan 20 illik araşdırmada təsdiqlənib.Alimlərin qeyd etdiyinə görə, xüsusilə şimal yarımkürəsində bu azalma daha çox müşahidə olunub. Məhz burada günəş radiasiyasının xalis itkisi qeydə alınır, […]