İqtisadiyyat

ABB rəhbər heyəti Veysəloğlu Şirkətlər Qrupunda qonaq olub

Ölkənin aparıcı banklarından olan Azərbaycan Beynəlxalq Bankının (ABB) rəhbər heyəti uzunmüddətli tərəfdaşı – Veysəloğlu Şirkətlər Qrupuna (VŞQ) səfər edib. Bankı ABB İdarə Heyətinin sədri Abbas İbrahimov, Korporativ və KOS Satış ofisinin rəhbəri Ülvi Qasımov və ofisin direktor müavini Taleh Abbasov təmsil ediblər. Qonaqları VŞQ-nin təsisçisi və Baş icraçı direktoru Aydın Talıbov, Qrup CEO-nun Maliyyə və […]

Hadisə

17 Oktyabr – Füzuli şəhəri günüdür

Füzuli rayonu Azərbaycanın ən iri yaşayış məskənlərindən biridir. Rayonun əsası 1827-ci ildə qoyulmuşdur. Qarabulaq adlanan yaşayış məskəninin əsasında 1930-cu ildə rayon təşkil olunmuş və Qaryagin adlandırılmışdır. 1959-cu ilin aprelində böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Qaryagin rayonunun adı dəyişərək Füzuli rayonu adlandırılmışdır. Füzuli rayonu işğaldan əvvəl tarixi-dini abidələrlə, xüsusən də türbələrlə […]

İqtisadiyyat

Vaxtı keçmiş və istehlaka yararsız məhsullar Veysəloğlu Şirkətlər Qrupu tərəfindən necə məhv edilir?.. -VİDEO

Cəmiyyətdə bəzən böyük market şəbəkələri ilə bağlı yanlış təsəvvür formalaşır – guya bu şəbəkələr vaxtı keçmiş və istifadəyə yararsız məhsulları yenidən satışa çıxarır. Veysəloğlu Şirkətlər Qrupu tərəfindən təqdim edilən reportaj isə bu iddiaların tamamilə əsassız olduğunu faktlarla nümayiş etdirir. Şirkətin məlumatına görə, hər ay milyonlarla manat dəyərində məhsul istehlaka yararsız hesab edilərək satışdan çıxarılır və […]

Müsahibə

Professor Əbülfəz Quliyev: “Müasir dövrdə rəqəmsal texnologiyalar və süni intellektin tətbiqi dilçilik sahəsində tədqiqatların əhatə dairəsini daha da genişləndirməkdədir”

Son dövrlərdə kommunikativ sintaksis, cümlənin aktual üzvlənməsi, struktur-semantika kimi sahələr tədqiqatçıların diqqət mərkəzinə çevrilmişdir. Mətn dilçiliyi, funksional dilçilik və diskurs tədqiqatları artıq daha önəmli və prioritet sahələr kimi formalaşır. Eyni zamanda, müqayisəli-tarixi dilçiliklə yanaşı, müqayisəli tipoloji dilçilik də öz rolunu daha aydın şəkildə göstərməkdədir. Tanınmış türkoloq, Əməkdar müəllim, AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat […]

Hadisə

Ramiz Mehdiyev barəsində məhkəmə qərarı: 4 ay ev dustaqlığı

Bakı şəhəri Səbail rayon məhkəməsi Mehdiyev Ramiz Ənvər oğlu barədə  cinayət işi üzrə qərar qəbul edib. Qərara əsasən məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib. Xeberde.az

Siyasət

Azərbaycan Prezidenti MDB Şurasının iclasında dostluq və əməkdaşlıq mesajları verdi

Oktyabrın 10-da Tacikistanın paytaxtı Düşənbədə keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış edib. Dövlət başçısının nitqi qarşılıqlı dostluq, əməkdaşlıq və birliyin möhkəmləndirilməsi ruhunda səslənib. Prezident çıxışında Azərbaycan ilə Tacikistan arasında münasibətlərin yüksək səviyyəsini, MDB məkanında humanitar və mədəni əlaqələrin əhəmiyyətini, həmçinin Azərbaycanın son illərdə bu istiqamətdə həyata keçirdiyi […]

Gündəm manset

Azərbaycan Təbiət və Ov Turizmi Assosiasiyasının idarə heyətinin ölkə ovçularlını təmsil edən ovçu fəallarla geniş tərkibdə görüşü keçirilmişdir

Azərbaycan Ovçuları və Təbiəti Mühafizə Klubu ilə birlikdə təşkil edilən tədbirdə müxtəlif təşkilatları təmsil edən nümayəndələrlə yanaşı,  Azərbaycan Balıqçılar İttifaqı da qonaq qismində iştirak etmiş, gündəlikdə duran ovçuluğun hazırki problemləri, plan və perspektivlər, qarşıdakı dövr üçün Assosiasiyanın fəaliyyət prioritetləri, sahənin mövcud problemləri, ov mövsümünün açılması, biomüxtəlifliyin qorunması, fərdi ovçuluq təsərüfatlarının yaradılmasının təşfiqi və s. məsələlər […]

Kriminal manset

Öldürülən şagird polkovnik-leytenantın oğlu imiş

Gəncədə qətlə yetirilən 16 yaşlı məktəbli polkovnik-leytenantın oğlu imiş.  xeberde.az-ın məlumatına görə, öldürülən Vaqif Rəfibəylinin atası Rövşən Rəfibəyli uzun illər ədliyyə sistemində çalışıb. Polkovnik-leytenant rütbəsi ilə xidmət etmiş R.Rəfibəyli Gəncə şəhərindəki istintaq təcridxanalardan birində rejim rəisi olub. Bu yaxınlarda yaş həddi ilə bağlı təqaüdə göndərilib. Qeyd edək ki, hadisənin 18 yaşlı R.Cəfərov tərəfindən törədildiyi bildirilir. Polis onun […]

Kriminal

Yeniyetmələr niyə bıçaqla öz “məsələsini həll edir”?

Gəncə şəhərində 2009-cu il təvəllüdlü Vaqif Rəfibəyli bıçaqlanaraq qətlə yetirilib. Məlumata görə, 11-ci sinif şagirdi olan yeniyetməni özündən iki yaş böyük R. Cəfərov bıçaqlayıb. Xatırladaq ki, ötən ay Cəlilabad rayonunun Xəlilabad kəndində də 17 yaşlı məktəbli həmyaşıdı tərəfindən öldürülmüşdü. Son vaxtlar artan bu cür hadisələr cəmiyyətdə ciddi narahatlıq doğurur. Yeniyetmələr arasında zorakılığın və qanlı cinayətlərin […]

Dünya

Rusiya bu xəbərlə ÇALXALANIR

Rusiyada onlarla bölgəni əhatə edən yanacaq çatışmazlığı səbəbindən hökumət Belarusdan benzin idxalını kəskin şəkildə artırıb. xeberde.az xəbər verir ki, sentyabr ayında Belarus mənşəli benzin idxalı avqustla müqayisədə 4 dəfə artaraq 49 min ton təşkil edib. Eyni dövrdə Rusiyaya 33 min ton dizel yanacağı da gətirilib. Bununla yanaşı, Belarus şirkətləri öz yanacaq məhsullarını digər ölkələrə ixrac etmək […]