DTX-nin Akademiyasında növbəti məzun buraxılışı olmuşdur. xeberde.az bildirir ki, iyulun 4-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasında (Akademiya) məzunların buraxılışı ilə əlaqədar təntənəli mərasim keçirilmişdir. Tədbirdə DTX-nin rəisi general-polkovnik Əli Nağıyev, Xidmətin rəhbər əməkdaşları, təhlükəsizlik orqanlarının veteranları, Akademiyanın professor-müəllim heyəti, məzunlar və onların valideynləri iştirak etmişlər. Əvvəlcə Akademiyanın Heydər Əliyev Muzeyinin qarşısında ucaldılmış […]
Author: VUQAR FERZELIYEV
Prezident Xankəndidə Ərdoğanla görüşdü
Azərbaycan Prezidenti İlham Əliyev iyulun 4-də Xankəndidə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. xeberde.az xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşünün yüksək səviyyədə keçirildiyini vurğulayıb. Dövlətimizin başçısı Zirvə görüşündə iştirak etdiyinə görə Türkiyə Prezidentinə minnətdarlığını bildirib. Söhbət zamanı qardaşlıq və strateji müttəfiqlik münasibətlərimizin bütün sahələrdə uğurla inkişaf etdiyi […]
Sadır Japarovun Azərbaycana səfəri başa çatıb
Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycan Respublikasına səfəri iyulun 4-də başa çatıb. xeberde.az xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Prezident Sadır Japarovu Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov yola salıblar.
Saray körpüsünə gələn yolların genişləndirilməsinə başlanılır – RƏSMİ
Sumqayıt şəhərini Saray qəsəbəsi ilə birləşdirən körpüyə gələn yolların genişləndirilməsi nəzərdə tutulur. xeberde.az xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli deyib. O bildirib ki, hazırda hazırlıq görülür və yaxın günlərdə işlərə başlanılacaq.
“Mahnımdan əsər-əlamət qalmayıb” – İfasını pislədi
Müğənni Cabbar Musayev bəstələrinin rok tərzində oxunmasına etiraz edib. xeberde.az xəbər verir ki, sənətçi bu haqda “Qonaqcanlı” verilişində danışıb. C.Musayev “Mərdan Kazımov mahnınızı oxuyub, bəyəndiniz” sualına belə cavab verib: “Mahnını fərqli hisslərnən yazmışam. Bu cür heç kim qəbul etmir. Orada Cabbar Musayev bəstəsindən əsər-əlamət yoxdur. İndi rok üslubunun dinləyicisi çoxalıb. Niyaməddin Musayev “Dünya sənin, dünya mənim” […]
“Melissa Park”ın rəhbəri istənilən məbləğlə razılaşıb azadlığa çıxdı – Qalmaqallı ev söküldü
“Melissa Park” şirkəti və vətəndaş arasında yaranmış böyük qalmaqal razılıqla bitib. Şirkət rəhbərinin həbsinə qədər böyüyən qanunsuz söküntü işində razılığa gəlinib. Şirkət rəhbəri həbsdən xilas olmaq üçün lazım olan kompensasiyanı ödəyib. xeberde.az xəbər verir ki, Yasamal rayonu, Alatava qəsəbəsində tikinti işi aparan “Melissa Park” şirkətinin vətəndaş Elnarə Hacıyevaya məxsus evi qanunsuz olaraq sökmək istəməsi böyük […]
Polşa bu ölkələrlə sərhədinə minlərlə hərbçi göndərəcək
Polşa təhlükəsizliyini gücləndirmək üçün Almaniya və Litva ilə sərhədlərə beş min hərbçi göndərəcək. xeberde.az xəbər verir ki, bu barədə ölkənin Baş Qərargah rəisi general Vislav Kukula Polşa radiosunun efirində bildirib. “5 min hərbçi sərhədə göndəriləcək. Onlardan 4 min nəfəri Polşa-Almaniya, min nəfəri isə Polşa-Litva sərhədində xidmət göstərəcək”, – o bəyan edib. General əlavə edib ki, […]
Güclü külək Bakıda iki ağacı aşırıb
Ötən gündən Bakıda başlayan güclü külək səbəbindən ağacların aşması ilə bağlı 7 müraciət daxil olub. xeberde.az xəbər verir ki, bu barədə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən məlumat verilib. Bildirilib ki, daxil olan müraciətlərdən ikisi ağac aşma, beşi isə budaq qırılması hadisəsi ilə bağlı olub. Birliyin əməkdaşları aşmış ağacları və qırılmış budaqları hadisə yerindən götürərək ərazini təmizləyiblər.
Bakıda yenə yol çökdü – Cümşüd Cümşüdlünün faciəsi təkrarlana bilər – VİDEO
Ziya Bünyadov prospekti ilə Ələsgər Qayıbov küçəsinin kəsişməsində yolun bir hissəsində çökmə baş verib. xeberde.az xəbər verir ki, bu barədə “İctimai TV” sözügedən ərazidən süjet hazırlayıb. Bildirilib ki, prospektin bir hissəsində diametri təxminən 1 metrə qədər yolda çökmə baş verib. Həmçinin qeyd olunub ki, iyunun 26-da Cümşüd Cümşüdlünün ölümünə səbəb olan çökmə ilə bu yolun […]
Külək nə vaxt dayanacaq?
İyulun 3-ü saat 19:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti davam edir. Bu barədə xeberde.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Daşkəsən, Gədəbəy, Qusarda arabir yağış yağır. Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti arabir Culfada 22, Neftçalada 21, Bakıda və Abşeron yarımadasında 20, Naftalanda 18 m/s-yə çatır. Ölkə […]










