İqtisadiyyat manset

Azərbaycanda kredit götürən şəxslər işsiz qalmaqdan sığortalanacaq

Azərbaycanda kredit götürən şəxslərin məşğulluğunu itirməsi hallarından sığortalanması üzərində iş aparılır. xeberde.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə Sektorunun Davamlı İnkişafı Departamentinin direktoru Rüstəm Tahirov Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham”) təşkilatçılığı ilə Bakıda keçirilən “Bank və sığorta sektorlarının inteqrasiyası” mövzusunda tədbirdə bildirib. “Bildiyiniz kimi borcalanların həyatının, ölüm və əmək qabiliyyətinin itirilməsi hallarından […]

Hadisə manset

Bakıda SSRİ bayrağı qaldıranlar barədə MƏHKƏMƏ QƏRARI

Sosial şəbəkələrdə kommunist ideologiyasının təbliğinə dair SSRİ bayraqları ilə yürüş etməyə cəhd göstərən şəxslər barəsində təqdimatlara baxılır. xeberde.az xəbər verir ki, Nizami Rayon Məhkəməsində hakim Emin Axundovun sədrliyi ilə keçirilən prosesdə Abdulla İbrahimli barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Ona Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu […]

Cəmiyyət

AYNA iki avtobusa görə xəbərdarlıq edəcək

Marşrut avtobusları tərtib olunmuş sxem və qrafik üzrə hərəkət etməlidir. xeberde.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. Qeyd edilib ki, 202 və 45 saylı marşrutların daşıyıcılarına onların nizamlı fəaliyyətinin təmin edilməsi, sərnişindaşıma qaydalarına və hərəkət cədvəlinə riayət edilməsi ilə bağlı xəbərdarlıq ediləcək. Qeyd edək ki, həmin avtobusların günün pik saatlarında öz hərəkət […]

Dünya Hadisə

Bu ölkədə prezident həbs edildi

Qvineya-Bisauda dövlət çevrilişi baş verib. Məlumata görə, ölkə Prezidenti Umaru Sisoko Embalo hərbçilər tərəfindən saxlanılıb. xeberde.az xəbər verir ki, bu barədə prezidentin özü “Jeune Afrique” nəşrinə zəng edərək məlumat verib. Onun sözlərinə görə, çevriliş Ordu Baş Qərargah rəisi tərəfindən təşkil edilib. Həbs prezidentin öz kabinetində baş verib. Bildirilir ki, prezident sarayı və Milli Seçki Komissiyası yaxınlığında […]

Cəmiyyət

Bakıdakı piyada keçidlərindən biri hərəkət üçün bağlanacaq

27 noyabr tarixindən etibarən “Çinarlı” yaşayış kompleksini Abay Kunanbayev küçəsi ilə birləşdirən avtomobil və piyada tunellərinin tikintisi layihəsi üzrə mövcud yeraltı piyada keçidi layihədə nəzərdə tutulmuş avtomobil tuneli ilə kəsişdiyindən tikinti-quraşdırma işləri aparılması üçün piyadaların hərəkəti üçün bağlanacaq. xeberde.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. Layihədə nəzərdə tutulmuş piyada […]

İqtisadiyyat manset

Heyvan bazarları nə vaxt açılacaq? – Rəsmi cavab

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) təqdim etdiyi eskiz layihələr əsasında bir sıra heyvan bazarlarında yenidənqurma, abadlıq və texniki uyğunlaşdırma prosesləri intensiv şəkildə davam etdirilir.Aparılan monitorinqlər göstərir ki, ölkə üzrə 14 heyvan bazarında yenidənqurma prosesinin icrası davam edir. Bu barədə xeberde.az-ın sorğusuna cavab olaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib. Bildirilib ki, Ağcabədi, Bərdə, Beyləqan, Biləsuvar, Göyçay, Göygöl, […]

Cəmiyyət

İcra başçısı işçilərini 3 fəndən imtahan edir? – RƏSMİ AÇIQLAMA

Pirallahı Rayon İcra Hakimiyəti İcra başçısı Vasif İmanovun işçiləri tarix, informatika və məntiq fənnlərindən imtahan etməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib. İcra Hakimiyyətindən məsələ ilə bağlı xeberde.az-ın sorğusuna cavab olaraq bildirilib ki, aparat əməkdaşlarının fəaliyyətinin daha səmərəli təşkili, xidməti məsuliyyətinin və peşə biliklərinin artırılması, idarəetmənin müasir tələblərə uyğunlaşdırılması üçün maarifləndirmə tədbirləri mütəmadi həyata keçirilir. “Maarifləndirmə tədbirləri […]

Bölgə

Əli Əsədov qərar imzaladı

Nazirlər Kabineti 13 may 2015-ci il tarixli qərarı ilə təsdiqlənmiş “Sənaye məhəllələri haqqında Nümunəvi Əsasnamə”də dəyişiklik edib. xeberde.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, sənaye məhəlləsinin rezidentinin qeydiyyat şəhadətnaməsinin verilməsinə görə “Dövlət rüsumu haqqında” qanunla müəyyən edilmiş məbləğdə rüsum tutulacaq. İdarəedici təşkilat sənaye məhəlləsinin rezidentinin qeydiyyat şəhadətnaməsinin verilməsi […]

Bölgə Təhsil

Cəlilabadda bu yararsız məktəb təmir ediləcək – RƏSMİ AÇIQLAMA

Cəlilabad rayonunun E.Yusubov adına Uzuntəpə kənd 1 nömrəli tam orta məktəbin sinif otaqlarının baxımsız vəziyyətdə olması ilə bağlı məlumatlar yayılıb. xeberde.az məsələ ilə əlaqədar olaraq Lənkəran-Astara Regional Təhsil İdarəsinə sorğu ünvanlayıb. Sorğumuza cavab olaraq bildirilib ki, idarə məktəbin mövcud vəziyyətindən xəbərdardır. Regional Təhsil İdarəsindən verilən məlumata görə, Uzuntəpə kənd 1 nömrəli tam orta məktəb növbəti il yeni […]

İdman

Qış Olimpiya Oyunlarının məşəli yandırıldı

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli eramızdan əvvəl VIII əsrdə Olimpiya Oyunlarının vətəni olmuş Yunanıstanın Qədim Olimpiya kəndində yandırılıb. xeberde.az xəbər verir ki, mərasim Yunanıstanın ERT Sport televiziya kanalı tərəfindən yayımlanıb. Məşəlin alovlandırılması mərasimi yunan opera müğənnisi Kristina Pouliçinin ifasında Olimpiya Himni və Afina İtalyan Məktəbinin uşaq xorunun ifasında İtaliya və Yunanıstanın dövlət himnləri ilə başlayıb. […]